XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 May 2015 - 07:19

Təhvil-təslim bitir, yeni departament yaradılır – Komitədə islahat olacaq

kerem-hesenov.jpg

Bu ilin fevral ayında Prezident İlham Əliyevin fərmanı ilə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinin bölgüsü may ayının 15-dək tam yekunlaşdırılacaq.

Bu barədə Strateq.az-a ləğv edilən komitənin səlahiyyətlərinin bir hissəsinə sahiblənən Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat daxil olub.

Məlumatda bildirilir ki, 2 aya yekunlaşmalı olan təhvil-təslim işləri sonradan bir ay uzadılıb:

“May ayının 5-dək təhvil-təslim işləri yekunlaşacaq. May ayının 15-dək isə səlahiyyət bölgüsü üzrə Əmlak Məsələləri dövlət Komitəsinin əsasnaməsinin dəyişdirilməsi və komitədaxili vəzifə bölgüsü həyata keçiriləcək. Yeni əsasnaməyə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin tərkibində yeni depratament yaranacaq. Yeni yaradılacaq department Prezident İlham Əliyevin fevral ayının 5-də imzaladığı fərmana əsasən, dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışların hazırlanmasına məsul olacaq”.

Məlumatda o da bildirilir ki, yeni departamentin sədri vəzifəsinə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin rəisi Natiq Məlikovun təyinatı nəzərdə tutulub: “Natiq Məlikov 15 ildən çoxdur bu şöbəyə rəhbərlik etmiş təcrübəli mütəxəssis sayılır. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova məhz onun departamentin rəhbəri postuna təyinatı tövsiyyə olunub. Böyük ehtimalla Kərəm Həsənov bu tövsiyyəyə də əməl etmək məcburiyyətində qalacaq”.

Strateq.az