XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 April 2015 - 06:35

Antiərdoğançılar üçün pis xəbər – təhlil

Putin ona “müasir rus çarı” deyənlərə çaypulu verməyə hazırdır

Repressiv rejim, vahimə imperiyası, təkbaşçılıq, avtoritarizm, dəmir yumruqla idarə və sairə kimi ittihamlar kütlələri cəlb edə bilərdisə, onda bunu burada etmək daha asan olardı.

Dərhal qeyd edim ki, bu və ya digər ittihamın mötəbərlik dərəcəsi haqda danışmıram.

Mən Moskvadayam. Düşdüyüm mehmanxanadan Qızıl Meydana mənzərə açılır. Müxalif lider Boris Nemtsovun öz rəfiqəsi ilə gəzinti zamanı buradan bir az uzaqda qətlə yetirilməsindən bir aydan bir az artıq vaxt keçib. Hüquq-mühafizə qurumları artıq çeçen polisini yaxalayıb, o öz günahını etiraf edib. Bu cinayət açılmamış qalmayacaq. Lakin siyasi qətldən yenə də Rusiya demokratiyasına kölgə düşəcək, qətlin əsil günahkarları haqqında onu yenə də şübhələr bürüyəcək.

Rusiya iqtisadiyyatına baxılsa, bu ilin ilk üç ayındakı göstəricilər keçən ildəkindən daha pisdir. Rubl gücdən düşməkdə davam edir, istehlak enir, işsizlik artır, iqtsadiyyat ixtisara düşür. Sanksiyaların təsiri kəsilmir.

Bütün bunlar Ukrayna avantürsaının bədəlidir…

Belə bir şəraitdə antiputin cəbhəsinin indiki mənzərəni necə gördüyünə diqqət çəkmək istəyirəm. Guya Putin rus çarizmini dirçəldir, Rusiyanı keçmiş əzəmətinə qaytarmaq siyasəti aparır və “şanlı tarix”in bu populizminin cəzasını zavallı xalq çəkməli olur. Lakin Putini Rusiya əhalisinin gözündə nüfuzdan salmaq üçün Qərb KİV-də yazılan və təsvir edilənlərin hamısı Putinin xeyrinə işləyir. Bu kampaniya əks effektə malikdir və qoy bunda maraqlı olanların hamısı bundan xəbərdar olsun.

***

Hər şeyə baxanda Putinin Rusiyadakı əleyhdarları və Qərb KİV-dəki köməkçi orduları dərslərini öyrəndilər, bir sıra önəmli sualların cavabın düzgün bilmədən onları qaçırdılar. Niyə də ruslar bu gün keçmiş şöhrəti və sayğını qaytarmaq istəməsinlər? Məgər onlar hər bir qələbəni ayrıca bir muzeydə sərgiləmirlər? Niyə “müasir rus çarı” ləqəbi onları narahat etməlidir?

Bəlkə də, əksinə, Putin özü də ona “müasir rus çarı” deyənlərə çaypulu verməyə hazırdır. Onu müstəbid, çarizmin həsrətini çəkən kimi qələmə verib qaraladığını və bədnam etdiyini düşünənlərin hamısı isə məgər ona lazım olan imici vermirlər ona?

***

Tutaq ki, dastanlara sevgi məni sizin təsirə salmır. Bu gün qəlbimizdə hansısa rəğbət doğurmaq üçün qədim əfsanələrdən yoğrulmuş mədhiyyə nəğmələri yetərli deyil. Lakin kütlələr keçmişə sevgidə öz eyniyyətlərini aşkarlayır. Bəzilərimizdə heç bir hiss doğurmayan mətləb onları bütöv bir hisslər selini yaşamağa vadar edir. Həm də bu faktı dəyişmək üçün iki qəzet, üç telekanal və sosial şəbəkələrdə beş akkaunt kifayət deyil. Əgər Moskvanın küçələrində aprel qarı ilə adamın üzünə çırpılan həqiqət varsa da, o da məhz budur.

Bəyənmədiyiniz, xoşunuza gəlməyən faktlarla mübahisə edə bilərsiniz, lakin onu inkar etmək mənasızdır. Küləyə qarşı tüpürməyə bərabərdir.

***

Mən Türkiyə-Rusiya ictimai forumu “Media komitə” sədrlərinin görüşü münasibətilə Moskvadayam. Komitənin rusiyalı həmsədri Andrey Bıstritski ilə görüşdüm, həmçinin onun rəhbərlik etdiyi kommunikasiya, media və dizayn fakültəsinin tələbələri qarşısında çıxış etdim. Bu il Rusiyada bölgə seçkiləri, gələn il ümumi parlament ilə əlamətdarddır. Küçə müxalifətini təmsil edən marginal partiyalar yenə də küçələrdə antiputin bayrağı altında yürüşlər keçirəcək. Lakin təklikdə üstələyə bilmədikləri Putinə qalib gəlmək üçün bu dəfə öz qüvvələrini birləşdirməyə cəhd edirlər. Biri Nemtsovun partiyası olmaqla iki partiya artıq birləşib, üçüncünün birləşəcəyi elan olunub. Güclü alyans yaratmaq üçün digər siyasi güclərin də iştirakı gözlənilir.

Onlar Putini devirməyə qabildirmi? Düşünmürəm. Bundan başqa, eyni şeyi ictimai rəyin sorğulanması da təsdiq edir. Hazırda Putinə inam reytinqi 80-85% səviyyəsində qalır. O, Krımın ilhaqı ilə ən yüksək hədd sərgilədi.

Dövlət Dumasındakı müxalifət gəlincə, bütövlükdə hamısı – kommunistlərdən liberallara qədər – Putin idarəçiliyini bəyənir. Bu ona görə baş verir ki, rusiyalılar 1990-cı illərdə devrilmiş milli qüruru yenidən hiss etməyə başlayırlar.

Bizdə də belə bir qütbləşdirilmiş üsuldan istifadə etmək cəhdləri olub. Türkiyədə vahid partiya və yaxud “ümumi çardaq” layihələri iflasa uğradı. Bu, Rusiyada da Putinə qarşı effekt vermədi.

***

Belə bir tutuşdurmanı ona görə aparıram ki, Putini həmişə bir nümunə kimi göstərirlər. Bununla yanaşı ondan çıxış edirəm ki, ölkəmizdəki antiərdoğançılar üçün bunda müəyyən gizli faydalar var.

Həqiqət payı ayrıca bir söhbətdir, lakin hətta Putinin timsalında “çarizm” itithamı heç nəyə gətirib çıxartmadı və rusiyalıların əksəriyyətinin düşüncəsinə təsir etmədi. Qoy Ərdoğanın prezident sisteminə keçməkdə ittiham edənlər, öz ittihamlarını ancaq onun “sultanlığı” yamsılamağın əsasında quranların hamısı bunu bilsin.

Akif Beki

“Hurriyet” qəzeti (Тürkiyə)

22.04.2015