XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

18 Aprel 2015 - 15:16

Tikinti maqnatı ilə Kərəm Həsənov arasında qalmaqal (Özəl)

İş adamının obyektlərinə və tikidyi binaya sənəd ala bilməməsi iki nəhəngi üz-üzə qoyub

“Şərur” Tikinti Şirkətinin rəhbəri, məşhur iş adamı “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovla Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov arasında böyük gərginlik yaşanır. Bu haqda Strateq.az-a daxil olan məlumatda bildirilir ki, gərginliyə səbəb iş adamının tikintilərini sənədləşdirməkdə rastlaşdığı əngəllərdir. Deyilənə görə, Azadlıq prospektində, Dövlət Miqrasiya Xidmətinin yanında İsfəndiyar Axundova aid olduğu bildirilən “Hollywood” şadlıq sarayı da Komitə sədrinin iddiaları ucbatından sənədsiz qalıb. Daha dəqiqi, sənədləşmə üçün tələb edilən məbləğin fantastik miqdarı Kərəm Həsənovu İsfəndiyar Axundovun qatı düşməninə çevirib. İş o yerə çatıb ki, İsfəndiyar Axundov rəsmi şəkildə Kərəm Həsənovdan bir neçə yüksək instansiyaya şikayətlənərək, tələb olunan məbləğə gücünün yetmədiyini və məqsədli şəkildə incidildiyini bildirib.

Strateq.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, İsfəndiyar Axundov “yuxarılara” şikayətində təkcə “Hollywood”la bağlı problemini deyil, “Muray” MTK-nin dələduzluğu ilə üzləşmiş vətəndaşların mənzillə təmin edildiyi binanın məsələsini də qabardıb: “Bildiyiniz kimi, “Muray”ın aldatdığı vətəndaşların mənzillə təminatı üçün Prezidentin müvafiq göstərişi ilə torpaq sahəsi və pul ayrılmışdı. Binanın tikintisi, aldadılmış payçıların yerləşdirilməsi isə İsfəndiyar Axundova həvalə olunmuşdu. İş adamı üzərinə düşən işi yerinə yetirib. Ancaq o, mənzillərə müvafiq mülk çıxarışlarını Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən hələ də ala bilməyib. Bu səbəbdən, vətəndaşlarla tikinti şirkəti arasında böyük narazılıqlar da yaranıb. İsfəndiyar Axundov dəfələrlə müxtəlif instansiyalara müraciət etsə də, nəticə olmayıb. Hazırda İsfəndiyar Axundov, ən azı, dövlət sifarişində güzəşt əldə etmək üçün Kərəm Həsənova təzyiqlərin olunmasını istəyir”.

Mənbənin dediyinə görə, hazırda hökumət içərisində Kərəm Həsənova qarşı olan və dolayısı ilə İsfəndiyar Axundova dəstək verən xeyli nüfuzlu şəxslər də var və onlar bu prosesdən tikinti maqnatının uduşlu çıxmasını istəyirlər.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə