XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 06:11

Ruslar azalır: 50-ci illərdə doğulan çox böyük bir nəsil qocalmadadır – ANALİZ

Rusiyada demoqrafik durum sürətlə pisləşir

Rusiyanı gah “gəbərməkdə olan ayı”, gah “ölməkdə olan millət” adlandırmaqla bu ölkənin demoqrafik problemlərindən çox danışırlar. Demoqrafiya dünyada çox da geniş yayılmış mövzu deyil və təəssüf ki, bundan olduqca nadir hallarda hərdənbir söhbət açılır. Lakin populyar KİV bizə Rusiyadakı demoqrafik durumdan danışarkən qaçılmaz fəlakət və bəla barədə söhbətlər eşidirik.

Lakin gerçəklik xeyli qəlizdir. Son onilliklərdə “ölməkdə olan” Rusyada yaşam müddəti əsaslı şəkildə artıb, doğuş xeyli çoxalıb və ölüm cüzi şəkildə azalıb. Bu yaxşılaşmalar yekunda yetərli idi ki, 2013-2014-cü illərdə ölkədə əhalinin normal artımı bərpa olunsun.

“ölməkdə olan” Rusiya əhalisinin artmasından danışarkən, əslində, son illərdə Mərkəzi Asiyadan xeyli miqdarda mühacirin ora axışmaqda olduğu cəhəti nəzərdə tuturuq. Əhali sayının, təxminən, 700 min nəfər azaldığı 1990-cı illərin sonu və 2000-ci illərin başlanğıcı ilə müqayisədə bu gün böyük fərq göz qabağındadır.

Əlbəttə, demoqrafik göstəricilər sabit ola bilməz. 1990-cı illərin hadisələri (Rusiyada doğuşun rekord səviyyədə sürətlə azalması qeydə alınarkən) kifayət qədər aydın şəkildə göstərdi ki, rusiyalılar iqtisadi təhlükəni hiss edib övlada malik olmaqdan imtina edir və bu planı daha yaxşı zəmanəyə qədər təxirə salırlar. Bunu və Rusiyanın keçən il hansı çətinliklərlə üzlşdiyini bilməklə ölkədə doğuşun azalmasını tam şəkildə gözləmək mümkündür.

“Rosstat”-ın son məlumatları məhz bundan xəbər verir. 2015-ci ilin son üç ayı ərzində ölkədə doğuş, demək olar, 5% aşağı düşüb. Beləliklə, 1998-1999-cu illərdə yaşanmış defolt və maliyyə böhranından bəri ümumən Rusiyada ən pis demoqrafik durum qeydə alınıb.

Rusiya iqtisadiyyatı əksərin əvvəlcədən dediyinə rəğmən son sarsıntıdan xeyli yaxşı keçə bildi. Reytinq agentlikləri və investisiya bankarının son proqnozalarına əsaslanıb böyük əminliklə demək olar ki, indiki böhranın gedişində üDM-in 3%-dən azı itiriləcək. Lakin demoqrafik itkilər ən bədbin proqnozlardan daha pis çıxdı. Rusiyadakı demoqrafik durum heç vaxt Putinin hakimiyyətə gəlişindən sonrakı qədər kəskin pisləşməmişdi.

Rusiyada bu yaxında başlanmış əhali artımının ləngiyəcəyi və sonra isə ümumiyyətlə yox olacağı barədə fikir geniş yayılıb. Doğuşu indiki səviyyədə saxlamaq üçün 90-cı illər nəsli, sadəcə, sayca son dərəcə azdır, ölüm isə qaçılmaz şəkildə artacaq, çünki 1940-cı illərin sonu və 1950-ci illərin əvvəlində doğulan çox böyük bir nəsil qocalmadadır. Lakin bu dəyişimlərin tempi sabit ola bilməz və hələ bir və ya iki il əvvəl göründüyündən daha sürətlə baş verir.

İlin ikinci yarısında nələrin baş verdiyini görəcəyik, lakin indki anda Rusiyanın əvvəlki müsbət trayektoriyası kəskin şəkildə aşağı düşür.

Mark Adomanis (“Forbes”, ABŞ), 29.04.2015




Yuxarı Əvvələ Ana Səhifə