XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

18 Aprel 2015 - 07:15

Obama: Qüdrətli ölkənin aciz prezidenti – Təhlil

İranla nüvə sazişinə qol çəkən ölkələrdən biri kimi ABŞ-ın atdığı imzaya rahatlıqla əməl edə bilməyəcəyi ortaya çıxır. Yəhudi lobbisinin təsiri altında qalan bir çox konqress və senat üzvləri Barak Obamanın bu təşəbbüsünə qarşı təzyiqlərini günü-gündən artırırlar. Başı nüvə sazişiylə dərdə girən ölkə rəhbəri isə narazılara çarəsizliklərini anlatmağa çalışır. Barak Obamanın dünən İtaliyanın baş naziri Matteo Renzi ilə birgə keçirdikləri mətbuat konfransında dilə gətirdiyi aşağıdakı ifadələr əslində bu çarəsizliyinin etirafı idi: “İrana qarşı sanksiyaların bu zamana qədər uğurlu olmasının başlıca səbəbi onun beynəlxalq koalisiya tərəfindən həyata keçirilməsi idi. Əgər İranla nüvə silahı əldə etməməsinə zəmin yaradacaq adil bir sazişdən ABŞ-ın geri çəkildiyi təsəvvürü yaranarsa, sanksiyalar aşınar. Təkcə Rusiya və çin deyil, ən yaxın müttəfiqlərimiz belə, bu embarqonun məntiqini sorğulamağa başlarlar”.

Cənab Obamanın bu fikirlərlə ifadə etmək istədiyi, lakin deyə bilmədiyi məsələ bundan ibarətdir: biz bu inadçı mövqeyimizdən əl çəkmədikcə, İranı yalnızlaşdırma siyasəti tərsinə çevrilə bilər. Hər kəs onunla əməkdaşlığa gedər, sadəcə biz Don Kixot kimi yel dəyirmanıyla savaşmış olarıq. Nəticədə ətrafa saldırıb, hər gördüyünə diş atan varlıq kimi ömrümüz də 40 gün sürər.

“Raket qalxanı”

Binəva ABŞ prezidenti öz dilbilməz konqresmenlərinə dünya gerçəyini anlatmaqda olsun, bizsə gözümüzü bircə anlığa okeanın o tayından ayırıb burnumuzun dibinə baxaq. Rəsmi Vaşıintqonun hikkələrindən bezən İranın Müdafiə Naziri Hüseyn Dehkan beynəlxalq münasibətlərdə ayrışmanı dərinləşdirəcək fikirlər səsləndirib. O, üzünü Rusiyaya və çinə tutaraq NATO-nun “raket qalxanı”na qarşı qüvvələri birləşdirməyi təklif edib. Hüseyn Dehkanın sözügedən ölkələri yeni hərbi müttəfiqlik üçün görüşə səsləməsi, hər halda, nəticəsiz qalmayacaq. Nədən ki, NATO-nun “raket qalxanı” hər üç ölkənin milli təhlükəsizliyini təhdid edir və əslində Avropa ölkələri belə dünya jandarmlığı eşqinə düşən böyük qardaşlarının bu projesindən xeyli əndişə duyurlar. Fikrimizi daha rahat anlamaq üçün, gəlin, birlikdə bu suala cavab axtaraq: “raket qalxanı” deyilən nəsnə nədir və hansı məqsədləri qarşıya qoyur?

ABŞ-ın 2008-ci ildə gündəmə gətirdiyi bu proyekt, sözdə, İrana qarşı atılan hərbi addımdır. Guya, ABŞ-ın İrana edəcəyi hücum zamanı İran da İsrailə və digər müttəfiq dövlətlərə raket ata bilər və raketləri göydə təhlükəsiz hala gətirmək üçün bir çox ölkələrdə raketdənmüdafiə qurğuları qurulmalıdır. Maraqlıdır ki, ilk müdafiə sistemləri qurulan ölkələr İrandan xeyli uzaq coğrafiyalardan seçildi. İlk mərhələdə Balkan ölkələrindən Bolqarıstan, çexiya, Serbiya, Xorvatiya kimi dövlətlərin silahlandırılması, təbii ki, Rusiyanı ciddi narahat etməyə başladı. Rəsmi Moskva ABŞ-dan soruşdu ki, sən əgər həqiqətən də İranı vurmaq istəyirsənsə, bəs, mənim burnumun dibində nə gəzirsən?

ABŞ silahları İrana yox, Rusiyaya qarşı yönəlib

ölkənin keçmiş prezidenti Dmitri Medvedyevin 15 avqust 2008-ci il tarixində media orqanlarına düşən açıqlamaları “raket qalxanı”na Rusiya təpkisini ən bariz şəkildə ortaya qoyur. Almaniyanın baş naziri Angela Merkellə görüşdən sonra Medvedyev dilə gətirdiyi açıqlamada bu səddin Rusiyaya qarşı qurulduğunu və rəsmi Moskvanın cavabının yalnız diplomatik tərzdə olmayacağını bildirmişdi. Məlumat üçün qeyd edim ki, həmin gün ABŞ Polşa ilə “raket qalxanı” sazişi bağlayırdı.

Vaşintqon Moskvanın bu haqlı əndişələrinə cavab tapa bilmədiyi üçün 2010-cu ildə Türkiyəni də “raket qalxanı” dairəsinə daxil etdi. Bu belə, Rusiyanın əndişəsini azaltmadı, əksinə, daha çox artırdı. Nədən ki, Balkanların “raket qalxanı”na aid edilməsiylə ucu Baltikdən başlayan hərbi həlqə Qara dənizin şimal sahillərinə qədər uzanmışdı. İndi növbə dənizin cənub ayağında yerləşən Türkiyəyə gəlincə, Rusiya bu fəaliyyətin özünə qarşı təhdid olduğuna bir daha əmin oldu.

Doğrudan da, qərb sərhədləri boyunca tamamilə mühasirəyə alınmış Rusiyanın cənubda da vəziyyəti xeyli mürəkkəbləmişdi. Belə ki, Pakistan, Cənubi Koreya, Hindistan kimi dövlətlər əzəldən ABŞ-ın nəzarəti altında idi. SSRİ-nin dağılmasıyla qismən müstəqil siyasət aparan Türkiyə “raket qalxanı”na cəlb olununca, mühasirə xəttinin cənub həlqəsində yalnız İran və çin fəth olunmamış qalırdı.

Mühasirənin şərq hissəsində isə Rusiya hegemonluğunu çoxdan əldən vermişdi. II Dünya müharibəsindən sonra tamamilə Amerika idarəçiliyinə tabe olan Yaponiya, ABŞ-dan heç nəyi ilə fərqli olmayan, hətta onun orqanik uzantısı təsəvvürü yaradan Kanada və ABŞ-ın bir parçası sayılan Alyaska şərq cəbhəsinin keçilməz qalası durumundaydı. Maraqlıdır ki, həyat üçün heç şəraitin olmadığı şimal qütbü belə tam mənasıyla Rusiyanın əlində deyildi. Bir tərəfdən Norveç, digər tərəfdən Kanada Ağ ayılardan başqa heç kimin yaşamadığı şimal qütbündə belə, Rusiyanın hegemoniyasını daraldırdı.

Hazırda Ukrayna-Rusiya münaqişələrinə bu konteksdən yanaşanda rəsmi Moskvanın aqressivliyini anlamaq çətin deyil. Moskva artıq bu daraltma strategiyasının onun öz sərhədləri daxilinə keçdiyindən narahat olub Medvedyevin 2008-də dilə gətirdiyi qeyri-diplomatik dillə danışmağa məcbur olmuşdur.

Avropa da ABŞ tərəfindən mühasirəyə alınıb

2010-cu ildən hərarətini göstərməyə başlayan “ərəb baharları” Moskvanın öz əndişələrində nə qədər haqlı olduğunu təsdiqlədi. Zira ABŞ Yaxın Şərqin demokratiyaya, müasir mədəniyyətə daha ciddi ehtiyacı olan, qədim krallıqları xatırladan Səudiyyə Ərəbistanı, Küveyt, Qətər kimi öz arxa bağçasında deyil, keçmişdə Rusiyayla müəyyən əlaqələri olan Yəmən, Liviya və Suriya kimi məmləkətlərdə demokratiya ağacları əkmək eşqinə düşmüşdü.

Yeri gəlmişkən, “ərəb baharları” təkcə Rusiyanı mühasirəyə almaqla qalmır, həm də ABŞ-ın müttəfiqlikdən dəm vurduğu Avropanın da Afrikadakı ayağını kəsirdi. Qəddafi Liviyası Rusiyayla olduğu kimi, Fransanın hegemoniyası altında yaradılan Aralıq dənizi Birliyinin üzvü idi. İq
tisadi əməkdaşlıq ittifaqının digər üzvlərinin Tunis, Mərakeş olduğunu nəzərə alsaq, “ərəb baharları”yla Fransanın yaratdığı bu ittifaq, faktiki olaraq, ABŞ-ın nəzarətinə keçdi.
Odur ki, ABŞ-ın qlobal hegemoniyasının dağıdılmasında Rusiya qədər, Fransa, Almaniya da maraqlıdır və super güc zəiflədikcə Avropanın bir sıra güclü dövlətlərinin İran, Rusiya və çinlə əməkdaşlığa meyl göstərəcəkləri şübhəsizdir. Görünür, cənab Obamanın məlum çıxışında embarqonun aradan qaldırılmasına çalışmasaq, “təkcə, Rusiya və çin deyil, ən yaxın müttəfiqlərimiz belə, bu embarqonun məntiqini sorğulamağa başlarlar” deməsinin səbəbi də məhz bundan qaynaqlanır.

Aciz prezidentin ürəkağrıdan dərdi

İnsafən, cənab Obama haqsız da deyil. Amerikanın “raket qalxanı”, faktiki olaraq, bütün dünyanı ABŞ hegemoniyasına daxil etmək istədiyindən bütün dövlətlər ona qarşı işbirliyinə doğru sürüklənirlər. Zaman keçdikcə, II Dünya Müharibəsindəki faşist Almaniyasının gününə düşən amerikan iradəsi narazı salınmış dünya güclərinin yaxınlaşması sayəsində sarsılmağa doğru gedir. Mərkəzdənqaçma prosesini isə zor gücünə dayandırmaq mümkün deyil. İrana qarşı embarqonun aradan qaldırılmasını sevinclə qarşılayan Almaniyanın sənaye dünyası, uzun müddətdir ki, gözlədiyi fürsətin doğduğuna inanıb İranla əskidən bəri var olan, fəqət sanksiyalar nəticəsində dayandırılan əlaqələrini bərpa etməyə çalışır. Fransanın “Total” şirkəti də İrana qarşı embarqonu ilk “dələn”lərdəndir. çin zatən öz neft ehtiyacının böyük qismini İrandan alır. İran neftinin alıcıları sırasında çini təqib edən digər ölkələr bunlardır- Hindistan, Cənubi Koreya, İtaliya, Yaponiya, Türkiyə, Cənubi Afrika Resuplikası və Şri-lanka.

Eyni sözləri Rusiya üçün də demək olar. Rusiya İranın kənd təsərrüfatı mallarına ciddi ehtiyac hiss etdiyi kimi, bunun qarşılığında ona öz sənaye mallarını da satmaq istəyir. Bir neçə gün öncə S-300 raketlərini İrana satan Rusiyanın bu mövqeyini hətta ABŞ Prezidenti Barak Obama belə təqdirlə qarşılayıb bildirib ki, 2009-cu ildən iki dövlət arasında bu cür saziş var: “Mən o zaman Rusiya Prezidentindən bu sazişi təxirə salmağı rica etmişdim. O da buna müsbət reaksiya vermişdi. İndiyə qədər Rusiyanın İrana niyə S-300 raketləri satmadığına təəccüblənirəm”.

Yəhudi lobbisinin əlində qalan Barak Obamanın bu sözləri onun nə qədər çarəsiz durumda olduğunu, verdiyi sözlərə əməl edə bilmədiyini, bütün beynəlxalq razılaşmaların ABŞ tərəfindən pozulmasının üzüntüsünü yaşadığını göstərir. Dünyanın ən qüdrətli ölkəsinin bu qədər aciz prezidenti olmaq, öz ölkəsinin milli maraqlarını belə 1 milyonluq yəhudi vətəndaşına qurban vermək, həqiqətən, böyük dərddir.

Allah sənə səbr vesin, Obama!

Heydər Oğuz