XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

09 Sentyabr 2017 - 10:42

Nazirlik:"Günəşdəki partlayışlar havada radiasiya yaratmır"

Sentyabrın 7-də Günəşdə daha bir böyük partlayış baş verib. "GOES-15" peykinin ötürdüyü məlumatlara əsasən bu dəfəki partlayış Х aktivliyində qeyd olunub.

Qeyd edək ki, sentyabrın 6-da Günəşdə son 12 ilin ən güclü partlayışı baş vermişdi.

Alimlərin fikrincə, baş vermiş bu hadisə Günəş nüvəsində baş verən dəyişikliklərin qanunauyğun nəticəsidir.

Günəşdə baş verən partlayışların havada radiasiya fonuna necə təsir etməsi cəmiyyətdə narahatlıq yaradıb. Bəziləri partlayışın havada radiasiya fonuna güclü təsir etdiyini düşünür.

Ekologiya və Təbii Sərvərlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Trend-in bu məsələ ilə bağlı sualına özəl olaraq bildirib ki, Günəşdəki partlayışın radiasiyaya aidiyyəti yoxdur:

"Günəş partlayışı radiasiya yaratmır. Günəşdə periodik olaraq partlayışlar yaranır. Bu partlayışlar isə havada maqnit burulğanı yaradır. Maqnit burulğanı isə insanlarda diskomfort yaradır. Partlayış nəticəsində havada atomların, ionların sayı çoxalır. Bu prosesin isə radiasiya fonu ilə heç bir əlaqəsi yoxdur. Günəşdəki partlayışlar radiasiya yaratmır. Maqnit burulğanı başqadır, radiasiya tam başqa. Günəşdə olan partlayışlar havada olan maqnit sahəsinin gücünü artırır və bu da burulğanla nəticələnir. Bu burulğan isə meteohəssas insanlarda narahatlıq yaradır". Qeyd edək, Günəşdə daha bir partlayış baç verib və bu artıq son həftə ərzində altıncı partlayışdır.