XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 04:42

Putinin növbəti 10 ili: Amerika sonsuz duelə hazırdır

Vaşinqton Moskva ilə qarşıdurmaya heç də maraqlı deyil

“La Stampa” (İspaniya) qəzeti Rusiyaya nisbətdə siyasət və Obamanın müttəfiqlərdən qətiyyət tələb etdiyinə dair məxfi materiallar əldə edib.

Strateq.az xəbər verir ki, Paolo Mastrolilli həmin nəşrdə yazır: Birləşmiş Ştatlar əmindir ki, Vladimir Putin Rusiyanın Qərbə münasibət strategiyasını dəyişdirib əməkdaşlıqdan qarşıdurmaya keçməyi qət edib. Amerikalılar bundan çıxış edirlər ki, Kremlin başçısı 2024-cü ilədək hakimiyyətdə qalacaq. Bu səbəbdən də Moskva ilə Ukraynanın yalnız bircə fəsil təşkil etdiyi uzunmüddətli qəliz münasibətə hazırlaşırlar. Bütün bu ideyalar yeni “Policy Review”-də Rusiya üzrə “Siyasi icmal”da əks olunub. Bu icmalda prezident Obamanın cümə günü sammitin gedişində İtaliyanın baş naziri Matteo Rentsiyə göstərdiyi təzyiqin səbəbi açıqlanıb: Amerika prezidenti İtaliyanın Putinə münasibətdə dayanıqlılıq cəbhəsini pozmayacağl barədə zəmanət əldə etmək istəyirdi”.

Nəşr yazır ki, Moskva ilə münasibətlərin vəziyyəti bir neçə həftə ərzində müzakirə olunub və sənəd tezliklə Barak Obamaya təqdim olunacaq. İcmalı prezidentin özəl köməkçisi və Rusiya-Avrasiya üzrə milli təhlükəsizlik Şurasının üzvü, başqa sözlə, Ağ Evin “kremlşünası” Selesta Vallender tərtib edir.

Vallender müttəfiq ölkələr uyğun tədbirlər görməyə başlamazdan öncə öz məruzəsinin əsas müddəalarını aprelin əvvəlində yaymağa başlayıb. Əsas yönəldici bənd SSRİ dağılandan sonra Rusiyanın Qərblə əməkdaşlıq yolu tutması haqda ideyadır: “Putin birinci mandatı dövründə bu yola əməl etdi, lakin artıq Gürcüstandakı müharibə kursun dəyişilməsinə işarə idi. Strategiyanın dəyişilməsi Ukrayna ilə münasbətlərdə aydın oldu və Rusiya hazırda digər qonuş bölgələrdə də qüvvə tətbiq etməyə hazırdır ki, öz milli maraqlarını qorusun… Moskva inkişaf etdirmək niyyətində olduğu müdafiə sektorundan savayı digər sahələrdə yenilənmə ideyasından əl çəkib və qarşıdurma yolunu seçib”.

Vaşinqton təhlükə gözləyən ölkəni hərbi baxımdansa daha çox sosial və iqtisadi planda gücləndirib cavab vermək niyyətindədir. Eyni zamanda Qərb ölkələri cəbhəsinin zəifləməsi yolverilməzdir. Minsk razılaşmasının tamamilə geçəkləşdirilməli olduğu vaxt, yəni ilin sonu ən yaxın sınaq müddəti olacaq. Lakin Moskva razılaşmanı pozmağa davam etsə, sanksiyalar təsdiq olunacaq və müəyyən müddətə sərtləşdiriləcək.

Müxbir yazır: “Qeyd etmək maraqlıdır ki, ABŞ Vaşinqtonda neft qiymətlərinin aşağı düşməsi ilə izah edilən Rusiya iqtisadiyyatının zəifləməsindən rahatsızdır, çünki sanksiyaların təsiri o qədər də böyük olmadı. Vaşinqton Kremlə izah etmək niyyətindədir ki, sanksiyalar problemi ancaq onun Ukrayna üzrə qərarından asılıdır və Rusiyanın strategiyası dəyişilərsə, ləğv edilə bilər. Vaşinqton heç də Moskva ilə qarşıdurmada maraqlı deyil”.