XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

18 Aprel 2015 - 13:14

Prezident çıxış etdi, Baba Rzayev dəyişikliyə başladı – Etibar Pirverdiyevin kadrları “ələnir” (ÖZƏL)

Aliyev ilham.jpg

Prezidenti İlham Əliyevin «Azərenerji”nin önəmli səlahiyyətlərinin yeni yaradılan “Azərişıq” ASC-ə həvalə edilməsi haqqında sərəncamı Azərbaycanın enerji siyasətində ciddi dəyişiklik yaradıb.

Strateq.az-ın xəbərinə görə, bu dəyişiklik təkcə strtuktur və mövcud idarəetmə sistemində deyil, həm də kadrlarda özünü göstərməyə başlayıb. Belə ki, «Azərişıq»ın nəzdində yeni regional qurumlar yaradan Baba Rzayev artıq «Azərenerji»nin rəhbəri Etibar Pirverdiyevin kadrlarını da «təmizləməyə» başlayıb:

«Baba Rzayev bir sıra rayonların şəbəkə rəislərini artıq işdən uzaqlaşdırıb. Diqqətçəkən məqam odur ki, o, ilk öncə Etibar Pirverdiyevin ən sadiq adamlarından sayılan «Sumqayıt Elektrik Şəbəkə» MMC-nin («Sumqayıt REŞ» MMC) rəisi Sədrəddin Balaşovu vəzifəsindən uzaqlaşdırıb. Bundan əlavə, ölkənin şimal zonasının elektrik enerjisini tənzimləyən «Sumqayıt Regional Elektrik» MMC-nin rəisi Saleh Məmmədli də artıq yol üstündədir.

Məlumat üçün deyim ki, Saleh Məmmədli Etibar Pirverdiyevin tələbə yoldaşıdır. Baba Rzayev isə ona bu ayın sonuna qədər bütün «əyri-əksikləri» başa çatdırmaq tapşırığını verib. Bu tapşırıq başa çatdırılandan sonra isə onun da vəzifəsindən azad olunması haqda əmr veriləcək».

Strateq.az-ın xəbərinə görə, Baba Rzayev Etibar Pirverdiyevin təyin etdiyi kadrları vəzifələrindən uzaqlaşdırmaqla yanaşı, onun vaxtı ilə vurduğu rəisləri də geri qaytarmağa başlayıb:

«Artıq bir neçə rayon üzrə elektrik şəbəkə rəisləri vəzifəsinə vaxtilə Etibar Pirverdiyev tərəfindən işdən çıxarılan şəxslər gətirilib…».

Onu da bildirək ki, Prezident İlham Əliyev az öncə “Bakıelektrikşəbəkə”nin bazasında yaradılan “Azərişıq” ASC-dən bəhs edərkən bildirib ki, bu strukturun yaradılmasında məqsəd regionlarda elektrik enerjisi ilə təchizatını Bakının səviyyəsinə qaldırmaqdır. ölkə başçısı deyib ki, Bakıda elektrik enerjisi ilə təchizat yüksək səviyyədə olsa da, rayonlarda bu sahədə ciddi problemlər var. Prezidentin çıxışından sitat: “Bəzi hallarda mənə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çox müsbət mənzərə təqdim etməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət istədiyimiz səviyyədə deyil… Rayonlarda, kənd yerlərində bir balaca külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ qaldırmışdım, demişdim, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin… Əminəm ki, “Azərişıq” yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaq”.

Prezidentin bu çıxışı, Baba Rzayevin atdığı son addımlar isə göstərir ki, Etibar Pirverdiyevi qarşıda daha ağır günlər gözləyir…

Strateq.az