XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

02 May 2015 - 10:31

Xüsusi təyinatlı polis qüvvələri əməliyyat keçirdi- RƏSMİ AÇIQLAMA

din xtpd.jpg

Azərbaycanın daxili işlər orqanları mütəşəkkil cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Mingəçevir və Şirvan şəhərlərində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Strateq.az bildirir ki, bu barədə Azərbaycan DİN-in mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və adları çəkilən şəhərlərin polis şöbələrinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan, narkotik vasitələrin külli miqdarda alqı-satqısı ilə məşğul olan, 4-ü əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 6 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb.

Baxış zamanı onlardan 2 avtomat, 1 tapança, 7 əl qumbarası, 800 qram partlayıcı maddə, 65 ədəd müxtəlif çaplı patron və digər silah-sursat, eyni zamanda, 6,5 kiloqrama yaxın narkotik vasitə olan tiryək və heroin götürülüb.

Faktla bağlı baş idarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və başqa cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.