XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

15 Aprel 2015 - 10:18

Prezidenti məhkəməyə verən iş adamı geri çəkilib – ÖZƏL

Strateq.az-da “Ulduz-Elektron” MMC-nin rəhbərliyinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi məhkəməyə verməsi haqda xəbər vermişdik. Bildirmişdik ki, bunun səbəbi Prezidentə vurulan teleqrama cavab alınmaması olub.

Məlumata görə, MMC rəhbərliyi teleqrama cavab verilməsi vəzifəsinin prezidentin üzərinə qoyulması məqsədiylə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırsa da, tələbi təmin olunmayıb:

«Birinci instansiya məhkəməsinin qərardadından Bakı Apellyasiya Məhkəməsinə edilən şikayətə isə sözügedən məhkəmədə hakim Kəmalə Abiyevanın sədrliyi ilə ötən həftə baxılıb. Hakim iddiaçı tərəfin, yəni MMC rəhbərliyinin şikayəti geri çəkməsi səbəbindən işə xitam verib”.

Məlumatda iş adamının ərizəsini geri götürməsi probleminin həll olunması ilə əlaqələndirilir.

Strateq.az-ın əldə etdiyi məlumata görə, MMC rəhbərliyinin teleqramı Dövlət Gömrük Komitəsi və bu komitənin Astara Gömrük İdarəsində üzləşdiyi problemdən bəhs edib. Belə ki, MMC rəhbərliyi bu idarədə üzləşdiyi problemlərlə bağlı aylardır mübarizə aparır və bu səbəbdən Prezidentə teleqram vurulub.

Hətta “Ulduz-Elektron” MMC ilə Gömrük Komitəsi və bu komitənin adıçəkilən idarəsi arasında Ali Məhkəməyə qədər uzanan məhkəmə çəkişmələri də olub.

Strateq.az