XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

09 Aprel 2015 - 09:58

Rusiyanı uçurumdan xilas edən bankir – təhlil

Naibullina: “Rusiya daha rublun bazar tərəddüdləri ilə mübarizə aparmayacaq”

Rusiya mətbuatının yazdığına görə, dünən rus rublu valyuta bazarında günün əsl qəhrəmanı olub. Belə ki, dollar və avro gün ərzində rubla nisbətdə hiss olunacaq səviyyədə ucuzlaşıb.

Ekspertlərin fikrincə, rublun durmadan möhkəmlənməsi bir qədər təəccübıü görünür, çünki bunun fundamental səbəbləri yoxdur. Bəs, əslində, nə baş verir? Ukrayna münaqişəsinə görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda rublun nuisbi dayanıqlığı və tam şəkildə iflasa uğramamasının arxasında nələr və yaxud kimin mahir maliyyə manevrləri durur?

Strateq. az-ın oxucularına təqdim etdiyimiz yazı məhz bu barədədir.

Bu, dekabrın 16-da – Rusiya treyderlərinin sonradan “qara çərşənbə” adlandıracağı gün baş verdi – rubl sərbəst tənəzzüldə idi.

“Müdaxilə lazımdır!” – Mərkəzi Bank məmurlarından biri panika içində təkrar edirdi. Bankın sədri Elvira Naibullina nizamlayıcının başladığı faiz tarifinin sürətlə yüksəlməsinə rublun necə reaksiya verməsini ekranın planşetində müşahidə edirdi. “Yox, – o dedi. – İndi yox. Rusiya daha rublun bazar tərəddüdləri ilə mübarizə aparmayacaq. Qoy bu, spekulyantların başına tökülən soyuq su olsun”.

Mərkəz Bankdakı yığıncağın təfərrüatlarına bələd olan iki nəfərin elan etdiyi bu cürətli qərar bəhrəsini verməyə başladı – həm Naibullinaya, həm də onun hamisi prezient Vladimir Putinə. Sanksiyaların məqsədi bir il əvvəl Ukraynaya soxulduğuna görə Rusiyanı cəzalandırmaq olsa da, rubl sabitləşirdi. Rubl rekord minimuma düşdüyü həmin “qara çərşənbə”dən bəri dollara nisbətdə 19% möhkəmlənib inkişaf edən iqtisadiyyatlı 24 ölkənin içində ən yaxşı nəticə göstərdi.

Rusiya əvvəlki kimi neftin qiymətinin kəskin şəkildə düşməsindən doğan ən ağır geriləmə ilə mübarizə aparır və Rusya banklarının əksəriyyəti maliyyə sıxıntılarına məruz qalır. Lakin hazırda iqtisadiyyat heç olmasa, uçurmun kənarından geri çəkilib. Maliyyə naziri Anton Siluanov bildirib ki, ən pis durum artıq arxada alıb.

Mərkəzi bankın özündə isə – Qızıl Meydanın yanında – indi müvəqqəti sakitliyə sevinirlər. Naibullina səmərəsiz cəhdlər müqabilində rubla dəstək vermək üçün daha valyuta ehtiyatlarını xərcləməli olmur. Hazırda onun qarşısında daha əzəmətli və mürəkkəb vəzifə – sarsılmış iqtisadiyyatı bərpa etmək durur.

Birbaşa xətt

Mərkəzi Bank formal şəkildə müstəqil olsa da, analitiklər həmrəydirlər ki, qəti qərarı Putin qəbul edir. Lakin hər halda Naibullina haqlı olaraq nüfuz qazanıb və prezidentlə birbaşa telefon əlaqəsi əldə edib.

Naibullina öz fikrini söyləməkdən çəkinmir. Məlumatlı adamların sözlərinə görə, keçən il müşavirlər Putinə kapitalın hərəkətini nəzarətə götürməyi təkidlə tövsiyə edəndə Naibullina belə bir tədbirin əleyhinə danışdı və israr etdi ki, rubl sərbəst üzüşə buraxılsın. Putin onun məsləhətini nəzərə aldı və ona sonra təfərrüatları diqqətlə nəzərdən keçirmək imkanı verdi.

UBS AG-nin Rusiyadakı direktorlar şurasının sədri Rayr Simonyan deyir: “Bu, tarixi bir an idi, çünki o, Putini bütün bank sistemini təhdid edən bazar qərarı qəbul etməyə inandırdı”.

Onun sözlərinə görə, Rusiya tamamilə iqtisadi təcridə düşə bilərdi.

Naibullinanın təklifi Putinin hakimiyətdə olduğu bütün 15 il ərzində ən böyük maliyyə risklərindən biri oldu. O, əvvəlcə ilkin faiz tarifini hədsiz dərəcədə yüksək səviyyəyə – 10,5%-dən 17%-ədək qaldırdı. Sonra isə valyuta bazarına müdaxilədən imtina etdi.

Strategiyanın müzakirəsi

Putin qaynar xətlə daim Mərkəzi Banka zəng edir ki, strategiya məsələlərini keçmişdə maliyyə naziri və prezidentin müşaviri, 2013-cü ildə Mərkəzi Bankın prezidenti vəzifəsini tutmuş Naibullina ilə müzakirə etsin. Deyirlər ki, onun masasının üzərində birbaşa zəng səslənəndə otaqdakıların hamısı kabinetdən çıxır.

“O, Mərkəzi Bankın gündəlik fəaliyyətinə qarışa bilməz. – Putinin mətbuat katibi Dmitri Peskov deyir.- Onun belə bir hüququ yoxdur”.

Naibullina yanvardan başlayaraq neft qiymətlərinin sabitləşməsi və sanksiyaların sərtləşməsi ehtimalının qeyri-müəyyənliyi fonunda geriləmənin altı il ərzində yaratdığı problemlə məşğul ola bilər. O, Putinin dəstəyinə güvənməklə yanvarın sonunda açar tarifi 15%-ədək endirib analitikləri təəccübləndirdi.

Sonralar maliyyə naziri Anton Siluanov bildirdi: “Ən pis hədd keçilib”.

“Böyük prbolemlər”

Naibullinanın keçmiş rəisi və İqtisadi İnkişaf Nazirliyiin keçmiş başçısı da, German Qref də bu qiymətlə razılaşmırlar. Hazırda “Сбербанк” ASC-ə başçılıq edən German Qref kredit təşkilatlarının “böyük” ehtiyatlar yaratmalı olduğunu bildirib qaytarılmaz kreditlərin həcminin artacağını öncədən söylədi.

O, martın 20-də Moskvada jurnalistlərə demişdi: “Biz də daxil bütün bankların böyük çətinlikləri var”.

İqtisadi durum da sevindirici deyil: Rusiyada istehlakçlı tələbatı son altı ildə ən yüksək səviyyədə azala bilər, inflyasiya isə 2002-ci ildən bəri rekord 16,7%-ə yüksəldi. Mərkəzi Bank yaranmış durumu nəzərə almaqla bu il iqtisadi tənəzzülü 4% proqnozlaşdırır.

Naibullina öz növbəsndə Putindən bürokratik yaşamı mənimsədi. Prezident ötən il Mərkəzi Bankı ləngliyə görə açıq şəkildə bərk tənqid edəndən sonra o, pul-kredit siyasətinə cavabdeh Kseniya Yudayevanın yerinə bu işdə təcrübəsi olan, Mərkəzi Bank sədrinin keçmiş müavini Dmitri Tulini təyin etdi. Bu cür qərar bir çox iqtisadçılar tərəfindən rəğbətlə qarşılandı. Bununla belə, Naibullina etibarlı müttəfiqinə proqnozlaşdırma, strategiya və maliyyə sabitliyi məsələləri ilə məşğul olmağı tapşırıb onu bankda saxlaya bildi.

“Bazardakı çaxnaşma”

Lakin Mərkəzi Bankın işini hamı yüksək qiymətləndirmir. Moskvadakı Qaydar İnstitutunun kredit-pul şöbəsinə başçılıq edən Pavel Truninin fikrincə, Naibulllina 2014-cü ilin xeyli hissəsini bazara xəbərdarlıq etmək əvəzinə yalnız ondakı duruma reaksiya verdi. O, hesab edir ki, rublun kursunun azad şəkildə buraxılması qərarı neft qiymətinin iqtisadiyyata atlanışının təsirini yumşaltsa da, “bazardakı çaxnaşma”nın qabağını almaqdan ötrü bu addım çox gec atılmışdı.

Bununla yanaşı, Bloomberg-in 29 iqtisadçı arasında keçirdiyi sorğu məlumatlarına görə, Naibullinanın böhranın öhdəsindən necə gəlməsinin qiyməti yaxşılaşır. Respondentlərin 31%-i bildirib ki, tənzimçi haqda rəyi yarı ım il öncəkinə nisbətən yaxşılaşıb. Sorğu iştirakçılarının 21%-i öz qiymətlərinin pisləşməsini qeyd edib.

19 nəfər həmin sorğunun çərçivəsində Mərkəzi Banka müsbət, 8-i neytral və 2-si mənfi qiymət verib.

Rusiya iqtisadiyyatında digər göstəricilər üzrə müsbət tendensiyalar qeydə alınır.

Sosial şəbəkələr

Lakin hər halda səkkiz bankdan ibarət qrupu idarə edən ilk qadın Naibullina kimi az-az adam bank sistemində geopolitik problemlərlə uğraşmalı olub. Məsələn, Putin Krımı ilhaq etmək qərarına gələrkən o, sosial şəbəkələrin monitorinqini keçirtməyə başladı ki, investorların rubla münasibətdə proqnozlarını dəyərləndirsin. İqtisadiyyatı devirən neft qiymətinin çökməsinə nə Naibullina hazır idi, nə də Putin. Lakin bütün bunlara baxmayaraq, prezident ona dəstək verir.

Putin ötən ilin dekabrında tariflər yüksələndən sonra deyib: “Əlbəttə, Naibullinanı danlamaq olar, lakin unutmaq lazım deyil ki, Mərkəzi Bank bütünlükdə adekvatdır. Mərkəzi Bank ölkədəki iqtisadi duruma görə məsuliyyət daşıyan yeganə qurum deyil”.

Qriqoru Sısoyev (“Bloomberg”, ABŞ)

Qaynaq: İnopressa.ru

çevirən – Fərzuq Seyidbəyli