XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

25 Aprel 2015 - 12:03

Azərbaycan Avropa Hərəkatının üzvü olduğu baş qurum “soyqırım”ı tanıyıb – ÖZƏL

avropa-azeri.JPG

Beynəlxalq Avropa Hərəkatının Latviya Milli parlamentində keçirilən 2 günlük sammitində qondarma “erməni soyqırımı” ilə bağlı məsələ müzakirə edilib və “soyqırım”ı tanımaqla bağlı qətnamə layihəsi qəbul edilib.

Strateq.az bildirir ki, Forumda 40-dan artıq beynəlxalq təşkilat və ölkə, o cümlədən Türkiyə iştirak edib. Sözügedən qondarma “soyqırım”la bağlı qətnamə “Ermənistanın Avropalı dostları” və “Ermənistan Avropa Hərəkatı” təşkilatlarının təşəbbüsü ilə müzakirəyə çıxarılıb.

Plenar iclasda və işçi qruplarında müzakirələrdən sonra qətnamə yekdilliklə qəbul edilib. Forumla bağlı yayılan rəsmi açıqlamada iştirakçı ölkələrin adı açıqlanmadığından Azərbaycan Avropa Hərəkatının nümayəndələrinin sammitdə iştirakı barədə məlumat yoxdur. çox guman ki, Azərbaycan Avropa Hərəkatı bununla bağlı öz mövqeyini açıqlayan bəyanat verəcək.

Qeyd edək ki, bu təşkilatın Azərbaycanla bağlı təşkilatı da fəaliyyət göstərir. Azərbaycan Avropa Hərəkatı 2012-ci ildə təsis edilib və dövlət qeydiyyatından keçib. Həmin ilin fevral ayının 17-də keçirilən ilk Konqresdə Ramin Hacılı hərəkatın prezidenti, Xalisə Şahverdi, Emin Aslan, Pərviz Abbasov, Gülsel Səfərova, Mirhəsən Seyidov, Elnarə Qəribova, Qüdsiyyə Məmmədova, Orxan Əkbərov, Fariz Əhmədov, Cavid İsmayılov, Leyla Aslanova və Vüqar Əhmədov isə İdarə Heyətinə seçilib. Təşkilatın fəxri prezidentləri Milli Məclisin deputatı Asim Mollazadə və Azərbaycan prezidentinin müşaviri Kamal Abdulladır.

Azərbaycan Avropa Hərəkatı ötən həftə yaydığı bəyanatda qondarma “erməni soyqırımı” ilə bağlı qərarları “siyasi ritorika” adlandıraraq sülh prosesinə əngəl törətdiyini bildirib.

“Əgər birinci dünya savaşı zamanı baş verənləri soyqırım kimi xarakterizə etsək, erməni xalqına qisasçılıq hissi aşılamış olarıq. Bu halda da regionda sabitlik mümkün olmayacaq. Biz tarixdə baş vermiş olayların tarixçilər tərəfindən araşdırılmasının, hüquqi qiymətin siyasilər tərəfindən deyil, dövlətlərin və ya maraq qruplarının yox, arxivləri təhqiq edən mütəxəssislər tərəfindən verməsinin tərəfdarıyıq. Əks təqdirdə soyqırım iddiası düşmənçilik yaradır”-deyə bəyanatlarında vurğulayıblar.

X. SƏFƏRLİ