Sosial şəbəkələrdə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın görüntü və çıxışları əsasında hazırlanmış yeni və maraqlı bir klip yayılıb.
Strateq.az xəbər verir ki, klip tanınmış Azərbaycan bəsətəkar-ifaçısı Şəmistan Əlizamanlının oxuduğu məşhur “Turan ellər var olsun” mahnısının sədaları altında hazırlanıb. Xatırladaq ki, musiqinin sözləri şair Nizami Saraclıya aidddir.
Klip sosial şəbəkələrdə sürətlə yayılmaqda və populyarlıq qazanmaqdadır.