XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

25 Aprel 2015 - 13:47

Ərdoğan Merkelə Hitleri xatırlatdı, Putinə rusların da qatil olduqlarını dedi – AÇIQLAMA

putin erdoqan.jpg

“Ermənilərə dəstək verən ölkələri əvvəlcə öz tarixlərindəki ləkələri təmizləməyə çağırıram. Soyqırımı haqda danışacaq ən axırıncı ölkələr Almaniya, Rusiya və Fransadır. ötən əsrdə Almaniyanın səbəb olduğu iki dünya müharibəsində baş verənlər göz önündədir”.

Strateq.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İrəvanda keçirilən qondarma “soyqırım” tədbirlərində işitrak edən dövlət başçılarının səfərini şərh edərkən deyib.

Türkiyə prezidenti İrəvanda qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı keçirilən tədbirə 2 ölkə başçısının, lakin çanaqqaladakı tədbirlərə 20 ölkənin prezidentinin qatıldığını bildirib: “Biz çox istəyərdik ki, Putin Ermənistana getməsin, Olland Ermənistana getməsin. İrəvanda iki, amma çanaqqalada iyirmi prezident iştirak etdi. Avropa Birliyi bizə ağıl öyrətməsin, bunu özünə saxlasın. Bizə deyirlər ki, arxivləri açın. Biz də 15 ildir ki, arxivlərimizi açmağa hazır olduğumuzu bəyan edirik. Bunların qulaqları var, eşitmir. Gözləri var, görmür. Dilləri var, həqiqətləri demir”.