XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

12 Aprel 2015 - 05:35

Məhkumlarına ən çox ölüm daddıran ölkələr

Dünyada ən çox məhkumu edam edən 5 ölkə çin, İran, İraq, Səudiyyə Ərəbistanı və ABŞ-dır. Strateq.az xəbər verir ki, bu təsbit Beynəlxalq Aministiya Təşkilatına (BAT) aiddir.

Təşkilatın 2014-ci ildə verilən ölüm cəzaları haqqında hazırladığı hesabatda edam cəzalarında əhəmiyyətli bir artış olduğu bildirilir. Təsbitlərə görə, çin minlərlə ifadə olunan edam sayı ilə siyahının başında gəlir. Onu İran, İraq və Səudiyyə Ərəbistanı təqib edir. ABŞ 35 edam cəzasıyla siyahıda beşinci yeri tutur.

Rəsmi statistikaya görə, 2014-ci ildə İranda 289 edam aktı həyata keşirilib. Lakin gerçək sayın 743 olduğu güman edilir. Səudiyyə Ərəbistanında, ən az, 90, İraqda 61, Yəməndə 22, Misirdə 15, Birləşmiş Ərəb Əmirliklərində 1 edam cəzası qeydə alınıb. İordaniyada isə səkkiz il ərzində 11 adam ölüm cəzasına layiq görülüb.

Beynəlxalq Aministiya Təşkilatı hesabatı hazırlayarkən etibarlı qaynaqlara varmaq çətin olduğundan edam sayının göstəriləndən daha çox ola biləcəyini düşünür.

Hesabatda, həmçinin, ölkələrin istifadə etdikləri edam formaları və məkanları haqqında da məlumatlar verilir. Bilidirilir ki, İranda, ən azı, 29 məhkum cəmiyyətə açıq sahələrdə qurulmuş dar ağaclarından asılıb. Buna baxmayaraq, bəzi edamlar gizli həyata keçirildiyi və cəsədlərin ailələrinə təslim edilmədiyi üçün bu rəqəmin daha yüksək olması ehtimalı var.

BAT Səudiyyə Ərəbistanı və Yəməndə uşaq məhkumların da edam oluna biləcəyindən və onların rəsmi qeydiyyatı aparılmadığından narahatdır. Eyni durum İranda da mövcuddur. Bu ölkədə edam edilənlər içərisində 14 – 18 yaşlı uşaqların olduğu bildirilir.

Analoqsuz ölkə tək biz deyilmişik

Səudiyyə Ərəbistanında edamın başkəsmə üsulundan istifadə edilir ki, o, məlum xüsusiyyətilə dünyada , necə deyərlər, analoqu olmayan ölkədir.

Bildirilir ki, 2014-ci ildə 16 ölkə ölüm cəzalarının 100% artırıb. Bu ölkələrin başında Misir gəlir. Bu ölkədə verilmiş cəzalar 2014-cü ilin sonuna qədər icra olunmadığından Misir hesabatda ilk yerləri tutmasa da, Yaxın Şərqdə ölüm qoxusu gələn məhkəmə qərarlarının 65%-inə imza atıb. Hərbi çevrilişdən sonra iqtidara gələn Misir prezidenti Əbdül Fattah əl-Sisi hakimiyyəti devirilmiş İxvan iqtidarının səlahiyyətlilərinə və bəzi hərəkat liderlərinə ölüm hökmü kəsdirib. Məhkəmə qərarlarıyla 500-dən çox siyasi xadim bu cəzaya layiq görülüb.

Dünyada ölüm cəzası kəsdiyi halda, bunu yerinə yetirməyən ölkələr də var. Onların sayı 8-dir-Əlcəzair, Bəhreyn, Küveyt, Livan, Liviya, Mərakeş / Qərb Səhra, Qatar və Tunis.

Hesabata görə, Yaxın Şərqdə edama məhkum olanların çoxu “Mədəni və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiya”nın 6. maddəsində ifadə edilən “ən ağır cinayətlər” kateqoriyasına belə aid deyil. Hətta BƏƏ-də ölümünü gözləyənlərin əksəriyyəti olduqca yüngül cinayət əməllərinə görə bu cəzanı alıb.