Ukraynaya görə amerikalıların mövqeyi vahiddir
Sorğulara görə, amerikalılar Ukraynaya nisbətdə fikirlərində həmrəydirlər. Sorğuya tutulanların əksəriyyəti Kremlə qarşı sanksiyaların sərtləşdirilməsini müdafiə edir. Senator Rend Poldan savayı prezidentliyə aparıcı namizədlərin hamısı Moskvaya münasibətdə sərt mövqe tutur və Ukraynaya silah verilməsi uğrunda çıxış edir. Məsələn, Demokratlar partiyasından namizədliyi ehtimal olunan Hillari Klintonu götürək. O, ən azı, Moskvanın istəklisi deyil. Rusiya mediası onu böyük günahlarda – qətiyyət, feminizm, siyasi nəzakət, xırdaçı xasiyyətdə ittiham edir.
Prezident Vladimir Putin 2014-cü ildə Fransa KİV-ə müsahibəsində onu tənqid edib: “Ən yaxşısı, qadınlarla mübahisəyə, deyişməyə girişməməkdir. Lakin xanım Klinton əvvəllər də ifadələrinin xüsusi incəliyi ilə fərqlənməyib. Nəzakətin bəlli sərhədini keçmək insanların gücündən yox, zəifliyindən xəbər verir. Lakin zəiflik qadın üçün heç də ən pis keyfiyyət deyil”.
Klintonun xarici siyasət üzrə müşavirləri Rusiyaya münasibətdə qəddar mövqe tutur. Məsələn, Yuqoslaviyanın bölünməsi üzrə arxitektor, Moskvaya rəğbəti olmayan Riçard Holbruk bu sıraya daxildir.
Dövlət katibinin Maydanda Yanukoviçə qarşı etiraz yürüşü zamanı peçenye paylayan və Ukraynayönlü mövqeyinə görə Rusiya KİV-nin o vaxtdan İblisə çevirdiyi Avropa məsələləri üzrə köməkçisiViktoriya Nuland da bu çevrəyə aiddir.
Komandanın daha bir üzvü – Rusiyadakı keçmiş səfir, indi isə NATO baş katibinin müavini Aleksandr Verşboudur.
Klinton dövlət katibi vəzifəsini tutarkən Avropa liderlərindən Ukraynanın şərqindəki münaqişə üzrə sərt mövqe tutmağı qətiyyətlə tələb edir və Putini tənqid edirdi.
London meri Boris Conson etiraf edir ki, Klintonun Avropa liderlərinin təkidlə Rusiya prezidentinə qarşı çıxmaq tələbinə mat qalmışdı: “O qorxurdu ki, Putin müqavimətə rast gəlməsə, ona nəzarət edilməsə, onda öz təsirini bütün keçmiş SSRİ-yə genişləndirəcək”.
Klinton Consona deyib ki, britaniyalıların Rusiya enerji daşıyıcılarından asılılığını azaltmaq və alternativ tədarükçülər axtarmaq lazımdır. Müəmmalı Rusiya ilə münasibətlərdə problem Hillari Klinton üçün yeni məsələ deyil. özünün “çətin qərarlar” memuarında yazdığı kimi, Putini necə başa düşmək üzərində düşüncələrə xeyli vaxt sərf etməli olub.
Klinton dövlət katibi vəzifəsində 2013-cü ilin yanvarında hazırladığı son məruzədə Vladimir Putinin iddiaları barədə prezident Barak Obamaya xəbərdarlıq edirdi. O yazırdı ki, Putin həm Rusyanın qonşuları, həm də bütün dünya nizamı üçün təhlükə yaradır. Klinton xəbərdarlıq edirdi ki, qarşıda çətin günlər durur və Moskva ilə münasibətlər yaxşılaşmaqdansa, çox güman ki, daha da pisləşəcək.
Hillari Klinton Obamanı 2009-cu ildən birlikdə həyata keçirtdikləri yenidən yüklənmə siyasətində fasilə etməyə çağırırdı. Məsləhət görürdü ki, ruh yüksəkliyi göstərib Putinə çox diqqət ayırmaqla onu yoldan çıxardaraq əməkdaşlıq təklif etməsin: “Putinin başa düşdüyü yeganə şey qüvvə və qətiyyətdir”.
ABŞ prezidneti bu xəbərdarlığa etinasız yanaşdı və Putinin 2013-cü ilin yayında dövlət başçılarının Moskvada keşirilən sammitinə qatılmq dəvətini qəbul etdi. Sonda səfər təxirə salındı, çünki Rusiya hökuməti Edvard Snoudenə siyasi sığınacaq verdi. Klinton hesab edirdi ki, Putin “Sovet imperiyasını dirçəldir və özgə cür düşünənləri əzir”.
Kremlin respublikaçı prezidentlə münasibətləri heç də sadə olmayacaq. Qubernator Ceb Buş seçkilərə qatılacağını hələlik formal olaraq bildirməyib, lakin xarici siyasətdəki “sadəlövhlük” və “passivlik”, o cümlədən Ukrayna və Rusiya xüsusunda tez-tez tənqidi çıxışlar edir. Onun qardaşı keçmiş prezident Corc Buşda Putinə qarşı heç bir xoş hiss yoxdur. Ceb Buşun xarici siyasət üzrə müşavirlər komandasına, çox ehtimal ki, qardaşının adamları, birinci növbədə keçmiş dövlət katibi Kandaliza Rays və dövlət katibinin keçmiş müavini Pol Volfoviç daxil olacaq. Onlara “Kremlin istəkliləri” demək olmaz.
Əgər Ceb Buş prezident olmasa, onda kim olacaq? Senatın xarici məsələlər üzrə komitəsində olan və kommunizmə dözümsüz münasibəti ilə ad çıxartmış Kuba mənşəli Marko Rubio və Ted Kruz Ukrayna ordusuna silah tədarükünü dəstəkləyir və Rusiyanı kəskin şəkildə tənqid edirlər. Rubio və Kruz Ronald Reyqanın və onun qüvvə ilə sülhə nail olmaq siyasəti qarşısında diz çökürlər. Xüsusən də Kruz bildirib ki, ABŞ Ukraynaya silah verməyə borcludur.
Daha bir respublikaçı Viskonsin qubernatoru Skott Uolkerdir. O da Ukraynaya silah satılması uğrunda çıxış edir.
ümumi sırada fərqlənən yeganə sima senator Rend Poldur. “Forbes”in icmalçılarından biri qeyd edir ki, senator Pol Ukraynaya nisbətdə baxışlarını dəfələrlə dəyişdirib və onun bu yaxınlardakı sözləri əvvəlki ifadələrinə uyğun gəlmir. Rusiyaya münasibətdə onun müşavirləri səfir Riçard Bert və Nikson mərkəzinin prezidenti Dmitri Saymsdır. Onlar real siyasət tərəfdarları hesab olunur və Rusiyaya qarşı daha dostcasına münasibətə üstünlük verirlər.
Beləliklə, əgər Rend Pol təsadüfən prezident olmasa, Rusiya vahid demokrat-respublikaçı cəbhəsi ilə üz-üzə qalacaq. Onların hamısı Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanması uğrunda çıxış edir. Onlar, çətin ki, sanksiyaların yumşaldılmasına dəstək verələr.
Vladimir Putinin aprelin 16-dakı “Prezidentlə birbaşa xətt” adlı dördsaatlıq şousu onun komandasının ABŞ-a etinasız münasibətini sərgilədi, lakin Ukraynaya görə təcrid və sanksiyalar öz işini görür. 2016-cı il seçkilərində demokrat, ya respublikaçı – kim qalib gəlir, gəlsin, Moskvanın işi asan olmayacaq. Ukraynaya görə amerikalıların mövqeyi vahiddir.
Ariel Koen
Kürəsəl təhlükəsizlik İnstitutu nəzdində energtika Mərkəzinin rəhbəri, İnternatioanl Market Analysis, Ltd şirkətinin başçısı
“Newsweek” (ABŞ), 27.04.2015