XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 April 2015 - 06:04

Ruslar Xo Şi Minin ölümündən necə faydalandı?

çinlə Sovetlər Birliyinin münasibətləri son dərəcə gərgin idi

Məşhur rəhbərlərin dəfni çoxüzlü diplomatiyanın həyata keçirilməsi üçün meydanlardan biridir. Bu kədərli hadisələr əksər hallarda beynəlxalq münasibətlərdə xeyli uğur əldə etməyə imkan verir.

Analitiklərin fikrincə, belə bir vaxtda hamını qüssə birləşdirir, müəyən mətləblər barədə açıq danışmaq olur. Buna görə də bəzi siyasi maneələri aradan aldırmaq olduqca asandır. 1969-cu ildə Xo Şi Minin dəfnində mən özüm Sovet-çin münasibətlərində belə bir dəyişikliyin şahidi olmuşam.

1969-cu il sentyabrın 2-də Vyetnam lideri Xo Şi Min vəfat etdi. Sentyabrın 4-də çXR Dövlət Şurasının başçısı çjou Enlay matəm mərasimində iştirak etmək üçün Hanoya yollandı. çKP MK həmçinin başçının müavini Li Syannyanı partiya nümayəndələri ilə dəfn mərasiminə göndərdi. Mən o zaman çXR-nın Vyetnamdakı səfiri cənab Van Yupinin tərcüməçilər heyətində işləyirdim. Li Syannyan sentyabrın 8-də nümayəndə heyəti ilə Hanoya gəldi. Onlar çatan kimi Albaniya Xalq Sosialist Partiyası (AXSP) nümayəndə heyətinin başçısı hansısa olduqca önəmli məsələləri müzakirə etmək üçün onunla çXR səfirliyində görüşmək arzusunu bildirdi. O zaman Albaniya ilə SSRİ arasında kəskin ziddiyyətlər var idi. 1961-ci ildə ölkələr hətta diplomatik münasibələri də kəsmişdilər. Həmçinin çinlə Sovetlər Birliyinin münasibətləri də dərin ideoloji böhran içində və son dərəcə gərgin idi. Buna görə də SSRİ-yə dair məsələlərdə Albaniya ilə çXR müttəfiq idi. AXSP heyətinin lideri görüş zamanı bildirdi ki, matəm mərasimində cənab Li Syannyanın sovet nümayəndə heyətinin rəhbəri, SSRİ Nazirlər Sovetinin başçısı Aleksey Kosıginlə salamlaşmayacağına ümidvardır. Dövlət Şurası başçısının müavini alban həmkarı ilə razılaşdı və dedi ki, heç bir şəraitdə Kosıgini salamlamayacaq.

Sentyabrın 9-da səhər-səhər Hanoyun mərkəzi meydanı Badində Xo Şi Minin təntənəli dəfn mərasimi başlandı. Mən Van Yupinlə ora bir qədər tez gəlmişdim. Bizə ayrılmış yerdə diplomatik heyətimizlə yanaşı durduq. Vyetnamım mühüm rəhbərləri baş tribunada idi. 32 diplomatik nümayəndə heyətinin başçı və müavinləri onların arxasında durmuşdu. Vyetnam Kommunist Partiyasının baş katibi Le Zuan (Lê Duẩn) matəm nitqini oxyuub qurtaran kimi meydan üzərində səmada helikopter göründü. Milyonlarla insan sevimli rəhbəri son mənzilə yola salarkən hönkürüb ağladı. Mən də göz yaşımı saxlaya bilmədim.

çinlə Sovet Birliyi arasındakı gərgin münasibətlər, həm də Vyetnamın hər ikisinə münasibətdə dostcasına siyasət üzündən matəm mərasimi zamanı hamını necə yerləşdirməklə bağlı çətinliklər yarandı. Li Syannyanla Kosıgin bir-birinin yanında durmasınlar deyə qərara gəlindi ki, hərəsi Vyetnam rəhbərlərinin bir tərəfində yerləşdirilsin. Kosıginin çinli həmkarına başı ilə bir neçə dəfə salam versə də, sonuncu, deyəsən, bunu görmədi. Mərasim başa çatarkən hər ikis tribunadan endi. Kosıgin Li Syannyanı görüb addımlarını yeyinlətdi və salamlaşmaq üçün artıq əl uzatmışdı, lakin o dönüb getdi ki, Albaniya heyətinin rəhbəri buna son dərəcə şad idi.

Vyetnam XİN Asiya departamentinin rəhbəri günün ikinci yarısında çin tərəfinə Sovet tərəfinin sifarişini çatdırdı: Kosıgin ayın 11-də Moskvaya qayıtmalıdır. O, bir neçə saatlığa Pekində dayanıb çjou Enlayla söhbət aparamaq istərdi və soruşurdu ki, bu mümkündürmü?

Li Syannyan bu barədə dərhal Pekinə məlumat vedi. Səhər saat 10-da cavab gəldi ki, cənab Kosıgin Pekində dayanıb Dövlət Şursının başçısı ilə söhbət edə bilər. Bu vaxt van Yupin artıq aeroprta Li Syannayanın heyətini yola salmağa yollanmışdı. O zamanlar mobil telefonlar hələ icad edilməmişdi, buna görə də aeroportla əlaqə yaratmaq mümkün deyildi. Səfirliyin müşavirlərindən biri – çen Lyan (Chen Liang) – dərhal ora yollandı. Lakin çin nümayəndə heyətini yola salmağa gəlmiş Vyetnam baş naziri Fam Van Donq (Phạm Văn Đồng) məlumat verdi ki, cənab Kosıgin bir saat öncə Hanoyu tərk edib. Onun Pekinin qərarını gözləməməsi faktı Li Syannayanı dəhşətli dərəcədə hirsləndirdi. Elə həmin günün ikinci yarısında Vyetnam XİN Asiya departamentinin rəhbəri Vanın elçisi ilə təcili şəkildə görüşdü və bildirdi ki, böyük bir səhv edib və buna görə Vyetnamın baz nazirindən töhmət alıb. İndi bütün baş verənlərə görə özünü qınayır.

Vyetnamın XİN vəziyyəti birtəhər qaydaya salmaq üçün sovet səfiri ilə görüş barədə vədələşdi, çin tərəfinin cavabını ona çatdırdı və xahiş etdi ki, Kosıginlə mümkün qədər tez calaşsınlar. Asiya departamentinin başçısı xüsusi vurğuladı ki, bu hadisədə günah bütünlüklə və tamamilə onun üzərinə düşür və çXR-dən üzr istədi.

Kosıginin Hanoydan vaxtından əvvəl uçub getmə səbəbi çin tərəfinin onun təklifini necə cavablandıracağını bilməməsindəydi. Həm də rədd cavabı alsaydı, olduqca naqolay duruma düşərdi. Lakin hər halda çXR-dən cavab gözləmək qərarına gəlmişdi, buna görə də təyyarəsi Daşkəndə endi. Hanoy Pekinin məktubunu Moskvaya göndərdi, Moskva bu haqda dərhal Kosıginə məlumat verdi və o, nəhayət, Pekinə yola düşdü.

çXR XİN-in SSRİ və Avropa departamentinin rəisi çjou Syaopey (Zhou Xiaopei) xatırlayır ki, çjou Enlay və cənab Kosıgin “Şoudu” beynəlxalq aeroportunun sağ qanadındakı fəxri qonaqlar üçün zalda görüşdülər və üç saatdan çox danışıq apardılar. Tərəflər danışığın gedişində sərhəddəki gərgin vəziyyətin yumşaldılması haqda razılığa gəldilər. Onlar həmçinin şərtləşdilər ki, fikir ayrılıqları ikitərəfli münasibətlərin normallaşmasına mane olmamalıdır. Sərhəd münaqişələrinə görə vuruşmaq lazım deyil, onları sülhlə həll etmək lazımdır. Həmçinin toqquşmaya yol vermədən sərhəddə sabit durumun saxlanması üçün bütün şəraitin yaradılması zəruridir. Bundan başqa, Kosıgin və çjou Enlay qarşılıqlı şəkildə səfirlərin təyin edilməsinin bərpası və ikitərəfli ticarət barədə razılaşdılar.

Danışıqlardan sonra Dövlət əŞurasının başçısı SSRİ Nazirlər Sovetinin sədrinə dedi: “Biz gəlmək istəyiniz barədə çox gec xəbər tutduq. Lakin mümkün qədər tez cavab verməyə çalışdıq. Hərçən Siz də dolanbac yollar qət etməli oldunuz, hər halda istədiyinizə nail oldunuz. çin dilində bir söz var: çenyuy (idiomatik ifadə-red.) “Səfər yolu getməyinə dəyərdi”. Bax, siyasətdə də eynilə bu cürdür. Dolanbac yollarsız olmur”. Kosıgin öz növbəsində cavab verdi ki, səfərə itirilmiş 20 saata qətiyyən təəssüf etmir.

Danışıqlardan sonra nəşrlər xəbər hazırladı: “1969-cu il sentyabrın 11-də SSRİ və çXR razılığa gəldi. SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin Hanoydan Moskvaya qayıdarkıən yolüstü Pekində dayandı və Dövlət Şurasının başçısı çjou Enlayla görüşdü. Danışıqlar sakit şəraitdə keçdi və çox uğurlu alındı”.

Lakin çin tərəfi məlumatı dərcə göndərməzdən əv
vəl danışıqların uğuru barədə ifadəni çıxartdı.

Li Tszyaçjun

“Xuantsü şibao” qəzeti (çin)18.04.2015

(Məqalənin müəllifi çXR-nın Vyetnamdakı keçmiş səfiridir.)