XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

09 Aprel 2015 - 07:41

Prezident Rüstəm İbrahimbəyovun təmsil olunduğu Heydər Əliyev Mükafatı Komissiyasını LƏĞV EDİB

Heydər_Əliyev_ordeni.jpg

Tanınmış kinorejissor, müxalifətçi Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun da daxil olduğu Heydər Əliyev Mükafatı Komissiyasının tərkibi ləğv edilib.

“Strateq.az” bildirir ki, prezident İlham Əliyevin dünən imzaladığı fərmanla “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında” 2007-ci il 14 noyabr tarixli 651 nömrəli Fərmanı qüvvəsini itirib.

Heydər Əliyev Mükafatı Komissiyasının 2007-ci ildə təsdiq edilmiş köhnə tərkibində bir sıra şəxslərin dünyasını dəyişməsi, bəzilərinin isə yüksək dövlət postundan kənarlaşdırılması Mükafat Komissiyasının yeni tərkibinin formalaşdırılmasını zəruri edib.

Prezident İlham Əliyevin ləğv etdiyi köhnə tərkibdə 2 nəfər dünyasını dəyişmiş şəxs var: Bunlar Milli Elmlər Akademiyasının prezidenti mərhum Mahmud Kərimov, Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktoru, mərhum Bəkir Nəbiyevdir. Köhnə tərkibdə yer almış eks-təhsil naziri Misir Mərdanov isə vəzifədən azad edilib. Onu yeni tərkibdə Mikayıl Cabbarov əvəz edib.

Mükafat Komissiyasında olan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov isə hazırkı hakimiyyətə müxalifətə keçib. Onun əvəzinə yeni tərkibə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri kimi xalq artisti Şəfiqə Məmmədovanın adı salınıb. Yeni tərkibə salınmayan şəxslərdən biri də Abbas Ələsgərovdur. Memarlar İttifaqının keçmiş sədri hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədridir. Mükafat Komissiyasına onun əvəzinə Memarlar İttifaqının yeni sədri Elbay Qasımzadə salınıb. Təzə tərkibdə dünya şöhrətli bəstəkar Arif Məlikovun da adı var.

Komissiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il martın 10-da verdiyi fərmanla təsis olunub. 2007-ci il sentyabrın 20-də dövlət başçısı mükafatın əsasnaməsini təsdiqləyib.Heydər Əliyev Mükafatı ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni sahələrdə xüsusi xidmətlərə, dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə, beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir.

Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi

Komissiyanın sədri

İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti

Komissiyanın üzvləri

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri

Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əli Zadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Kamal Abdullayev – Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri

Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Xaqani SƏFƏROĞLU




Yuxarı Əvvələ Ana Səhifə