XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 11:51

Putinin Avropaya qarşı şahmat partiyası – təhlil

Шахматы

Moskvanın yeni müttəfiqləri və ticarət tərəfdaşları kimlərdir?

“Avropa Rusiyaya lazım deyil”: Kreml sahibinin məmnuniyyətlə yaymaq istədiyi ismarıc bu cürdür. O, hazırda bütün dünyada özünə yeni tərəfdaşlar arayır. Lakin Rusiyanın bu taktikası uğurlu çıxacaqmı?

Kremlin sahibi bicliyə əl atır, kiməsə etinasızlıq edir, kiminləsə dilxoşluq edir, danışıqlar aparır və sövdələşir – Ukraynada durumun kəskinləşməsindən bir il sonra Rusiya ilə Qərbin iqtisadi münasibətləri ən aşağı həddə qəraralaşıb. Böyük imperiya geriləyir, rubl əməlli-başlı dəyərdən düşüb. Buna görə də rusiyalı istehlakçıların alıcılıq qabiliyyəti xeyli azalıb.

Moskvanın özünə yeni müttəfiqlər və ticarət tərəfdaşları axtarmağa başlaması yalnız zaman məsələsi idi. Hərçənd Qərb jurnalistlərinin sorğuya tutduğu ruslar həmişə və inadla deyirlər ki, tətbiq edilmiş sanksiyalar heç bir təsir göstərmir.

Bu, Kreml sahibinin özünün bütün dünyaya yaymaq istədiyi məhz həmin ismarıc idi – çindən, yaxud Türkiyədən, Braziliyadan və ya Venesueladan olan yeni iri müttəfiqlərlə əltutma vasitəsilə. Putin öz əli ilə yaratdığı geriləmə ilə mübarizədə Avropasız yeni dünya qurmağa cəhd edir. O buna nə dərəcədə nail olacaq?

Müxbirlərimiz xəbər verirlər.

Latın Amerikası: “Ancaq mal əti kifayət deyil”

Braziliyanın ət istehsalçıları ötən ilin avqustunda Rusiyadan gözlənilməz hədiyyə aldılar: Rusiya hökuməti bir gün ərzində Braziliyanın 90 sallaqxanasına Rusiyaya mal əti, toyuq budu və donuz cəmdəyi ixrac etməyə icazə verdi. Braziliya toyuq və donuz əti istehsalçıları Birliyinin prezidenti Turra Fransisko qeyd etdi ki, bu, ilin ən yaxşı yeniliyidir. O, Birləşmiş Ştatlar və Avropadan qida mallarının idxalçılarına qarşı Rusiya sanksiyalarını nəzərdə tuturdu. Braziliya ət ixracçılarının sevinci anlaşılan idi. çünki Güney Amerika ixracçıları ilə Rusiya idxalçıları arasında ticari danışıqlarla bağlı Moskvadan yeniliklər tez-tez gəlmir: Rusiya idxalın kriteriyalarını bildiyi və anladığı kimi tərəddüd etmədən öz xeyrinə dəyişir. Latın Amerikasının bütün dövlətləri belə yanaşma ilə daim üzləşir. Təəccüblü deyil ki, bu qitə ilə Rusiya arasındakı ticarət həmişə aşağı səviyyədə qalıb. Bundan başqa, dövlətlərin xammal məhsullarının üstünlük təşkil etdiyi ixracat palitrası son dərəcə oxşardır.

Putin Latın Amerikası ölkələrindən siyasi dəstək alır

Bu bölgədə Rusiyanın hərbi təsiri də azalıb. Güney Amerikada xammal məhsullarının canlanması və neft qiymətlərinin yüksəldiyi dönəmdə Rusiya Latın Amerikasında fəal şəkildə çıxış etmək imkanına malik idi. O cümlədən hərbi malların alınması üçün maliyyə qaynağı kimi. Rusiya Uqo çavesin Amerika imperializminə qarşı mübarizə qalası kimi Kubanın rolunu öz üzərinə götürdüyü Venesuelaya təkcə yüz minlərlə “Kalaşnikov” avtomatı, onlarla döyüş təyyarəsi, yüngül hərbi gəmilər tədarük etmirdi.

Президент Венесуэлы Николас Мадуро

Venesuela prezidenti Nikolas Maduro

çili, Braziliya, həmçinin Peru əvvəlki kimi Rusiyadan silah alır. Birinci növbədə ona görə ki, qiyməti münasibdir. Latın Amerikası ölkələri 2013-cü ildə Rusiyadan 1,3 milyard dollar həcmində hərbi texnika alıb. Lakin hazırda Venesuela ciddi iqtisadi və siyasi problemlərlə üzləşdiyindən silah almaqla deyil, özgə problemlərlə məşğul olmağa məcburdur – valyuta ehtiyatlarının xeyli azalmasına görə bu ölkədə qida məhsulları və tibbi dərmanlar çatışmır. Bundan başqa, müdafiə ixracını səxavətlə maliyyələşdirmək üçün indi Moskvanın əvvəlki maliyyə oyun məkanı yoxdur. Buna görə də Maduro yanvar ayında kreditorlar axtarışında iki həftə çəkən səfəri ərzində hətta iki dəfə Moskvaya baş çəkərkən Putin ona rədd cavabı verməli oldu.

Venesuelanın hərbi-dəniz qüvvələri 2008-ci ildə Rusiya və Kuba ilə birlikdə Karib bölgəsində manevrlər keçirdi. Solçu qüvvələrin rəhbərlik etdiyi Nikaraqua rus hərbçilərinin köməyi ilə dənizdə narkotik ticarətinə nəzarət etmək istəyir və guya hətta bunun üçün Rusiyanın MiQ qırıcılarını əldə etmək niyyətindədir. Bundan başqa, Rusiya Karib hövzəsində kiçik hərbi baza yaratmaq istəyir.

Lakin Vensueladakı, indi isə Rusiyadakı böhran nəticəsində Moskvanın Latın Amerikasındakı təsiri xeyli zəifləyib. Birinci növbədə Moskvanın ritorik cəhdləri davam edir: Rusiya bu bölgədə nə hərbi baza yarada bildi, nə də energetika, neft hasilatı və infrastrukturlar sahəsində yaddaqalan bir müəssisə qura bildi. Lakin Putin siyasi planda Latın Amerikası ölkələrinə güvənə bilər: 2014-cü ilin martında BMT Baş Assambleyası xeyli səs çoxluğu ilə Krımın Rusiyaya birləşdirlməsini ittiham edərkən sol qüvvələrin idarə etdiyi Boliviya, Venesuela, Kuba və Nikaraqua kimi ölkələr bu qətnamənin əleyhinə səs vermiş 11 ölkənin sırasında göründü.

Həm də Argentina, Braziliya, Uruqvay və Ekvador səsvermə zamanı səslərini saxladı.

Bununla belə, Rusiyanın xarici təbliğat aparatı Latın Amerikasında faktiki təsir qıtlığını gizlətməyə çalışır –internetdə Rusiyanın Latın Amerikasındakı təsirinin güclənməsi və həmçinin Birləşmiş Ştatların bu barədə artan narahatlığı barədə xeyli qeyri-elmi və təşəxxüslü məqalələr yerləşdirilir.

çin: hərdənbir uğurlu dilxoşluq

Böyük dövlət ambisiyaları – bax, çinlə Rusiyanın bənzərliyi də burada başa çatır. Bu yaxınlarda “Die Welt” qəzeti Moskva ilə Pekinin Vaşinqton, Brüssel, Berlin və Londona qarşı 2025-ci ildə yeni alternativ blok yaradacağı barədə ehtimal irəli sürməyə risk etdi. Lakin sıradakını nəzərə almaq lazımdır: bu, hətta Putinin də xəyal etməyə cürət etmədiyi illüziyadır.

Əslində, 2014-cü ildə bağlanmış müqaviləyə baxmayaraq (artım cəmi 0,4% təşkil edir), çin-Rusiya ticarət münasibətləri inkişaf etməyib. çin statistika idarəsinin məlumatına görə, çinin Rusiyaya ixracatı 5,5% artıb və 23, 48 milyard dollar təşkil edir. Lakin Rusiyadan idxal 20%-dən çox azalıb və 4,19 milyard dollar təşkil edir. Bunun səbəbi neft və qaz qiymət
lərinin azalmasıdır. Bu, energetik sektordan yüksək səviyyədə asılı olan Rusiyaya xüsusən çox güclü təsir edib.

Kimsə Pekinlə Moskva arasındakı əməkdaşlığa müsbət misallar axtarırsa, böyük rəqəmlər aşkarlaya bilməyəcək: Moskva iqtisadi sanksiyalara reaksiya qismində AB və ABŞ-dan ət, balıq, tərəvəz və süd məhsullarının daşınmasını dayandırarkən Pekin Rusiya ilə sərhədində yeni gömrük postlarının yaradılmasını bəyəndi, həmçinin Vladivostok yaxınlığında topdansatış bazarı açdı.

Dəmir örtük götürüləndən sonra çin və Rusiya iqtisadi baxımdan müxtəlif biçimlərdə inkişaf etməyə başladı. Rusiya xammal mallarından güclü şəkildə asılıdır, çin isə dünya emalatxanasına çevrilib. çin maliyyə gücünə və artan maliyyə sənayesinə getdikcə daha çox güvənir. üDM-i 9 trilyon dollar təşkil edən çin iqtisadiyyatı keçmiş fövqəldövlətinkindən, demək olar ki, beş dəfə (2 trilyon dollara yaxın) çoxdur. Əlbəttə, bu, tərəfdaşlıqdır, lakin bunu bərabərhüquqlu adlandırmaq olmaz.

Buna görə də Pekin tərəfdaşlığı genişləndirməyə üstünlük vermir. Moskvanın Pekinə daha çox ehtiyacı var, nəinki əksinə. Pekin Krımın ilhaq olunmasından heç də vəcdə gəlmədi, çünki məhz elə bu vaxtı Kiyevlə müqavilə bağladı. Lakin çin rəhbərliyindən Rusiyanın ünvanına açıq tənqid gəlmədi.

Qazprom və Rosneft kimi enerji nəhənglərini nəzərə almasaq, Rusiya müəssisələri, demək olar ki, çində fəaliyyət göstərmir. çindən böyük yatırım axını yoxdur. Risklər hədsiz dərəcədə böyükdür, indi isə korrupsiya, bürokratiya və Qərbin tətbiq etdiyi sanksiyalar kimi problemlər var.

Bununla belə, bu əməkdaşlıq energetik səviyyədə inkişaf edir və yeni birliyin bu sahədə uğuru haqqında danışmaq olar. Qərblə didişmədən sonra məhz bu yöndə irəliləyiş baş verib. Hər iki ölkə 2014-cü ilin mayında 400 milyard dollarlıq nəhəng qaz müqaviləsi imzalayıb, həmçinin Pekinə çox gərək olan və bütün Sibir boyu uzanıb çin sərhədinə çatacaq qaz kəmərinin çəkilməsi barədə razılığa gəlib.

Şimali Avropa və Baltikyanı: qorxu ilə basqı arasında

Krım yarımadasının ilhaqından sonra Şimali Avropada mümkün Rusiya təcavüzü haqda qorxu güclənib. Finlandiya, İsveç, Norveç və Danimarkada son bir neçə ayda hava məkanının Rusiya hərbi təyyarələri tərəfindən pozulması qeydə alınıb. Stokholm və Helsinkə təlim hücumları müvafiq hökumətlərdə etiraz doğurdu.

Lakin Moskvanın sağ-populist Milli Cəbhəyə maliyyə yardımı etdiyi Fransadan fərqli olaraq Putin hələlik bütün şimal ölkələrinin siyasi partiyalarına təsir göstərmir. Bununla belə, İsveç parlamentindəki Sol Partiya Moskva ilə sıx əlaqələr saxlayır, lakin Rusiyanın hansısa təsiri haqqında danışmaq üçün hələlik heç bir əsas yoxdur.

Латвийский и американский солдаты во время церемонии в Риге, посвященной началу совместных учений

Baltikyanı ölkələrdə – Estoniya, Latviya və Litvada durum bir qədər başqa cür görünür. O zamankı Sovetlər Birliyindən müstəqillik qazandıqdan sonra orada rus azlığı qalıb. Rus azlığının Latviyadakı payı çox böyükdür və 26% təşkil edir. Latviyada, həmçinin qonşu Estoniya və Litvada Rusiyanın Krımda olduğu kimi rus azlığın hüquqlarını müdafiə etmək bəhanəsi ilə hücum edə biləcəyi xüsusunda təşviş artır. Buna görə bu ölkələrin əhalisinin əksəriyyəti NATO-nun iti reaksiya qüvələrinin Baltikyanında yerləşdirilməsini alqışlayır.

Baltikyanı ölkələrdə yaşayan etnik rusların əksəriyyəti Rusiya ilə ən sıx əlaqələrə malikdir: Rusiya televiziyasına baxır, rus qəzetlərini oxuyurlar. Buna görə də təəccüblü deyil ki, orada Putinə dəstək çox yüksəkdir. Keçirilmiş xeyli sorğu Baltikyanı dövlətlərdə yaşayan rusların Krımın ilhaqını, həmçinin Ukraynanın şərqindəki Rusiyayönlü qiyamçıların Kiyev hökumətinə qarşı mübarizəsini dəstəklədiyindən xəbər verir. Lakin onlar Rusiyanın tərkibində olmaq istəmirlər. Riqadakı bir qadın deyir: “Biz ruslar Baltikyanı dövlətlərdə yaxşı yaşayırıq. Mənim övladlarım bu ölkənin vətəndaşlarıdır və onlar Latviyada qalmaq istəyirlər. Rusiya öz Krımını əldə etdi və bu yaxşıdır, lakin ruslar bura soxulmazlar”.

Lakin latış politoloqu Andris Spruds Ukrayna hadisələrini həyəcanla izləyir. O hesab edir ki, Baltikyanında istənilən vaxt rus bayrağı yellənə bilər və ruslar kömək istəyə bilərlər. Buna görə də artıq çoxdan tələb edir ki, Baltikyanı dövlətlərin hökumətləri Rusiya təbliğatına reaksiya verib radio və televiziyada rus dilində öz verilişlərini yaratsın: “Rusca danışan insanlarla ancaq bu cür təmas qura bilərik”.

Lakin hələlik – və Spruds öz dəyərləndirməsində tək deyil – Moskvanın Baltikyanı dövlətlərdəki rusca danışanları Tallinn, Riqa və Vilnüsdəki hökumətlərin əleyhinə qaldırmaq cəhdləri uğursuzluğa düçar olub.

Türkiyə: Putin və Ərdoğan bir-birindən dəstək umur

Bu iki prezident bir-birini gözəl başa düşür. Bunu onların hər bir görüşündə müşahidə etmək olar. Türkiyə və Rusiyanın Koordinasiya Şurası yaratdığı 2000-ci ildən bəri bu dövlətlərin başçıları ildə bir dəfədən az olmayaraq görüşürlər. Hərçənd ki, Rusiya ilə Türkiyə Orta Asiya, Yaxın Şərq və Balkanlar kimi bölgələrdə ənənəvi rəqibdir. Onların strateji ümumilik ehtiyatı məhduddur. Bununla belə, Putinlə Ərdoğan bir-birində dəstək axtarmağa cəhd edir – o cümlədən şəxsi planda. çünki onlar bir çox cəhətdən oxşardırlar. Putinin fəaliyyəti çar imperiyası dövrünü xatırladırsa, Ərdoğan Osmanlı keçmişinə sarı boylanır. Bu cür proseslər hər iki ölkədə demokratiyanın sürətlə qıtlaşması və getdikcə daha aqressiv xarici siyasət fonunda baş verir.

Belə paralel proseslər Avropa üçün artıq indidən hissolunacaq problemlər yaradır.

Türkiyə ilə Rusiya arasında köklü geostrateji maraqlarda ayrılıqlar olmasaydı, iki ölkə arasındakı yaxınlaşma daha uzağa gedərdi. Suriya məsələsində bu ölkələrin mövqeyi tamamilə ziddiyyətlidir: Ərdoğan Suriyadakı vətəndaş müharibəsinin lap əvvəlindən Əsəd rejiminin devrilməsinə çalışırsa, Putin bu dəməşqli müstəbidin ən yaxın müttəfiqidir.

Daha bir mübahisəli məsələ Krımın ilhaqıdır. Türkiyə özünü türk xalqları ailəsinə məxsus olan Krım tatarlarının hamisi sayır. Bundan başqa, Ankara Rusiyanın Qara dənizdə artan
təsirindən rahatsızdır
. Bu ölkələr arasında Kosovo məsələsi, həmçinin Kipr münaqişəsi barədə razılaşma yoxdur.

Рабочий визит В.Путина вТурцию

Bununla belə, Ərdoğanla Putin mövcud fikri ayrılıqlarını mötərizə kənarına çıxarmaqda tam qətiyyətlidirlər. Kişi dostluğuna heç nə kölgə salmamalıdır. Bu, Rusiya prezidentinin ötən ilin dekabrında Ankaraya səfəri zamanı hiss olunurdu. Putinin özü ilə götürdüyü bir neçə nazirlə səfərini Türkiyə adi işgüzar görüşdən təntənəli dövlət səfərinə qaldırdı.

Ərdoğan öz tərəfindən hər şeyi protokol baxımından maksimal şəkildə təşkil etmişdi. Lakin indiki halda söhbət təkcə gücə güvənən bu iki siyasətçini birləşdirən siyasi xarakterlərin bənzərliyindən getmir. Söhbət olduqca konkret maraqlardan gedir. Rusiya Türkiyə üçün iri həcmdə enerji daşıyıcılarının tədarükçüsüdür. Türkiyə idxal etdiyi qazın, təxminən, 60%-ini Rusiyadan alır və beləliklə, Qazprom dövlət konserni üçün önəminə görə ikinci alıcıdır. Yaradılacağını Putinin dekabrda elan etdiyi “Türk axını” qaz kəməri işə düşəndən sonra Türkiyə bazarında Qazpromun payı 70%-ədək artacaq.

Putinin Türkiyəyə işgüzar səfəri

Ankara getdikcə cəhd edir ki, enerji daşıyıcılarından asılı vəziyyətdə olmasın, lakin Rusiya burada da artıq ayağını qapının arasına qoyub – Rusiyanın Rosatom dövlət korporasiyası hazırda Aralıq dənizi sahilində Akquyuda Türkiyənin ilk atom-elektrik stansiyasını inşa edir. Stansiyanın dəyəri 20 milyard dollardır. Bundan savayı, “Rosatom” Türkiyənin elektrik enerjisinə tələbatının 6%-ini ödəyəcək bu atom stansiyasının operatoru olacaq.

Tərəflər valyuta məsələsində də bir-birinə əl uzadır: ikitərəfli iri layihələr indi dollar və ya avro ilə deyil, lirə, ya da rublla maliyyələşəcək.

ötən il Türkiyə ilə Rusiya Arasında ticarət dövriyyəsi 35 milyard dollara yaxın olub. Bu qayda ilə Rusiya Almaniyadan sonra Türkiyənin ikinci mühüm ticarət tərəfdaşıdır.

Putinlə Ərdoğan öz qarşılarına iddialı bir məqsəd qoyublar – 2020-ci ilə iki ölkə arasındakı mal dövriyyəsi üç dəfədən çox artıb 100 milyard dollar təşkil etməlidir.

Türkiyə Avropa Birliyinin üzvü olmadığı üçün və buna görə də Ukraynadakı münaqişəyə görə Brüsselin Kremlə qarşı tətbiq etdiyi sanksiyaları müdafiə etmədiyinə görə səmərə götürür. Nəticədə keçən il Rusiyaya balıq və quş əti ixracını, demək olar, beş dəfə artıra bildi. Türkiyənin ixracatını hiss olunacaq dərəcədə azaldan Yaxın Şərqdə və Afrikadakı müharibələr fonunda Rusiya ilə iqtisadi əlaqələr daha da əhəmiyyətli olur.

Putin və Ərdoğan şəxsi planda da bir-birinə oxşarlıq aşkarlayırlar. Hər iki siyasətçinin Qərbdə dostu o qədər də çox deyil. Qərb onları təcrid etməyə cəhd edir ki, bu da onların yaxınlaşmasına səbəb olur. Putinin nöqteyi-nəzərinə görə, Türkiyənin bu il G-20 qrupunda sədrlik etməsi də yaxşıdır və sammit bu il İstanbulda keçəcək. Ərdoğan danışıqlar masası araxasında Putinə layiq yer olmasının qayğısına qalacaq.

Gerd Höler

“Handelsblatt” (Almaniya)

Qaynaq: inopressa.ru

çevirən – Fərzuq Seyidbəyli