XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 April 2015 - 08:03

Separatçı “DQR” Avropa Parlamentində: “Artsax Demokratik Partiyası” EFA-ya qəbul edilib – XƏBƏR

EFA.jpg

Azərbaycan Yaşıllar Partiyasının tərəfdaşı separatçı “DQR”-i tanımaqla bağlı BMT-yə müraciət edib

Avropa Parlamentinin “Avropa Azadlıq Alyansı” Partiyası (EFA) BMT üzvü olan ölkələri qonadrma “DQR”-i tanımağa çağıran bəyanat qəbul edib.

Strateq.az qurumun rəsmi saytına istinadən bildirir ki, bəyanat partiyanın Almaniyanın Budişin şəhərində 16-18 aprel tarixində keçirlmiş Baş Assmableyasının illik iclasında qəbul edilib.

EFA BMT üzvü olan ölkələrə müraciətində Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağa çağırır və bunu özü üçün əsas məsələ sayır.

Assambleyanın işində separatçı “DQR” rejimin nümayəndəsi Aşot Qulyan işitrak edib. Onun təqdim etdiyi sənədlər üzrə iclasda “Artsax Demokratik Partiyası” yekdilliklə EFA-nın assosiativ üzvü qəbul edilib.

Qeyd edək ki, Avropa Parlamentində təmsil olunan “Avropa Azadlıq Alyansı” Partiyası azsaylı xalqların, tanınmamış separatçı qurumların maraqlarını müdaifə edən müxtəlif siyasi partiyalarının birliyidir. 2015-ci ildəki məlumatlara görə, bu partiyanın tərkibində Avropa Parlamentinin 7 deputatı var. Avropa Parlamentində EFA “Avropa Yaşıllar Partiyası” ilə birgə fraksiya təşkil edir. 50 –dən yuxarı deputatı olan bu farksiyaya həmçinin ayrı-ayrı deputatlar da daxildir.

EFA ilə fraksiya təşkil edən Avropa Yaşıllar Partiyasının Azərbaycanla da əlaqələri var. Azərbaycan Yaşıllar Partiyası müşahidəçi statusu ilə bu partiyanın üzvüdür.

X.SƏFƏROĞLU