XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

13 Aprel 2015 - 09:57

Çin “ikinci sıçrayış”a hazırlaşır – analiz

ölkə dərin dəyişikliklər mərhələsinə qədəm qoyur

Dünyada formalaşan və çinin daxili durumu onu öz indiki vəziyyətini, imkanlarını və inkişaf perspektivlərini yenidən dəyərləndirməyə vadar edir. Bu gün çin ekspertləri arasında qənaət var ki, çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nisbətən yaxınlarda baş tutmuş 18-ci çağırış III plenumunun qərarları öz əhəmiyyətinə görə, əslində, “çin iqtisadi möcüzəsi”nə yol açmış çKP MK-nin 11-ci çağırış III plenumunun qərarları ilə tam şəkildə əlaqələndirilə bilər.

Məlum olduğu kimi, son bir neçə onillik ərzində aparılan “islahatlar və aşkarlıq” siyasəti çinə dərin böhrandan çıxmaq və dünyanın ikinci iqtisadi dövləti mövqeyini tutmaq imkanı verdi.

Ona görə də bu gün tamamilə dəyişilmiş durumda çXR üçün Pekinin bəyan etdiyi “çin arzusu” məqsədləri ölkə rəhbərliyini “islahatlar və aşkarlıq” siyasətinin yeni mərhələsini (“ikinci islahat”) gerçəkləşdirməyə təhrik etməsi tamamilə məntiqi görünür. Bunun üçün xüsusən 2013-cü ildə çKP MK-nın plenumunda çini daxili və kürəsəl sabitliyi təmin etməyə, sonrakı iqtisadi artımı və insanların rifahını yaxşılaşdırmağa yönəldən 300 konkret vəzifə müəyyən edilmişdi. Başqa cür deyilsə, çin liderlərinin anlayışına görə, ölkə əldə edilmiş uğurlara söykənməklə çin cəmiyyəti və onun dünyadakı durumuna uyğun gələn nəsə “yeni normal” vəziyyət qazanmaqla növbəti “sıçrayış”ı həyata keçirməlidir. Xalq təmsilçilərinin ümumçin Məclisinin (XTüM) keçən ayın ortalarında başa çatmış 12-ci çağırış 3-cü sessiyası “çin arzusu”nun gerçəkləşməsi üzrə işin hansı əsasda və yöndə irəliləməsi barədə müəyyən qədər fikir yürütməyə imkan verir.

çXR Dövlət Şurasının baş naziri Li Ketsyanın məruzəsindən çıxan nəticəyə görə, 2014-cü ildə ölkənin üDM-u ötən illə müqayisədə 7,4% artaraq 63,6 trilyon yuan (10 trilyon ABŞ dollarından çox) təşkil edib. 2013-cü ilə nisbətdə bu artımın az olmasına baxmayaraq, əhalinin məşğulluğu azalmayıb. Onun artımı 13 milyon nəfər təşkil edib. Rəsmi məlumatlara görə, işsizliyin səviyyəsi 4,09% təşkil edib (orta hesabla, 2011-2013-cü illərdə də eyni göstəricilər var idi). Məşğulluğun sabitliyi xeyli dərəcədə təsərrüfat-iqtisadi fəaliyyət sahəsində, birinci növbədə ticarət sahəsindəki inzibati məhdudluqların ləğv edilməsi sayəsində təmin olunub ki, bu da yenidən qeydə alınan bazar subyektlərinin sayını 12 930 vahidə çatdırmağa imkan verib.

İqtisadi yüksəlişdə istehlak payı üçfaizlik artım nümayiş etdirib 51,2 %-ə qalxıb. Xidmət sahəsinin (“üçüncü sənaye”) payı da 8,1% artaraq üDM-un 48,2%-ni (30,7 trilyon yuan) formalaşdırıb ki, bu da, əslində, çinin üDM-nun sənaye istehsalını (“ikinci sənaye”) 5,6 % üstələyir. Həm də “üçüncü sənaye”yə xarici yatırımların payı 55, 4%-ədək yüksəlib. Dənli bitkilərin istehsalı son 11 ərzində dayanıqlı artm sərgiləyir. Taxıl 2014-cü ildə 606 milyon ton təşkil edib. Əhalinin gəlirləri barədə danışılsa, çin hökumətinin məlumatına görə, bu gəlir 2014-cü ildə orta hesabla 8% artıb (şəhərdə 6,8%, kənd yerində 9,2%).

Kənddə yoxsul əhalinin sayını 12, 3 milyon nəfər azaltmaq mümkün olub. Lakin qeyd olunur ki, bu gün ölkədə yoxsulların sayı əvvəlki kimi yüksəkdir – 200 milyon nəfər. Bundan başqa, 200 min nəfər hələ də elektrik enerjisi ilə təchiz edilməmiş qalır.

Pərakəndə ticarətin inkişafı 12% səviyyəsindədir. İxracat/idxalın birgə həcmi 3,16 trilyon dollar (+3, 4%) artıb. Əsas kapitala investisiyalar 15,3% çoxalıb, bununla bərabər, (kənd təsərrüfatı sektoru nəzərə alınmadan) əhalinin investisiyanın bu növündəki payı 64,1%-ə qədər yüksəlib.

Birbaşa xarici investisiyalar 120 milyard ABŞ dolları təşkil edib və çin bu göstəriciyə görə dünyada birinci yerə çıxıb. Xaricdəki çin investisiyalarına gəlincə, 2014-cü ildə 103 milyard dollar olub.

Pekində ölkə daxilində və onun hüdudlarından kənarda investisiya fəaliyyəti balansının qorunub saxlanmasına güclü diqqət yetirilir.

Sənədlərdən göründüyü kimi, sessiyanın elan edilmiş nəticələrinə görə, çin hökuməti öz işində strateji kursdan kəskin sapıntılara yol vermədən və həm də fəal maliyyə və monetar siyasət yürütməklə makronizamlama məsələlərinə qəti şəkildə üstünlük verir. Bölgəsəl və sistem xarakterli risklərin istisna edilməsi məqsədilə maliyyə nəzarətinə mühüm diqqət ayrılır. 2014-cü ildə əyalət, rayon və şəhər hökumətlərinin borc öhdəlikəri üzərində nəzarəti hiss olunacaq dərəcədə gücləndirilib. Eyni zamanda vergilər azaldılıb, kiçik müəssisələr üçün güzəşt sistemi genişləndirilərək maliyyələşdirilməsi (+4,2%) artırılıb.

XTüM-nin sessiyasında indiki anda ölkənin sosial-iqtisadi inkişafı vəzifələrinin daha effektli şəkildə həll edilməsinə mane olan nöqsanlar içində investisiyaların zəif artımı, daxili istehlakın aşağı səviyyəsi, beynəlxalq bazarda tələbatın süstlüyü qeyd olunub. Problemlər içində həmçinin iqtisadiyyatın inkişafının gücünü qoruyub saxlayan ekstensiv üsulların, innovasiya ünsürlərinin qeyri-kafiliyi, artıq istehsalın olması, kiçik müəssisələrin maliyyələşdirilməsində çətinliklər, kənd təsərrüfatının sonrakı yüksəlişi üçün zəif bazanın adı çəkilib.

Resurslar qıtlığı, işçi qüvvəsinin artan dəyəri və məsrəflərin yüksək səviyyəsi ciddi ləngidici amillərdir. Tibbi xidmət, təhsil, gəlirlərin bölünməsi, təqaüd təminatı, mənzillərin verilməsi, həmçinin ictimai və ərzaq təhlükəsizliyi sahəsində xeyli problemlər mövcuddur.

Bir sözlə, hər şey nəzərə alınmaqla “ikinci islahat” Pekindən iqtisadiyyatın tempinin bir qədər azaldılması müqabilində çin Xalq Respublikasının “yerni normal durumu”nu təmin etməli olacaq son dərəcə önəmli və fəal əlavə kompleks tədbirlər görülməsini tələb edir.

çXR qarşıdakı ildə istehlak qiymətlərini 3% hüdudunda saxlamaqla öz üDM-unu, təxminən, 7% artırmağı planlaşdırır (2014-cü ildəkindən az). Yüksək texnologiyalı sahələr, elm və təhsil islahatların gedişatında prioritet yer tutmalıdır. 10 milyondan çox yeni iş yerləri yaradılmalıdır, eyni zamanda şəhər və kəndlərdə işsizliyn səviyyəsi 4.5 %-dən artıq olmamalıdır. Dənli məhsullarn yığımı 550 milyon tondan az olmamalıdır. Bu da ötən ildəkindən bir qədər azdır. Xarici ticarətin artımı 6% həcmində planlaşdırılır.

çin hökuməti hesab edir ki, üDM-un 7%-lik artımı daxili və xarici gerçəkliklərə tam uyğun gəlir və iqtisadiyyatın dayanıqlı dinamikası və artım tempini, zəruri məşğulluq və əhalinin gəlirlərinin artımını, xidmət sahəsinin genişləndirilməsini təmin etməyə imkan verəcək. Lakin başlıcası – çin iqtisadiyyatının əsaslı struktur islahatı və onun innovasiyalı inkişaf modelinə tədricən keçidi, iqtisadiyyat və cəmiyyətin dəyişən daxili və xarici mühitə effektli uyğunlaşması təmin olunmalıdır.

Qarşıya qoyulmuş məqsədə çatmaq üçün, hər şey
dən əvvəl, ölkədə iqtisadi artım tempini saxlamaq və “yerli hökumətlərin istiqraz vasitələrinin nizamlanması mexanizminin təkmilləşdirilməsinə xüsusi diqqət ayırıb borc öhdəliklərinə ciddi şəkildə nəzarət etməklə” maliyyə sabitliyinin qorunması olduqca önəmli sayılır.

çində 2015-ci ildə dövlət büdcəsinin ümumi kəsiri 1 trilyon 620 milyard yuan planlaşdırılıb (artım 2,3%). M2 pul aqreqatını, təxminən, 12% gücləndirmək ehtimal olunur.

Məlum olduğu kimi, çində “birinci islahat”ın mərkəzi həlqəsi 35 il öncə ölkə əhalisinin böyük bir kütləsinin təşəbbüsünü oyatmağa və iqtisadiyyatın bütövlükdə sonrakı yüksəlişi üçün müqəddəm şərtlər yaratmağa imkan verən “ailə podratı”nın tətbiqi idi. Bu gün “ikinci islahat” çərçivəsində, Pekində hesab etdikləri kimi, çinin “iqtisadi və sosial inkişafında ən yüksək nəticəyə nail olmağa” imkan yaradacaq “kütləvi işgüzar aktivlyə” təkan vermək vəzifəsi yenidən qarşıya qoyulur: “Hər bir insan və hər bir müəssisə fəal şəkildə yaradıcı fəaliyyət və innovasiyalarla məşğul olmalıdır. Bütün çin cəmiyyəti biznes mədəniyyəti və yeninin yaradılmasını inkişaf etdirməlidir”.

çində bu məqsədlə bu gün bütün səviyyələrdə, xüsusən də “hökumətin ixtisarı və səlahiyyət hüquqlarının aşağı strukturlara verilməsi, həmçinin ticari və biznes sahəsində inzibati xarakterli bir sıra xeyli məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan inzibati islahatların keçirilməsi sürətləndirilib. Bu, hər şeydən öncə, hesabatlılığın müxtəlif növlərinin ləğvinə, yerli hökumətlərin işinin aydın hüquqi reqlamentləşdirilməsinin tətbiqinə və s.-ə aidir. Başqa sözlə, şəhər və kənd yelərində sahibkarlıq fəaliyyəti prosesinin bütün subyektlərinin yuxarıdan aşağı qədər “bürokratiksizləşdirilməsi” vəzifəsi qoyulur. Bütün səviyyələrdə hökumətlər indi sahibkarlığa şərait və hamı üçün rəqabət mühiti yaratmağa borcludur. Bu məqsədlə hətta “idarəçiliyin azalması və səlahiyyətlərin ötürülməsi” üzrə özəl orqanların yaradılması nəzərdə tutulur və güman etmək olar ki, bu tövsiyə və göstərişlərin icracı bütün səviyyələrdə nəzarət orqanlarının ciddi nəzarəti altında olacaq.

Heç olmasa, “ölkənin qanun əsasında idarə edilməsi” barədə çKP MK-nin IV plenumunun qərarları (2014, noyabr) ölkədə hüquqi rejimin əsaslı şəkildə güclənməsini nəzərdə tutur. Hətta nəzarət qurumları hazırda yaradılmaqda olan “ictimai inamın dövlət anonim sistemi” deyilən strukturdan aşkar dəstək alacaq.

çindəki investisiya sisteminin islahatına böyük diqqət ayrılması planlaşdırılır. Xüsusən də, bir tərəfdən, mərkəzi hökumətlə razılaşma və təsdiq tələb edən obyektlərin ümumi sayının ixtisarına yönəlmiş iş, digər tərəfdən isə bəzi investisiya layihələrinin təsdiqi üzrə səlahiyyətlərin aşağı hakimiyyət strukturlarına verilməsi davam edəcək. Hökumət əhalidəki önəmli vəsaitlərin investisiya bazarına cəlb edilməsi üzrə daha effektli tədbirlərin işlənib hazırlanmasını da təklif edir. Məsələn, bunun üçün “əhalinin vəsaitlərinin geniş şəkildə cəlb edilməsi ilə səhmdar investisiya fondlarının yaradılmasını fəallaşdırmaq, dövləti və özəl kapitalın işgüzar əməkdaşlıq formalarının, xüsusən də mühüm ictimai məna kəsb edən obyektlərin inşası və iri layihələrin gerçəkləşdirilməsinin müxtəlif yönlərdə qərarlaşması” təklif olunur.

Bu vəsaitlər 2015-ci ildə büdcədən “daxili investisiyalara” ayrılmış 447 milyard yuanı əsaslı şəkildə tamamlamalıdır. Sessiyanın sənədlərində “mülkiyyətin bütün formalarına əsaslanan iqtisadiyyatı dəstəkləyib yönəltmək, onun təmsilçilərinin effektli hüquqi müdafiəsini təmin etməyin zəruriliyi” qeyd olunur.

Əlavə edək ki, çindəki xarici investisiyalara dair məhdudiyyətlər yarıbayarı azaldılacaq, xüsusən də onun xidmət və emal sahələrinə girişinin əsaslı surətdə genişləndirilməsi nəzərdə tutulur.

çXR-nın “yeni normal vəziyyət”ə keçməsi zamanı ən mühüm dayaq nöqtəsi həyata keçirilən “çin hüdudlarından kənara çıxmaq” deyilən strategiyadır. Strategiya xaricdə (əlvan metallurgiya və inşaat materiallarının istehsalına investisiya daxil olmaqla) iri obyektlərin inşasında çin müəssisələrinin fəal iştirakını, energetika sahələrində əcnəbi tərəfdaşlarla əməkdaşlıq, onlara dəmiryol nəqliyyatı avadanlığı, rabitə sistemləri tədarükü, maşınqayırma sahələri və s.-ni nəzərdə tutur. çinin xarici ölkələrlə artıq fəaliyyətdə olan 12 azad ticarət zonasından əlavə həmçinin ATZ barədə Koreya Respublikası, Avstraliya, İsrail və bir sıra digər dövlətlərlə müqavilə bağlaması ehtimal olunur.

Göstərilən strategiyanın mühüm və konkret ifadəsi kimi “İpək yolunun iqtisadi zolağı” və “XXI əsr dəniz ipək yolu” layihələri çıxış edir. Görünür, heç bir mübaliğəsiz demək mümkündür ki, bu layihələrin icrası çinin “yeni normal vəziyyət”ə keçməsinin, demək olar ki, əsas həlqəsidir. çinlilərin özləri “ipək” layihələrini “çin iqtisadiyyatının yeni mühərriki”, “Qərbə açılan yeni pəncərə” və s. adlandırırlar.

ümumilikdə demək olar ki, çXR XTüM-nin sessiyasının (mart, 2015) işinin nəticələri, onun təsdiq etdiyi layihələr və çinin inkişaf hədəfləri göstərir ki, ölkə dərin dəyişikliklər mərhələsinə keçir və artıq yaxın gələcəkdə çin cəmiyyəti üçün mühüm iqtisadi və sosial nəticələr doğura bilər.

Konstantin Kokaryov

Rusiya Strateji Araşdırmalar İnstitutu direktorunun I müavini, tarix elmləri doktoru

Qaynaq: riss.ru

çevirən – Fərzuq Seyidbəyli




Yuxarı Əvvələ Ana Səhifə