XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

07 Mart 2018 - 12:35

ABŞ xüsusi yüklərin Əfqanıstana mövcud tranzit marşrutundadəyişiklik edəcək

ABŞ xüsusi yüklərin Əfqanıstana mövcud tranzit marşrutunda dəyişiklik edəcək.

"Report" "Total.kz" portalına istinadən xəbər verir ki, bu gün Qazaxıstan parlamenti Məclisinin plenar iclasında ABŞ-ın Əfqanıstanın sabitləşməsi və bərpası üzrə səylərdə iştirakı ilə əlaqədar Qazaxıstan ərazisindən xüsusi yüklərin kommersiya məqsədli dəmir yolu tranzitinin təmin edilməsi barədə Qazaxıstan və ABŞ hökumətləri arasında sazişə dəyişikliklər edilməsi protokolunun ratifikasiyası haqqında qanun layihəsi müzakirə olunub və qəbul edilib.

Xatırladaq ki, ABŞ tərəfi 2017-ci ildə Əfqanıstana mövcud tranzit marşrutundə dəyişiklik olunmasını xahiş edib: amerikalılar Qazaxıstanın Kurık və Aktau limanlarının marşruta daxil olunmasını təklif ediblər.

Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov çıxışı zamanı bildirib ki, ABŞ tərəfinin təklifi əsasında xüsusi yüklərin Azərbaycan ərazisindən Xəzər dənizi vasitəsilə Qazaxıstana, ardından isə Sarıaqaş, Keles və Beyneu stansiyaları vasitəsilə dəmir yolu nəqliyyatl ilə Özbəkistandan keçməklə Əfqanıstana çatdırılması mümkün olacaq.




Yuxarı Əvvələ Ana Səhifə