XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 08:42

DAK-ın qurultayında Arif Hacılıya çıxış etmək qadağası – Video (ÖZƏL)

DAK-ın İstanbulda keçirilən son qurultayına qatılan müxalifət liderləri tədbirdən və Sabir Rüstəmxanlıdan incik düşüb. Bu barədə məlumatı Strateq.az-a həmin tədbirdə iştirak edən şəxslərdən biri verib. Qeyd edək ki, qurultaya müxalifətdən 3 tanınmış siyasətçi qatılıb. İsa Qəmbər, Pənah Hüseyn və Arif Hacılının qurultayda iştirakı DAK-da təmsil olunan bəzi müxalifətçilər tərəfindən mətbuata fərqli rakursda, müxalifətin böyük uğuru kimi təqdim edilib. Mənbəmizin sözlərinə görə, bu da DAK-ın rəhbərliyindəki hakimiyyətə yaxınlığı ilə seçilən şəxslərin etirazına səbəb olub. Hətta vəziyyət o yerə çatıb ki, Müsavat başqanı Arif Hacılya qurultayda çıxış üçün söz də verilməyib. Təkidli tələblərindən sonra, istəyinə nail ola bilməyən Arif Hacılı qurultayın keçirildiyi oteldəki otağından konfrans zalına bir daha düşməyib.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə