XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 08:17

İrəvandan SƏRSƏM iddia: Ermənistan 1990-cı il Bakıda baş verənləri “erməni soyqırımı” kimi TANIMAQ İSTƏYİR

tank Baki.jpg

İrəvan 1990-cı ilin yanvarında baş verənləri qondarma “soyqırım” siyasətinə daxil edib

Ermənistan 1990-cı ilin yanvar ayında Bakıda SSRİ DTK-sı tərəfindən təşkil olunmuş iğtişaşlar nəticəsində ölən erməniləri 1915-ci ilin “erməni soyqırımı” zəncirinə daxil edilməsi və bu “soyqrımda” “Azərbaycanın məsuliyyəti”nin müəyyənləşməsi üçün dövlət səviyyəsində qərar qəbul edib.

Strateq.az bildirir ki, Ermənistan Prezident Aparatının reallaşdırdığı ” Adi soyqırım” adlı layihə çəçrivəsində “Əsrə bərabər soyqırım: Bakıda Qara Yanvar” sənədli filmi çəkilir. Bu layihə çərçivəsində hazırlanan artıq altıncı filmdir. “”Əsrə bərabər soyqırım: Bakıda Qara Yanvar” filmi rus, ingilis dillərinə tərcümə olunub. Filmin ABŞ-da təqdimatına hazırlıq gedir.

Filmin müəllifi və rejissoru Marina Qriqoryan bildirib ki, Bakıda 1990-cı ilin yanvarında baş verənlər “qaranlıq səhifələrdir”. Filmdə 1990-cı ildə Bakını tərk etmiş, indi müxtəlif ölkələrdə yaşayan ermənilərin xatirələri yer alıb. Həmin xatirələrin yer aldığı külliyyat isə 2015-ci ilin yayında işıq üzü görəcək.

Ancaq müəllif etiraf edib ki, Bakı hadisələri ilə ğlı əllərində heç bir fakt, sənəd və videoçəkiliş yoxdur. Film sadəcə 90-cı ildə Bakıdan gedən ermənilərin xatirələri əsasında hazırlanıb.

Qeyd edək ki, Ermənistan 2009-cu ildən etibarən beş əcnəbi dildə Sumqayıt, Bakı, o cümlədən 1991-ci ildə çaykəndi qanunsuz erməni silahlı dəstələrindən təmizlənməsi üçün SSRİ Daxili İşlər Nazirliyinin iştirakı ilə aparılan “üzük” əməliyyatı barədə tarixi faktları tam təhrif edən sənədli filmlər çəkilib.

Qriqoryan bildirib ki, yeni filmin konseptual ideyası 20-ci əsrin əvvəlində Osmanlı İmperiyasında baş verənlərlə 1990-cı ilin yanvarında Bakıdakı hadisələri əlaqələndirməkdir.

Filmdə saxta ideoloji tezis belə qoyulub: Bakıdan gedən ermənilərin hamısı əsrin əvvəlində Türkiyənin köçürmə siyasəti nəticəsində Qafqaza və Azərbaycana gələnlərin nəsilləridir. Guya 1990-cı ildə Bakıda baş verən hadisələr “erməni xalqının soyqırımı”ın davamı sayılmalıdır.

Xəstə təfəkkürlü Ermənistan siyasi dairələri hesab edir ki, hazırlanan bu layhə Bakı ermənilərinin tarixini göstərməklə erməni diplomatiyasının əlində güclü silaha çevriləcək.

Növbəti erməni yalanlarını faş etmək üçün Azərbaycanın əlində ciddi resurslar mövcuddur. 1990-cı ilin yanvar ayında Bakıda baş verənlər SSRİ-nin müttəfiq respublikaya qarşı iyrənc təxribatı olub. Azərbaycanın milli azadlıq hərəkatının uğurlu startını görən Mixail Qorbaçov və DTK rəhbərliyi iğtişaşlar təşkil edərək Bakının erməni əhalisinə qarşı talanlar törədiblər. Ancaq bu təxribat uğursuzluqla nəticələnib. Hökümətin və Azərbaycan Xalq Cəbhəsinin fəallarının səyləri nəticəsində Bakının erməni məhəllərində təxribatların qarşısı alınıb.

Moskvanın himayəsi altında erməni silahlı dəstələri həmin ilərdə Qarabağda, Naxçıvanda dinc əhaliyə qarşı hucumlar təşkil edərək vətəndaşları qətlə yetiriblər. Bundan 2 əvvəl isə -1988-ci ildə Ermənistanda yaşayan 200 min azərbaycanlı öz dədə-baba ocaqlarından qovularaq Azərbaycana gəlib. Bütün əmlakı Ermənistanda qalan qaçqınlar həmin illərin ən həyəcanlı və qanlı xatirələrini saxlayır. Bütün bunlara baxmayaraq 300 min Bakı ermənisi 1990-cı ilə qədər şəhərdə yaşayıb. Ermənilərə yəqin ki bu faktları açıqlamaq sərf eləməz.

Xaqani SƏFƏROĞLU