XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 07:51

Rusiya Asiyada qoşunlarını artırır – təhlil

Rusiyanın S-400 zenit raket sistemi

Rusiya Uzaq Şərqdəki hərbi potensialını artırmaqda davam edir. Hazırda bölgədəki S-400 zenit raket sistemlərini (ZRS) ikiqat artırır.

Rusiyanın Müdafiə Nazirliyinə istinad edən dövlət KİV-nin məlumatına əsasən, Moskva Kamçatka yarımadasında S-400 ZRS yerləşdirib. Jurnalistlər təsdiq edirlər ki, beş ədəd bu cür ZRS Kamçatka səmasının keşiyində duracaq.

S-400 dünyada 120-400 kilometr mənzillik ən çağdaş zenit taket sistemlərindən biridir. ZRS kiçik aviasiyadan tutmuş nüvə başlıqlı ballistik raketlərə qədər nəyi istəsən, vura bilər.

Hazırda S-400 artıq Moskva, Sankt-Peterburq və Rusiyanın Şimal donanmasının bazası olan Severomorsk ətrafında yerləşdirilib.

“Russia Today”-in məlumat verdiyi kimi, Rusiya həmçinin Yaponiya ilə qonşu olduğu güney sahillərində də S-400 yerləşdirib.

Rusiya bu ZRS-i birbaşa indi ixracat etməyə hazır deyil, lakin S-400-ün gələcəkdə tədarükü üçün çinlə müqavilə bağlayıb. Sözsüz ki, bu da Tayvan və Yaponiyada təşviş doğurmalıdır. Bu sistemi əldə etmək istəyən ölkələr sırasına Səudiyyə Ərəbistanı və Türkiyə də daxildir.

Rusiya həm də Sakit okean donanmasını gücləndirir. Donanma üçün gəmilərin, o cümlədən ballistik raketlərlə silahlandırılmış “Borey” layihəli yeni atom sualtı qayıqlarının inşası davam edir.

“Borey” layihəli “Vladimir Monomax” sualtı qayığı bu il Sakit okean donanmasına qoşulacaq. Hazırda donanmanın tərkibində bu cür ancaq bir gəmi – “Aleksandr Nevski” var. Gəmi 2014-cü ilin dekabrında Kamçatkada qitələrarası “Bulava” raketini uğurla sınaqdan keçirib.

Sakit okean donanmasının əsas vəzifələrindən biri Şimali Arktika dəniz yoluna nəzarət etmək və patrul keşiyi çəkməkdir. çin gücləndikcə Arktikanın Sakit okean tərəfi getdikcə daha çox Rusiyanın ticarət və energetika sahəsində açar istehkamı kimi qəbul edilir. Digər ölkələr, xüsusilə Birləşmiş Ştatlar Arktikada öz maraqlarını qorumağa cəhd edir. Rusiyanın Sakit okean donanmasının gücləndirilməsi Arktika dövlətləri arasında gərginlik törədə bilər. Birləşmiş Ştatlar 2017-ci ilədək Arktika şurasına başçılıq edəcəyindən Rusiya və Amerika bölgədə münaqişələrdən yayınmaq istəyirsə, ümumi dil tapmalı olacaq.

Rusiya HHM və donanmanı gücləndirməkdən əlavə 2013-cü ildə gözlənilmədən Uzaq Şərqdə “160 000 əsgər, 1000 tank, 130 təyyarə və 70 gəminin iştirak etdiyi” hərbi təlimlər keçirdi. Bu təlimlər SSRİ-nin dağılmasından sonra ən böyük təlim oldu və çinlə Yaponiyada müəyyən təşvişlər doğurdu.

Rusiya həmçinin bölgədə səma patrulunu da kəskin şəkildə artırıb. Yaponiya 2013-cü il təlimləri zamanı Rusiyanın təlimlərdə iştirak edən strateji bombardmançılarını yaxalamaq üçün qırıcıları havaya qaldırmalı oldu. Yaponiyanın müdafiə naziri İtsunori Onodera keçən il bildirdi ki, Rusiya təyyarələri soyuq müharibə dönəmindənsə indi bu bölgədə daha tez-tez patrulluq edir.

Rusiya 2014-cü ilin sentyabrında Uzaq Şərqdə yenidən “Şərq-2014” adlı hərbi təlimlər keçirdi. Təlimdə 100 000 əsgər, 1500-ə yaxın tank, 120 təyyarə, 5000 ədəd digər hərbi texnika və təxminən, 70 gəmi iştirak edib.

Rebekka Miller

“The National Interest”, (ABŞ), 22.04.2015




Yuxarı Əvvələ Ana Səhifə