XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2018 - 15:41

Özbəkistanda eks-prezidentin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri saxlanılıb- İstintaq aparılır

Özbəkistanda eks-prezident İslam Kərimovun təhlükəsizlik xidmətinin keçmiş rəhbəri, general-mayor Muidjon Toxiriy saxlanılıb.

Report “İnterfaks” a istinadən xəbər verir ki, Özbəkistan Baş Prokurorluğu bir sıra yerli KİV-lərdə onun həbs olunduğu barədə məlumatı təsdiqləyib.

“Muidjon Toxiriy həqiqətən saxlanılıb, ona qarşı istintaq tədbirləri aparılır”, – qurumun mətbuat xidmətinin nümayəndəsi bildirib.

Baş Prokurorluğun nümayəndəsi əlavə məlumat verməyib.