XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

02 May 2015 - 11:46

Lukaşenkonun Rusiya prezidentliyi uğrunda manevrləri – Təhlil

Azərbaycanın Tükiyə ilə müdafiə ittifaqı onu, faktiki olaraq, NATO-nun üzvünə çevirdi

Dünyanın kürəsəl siyasətində baş verənlər Kremlin xarici siyasətinin tam ilflasa uğramasından xəbər verir. Gürcüstandakı müharibə Rusiya rəhbərliyinin nüfuzu və postsovet məkanındakı təsiri bahasına başa gəldisə, Krımın ilhaqı ABŞ-a qarşı mübarizədə onu Avropanın dəstəyindən məhrum etdi. Ukraynanın şərq bölgələrində davam edən böhran, birikləşdirilmiş etiraz və Qərb ölkələrinin sanksiyaları qalan müttəfiqlərə Kremllə məsafə saxlamaq işarəsidir.

Rusiyanın əsas tərəfdaşı çin və Rusiya ilə əməkdaşlıqda Avropada hamıdan maraqlı olan Türkiyə bu cür taktikanı saxlayır.

Hər tərəfdən qısnanan Rusiya rəhbərliyi dünyanı nüvə silahı ilə hədələməklə öz vəziyyətini ağırlaşdırdı.

Bu hərəkətlərlə yanaşı Rusiya strateqləri digər tərəfdaşlarına qarşı total təzyiqi gücləndirdilər. Bir sıra ekspert və analitiklər qeyd edirlər ki, Rusiya rəhbərliyi tərəfindən ekstremist hərəkatlara dəstək verilməsi aşkar şəkil alır. Məsələn, nəqliyyat təyyarələri ilə ekstremist husilərə silah çatdırılması ərəb ölkələrində kəskin narazılıq doğurdu və onlar Rusiya təyyarələrinin Yəmənə enməsinə qadağa qoydu.

özünü kosmosa ilk adam göndərmiş və hidrogen bombasını icad etmiş II Dünya Savaşından sonrakı sovet dövləti kimi göstərmək istəyən Rusiya rəhbərliyi bircə anın içində Karib böhranından sonrakı ölkənin durumunda göründü. Rusiya rəhbərliyinin özünü onun nüvə gücü, təbii ehtiyatları və iqtisadi sabitliyinin, həmçinin böyük ərazisinin onun toxunulmazlığına zəmanət verdiyi virtual gerçəkliyə yerləşdirməsi faktı ona heç kimlə hesablaşmamaq təminatı verir.

Rusiya strateqlərinin bu yanlış hesablamasını Amerika rəhbərliyinin Latın Amerikası və Yaxın Şərqdəki diplomatik qələbəsində axtarmaq lazımdır. Məsələn, Kuba ilə danışıqlar və Amerika-İran sazişi.

Kremlin seçdiyi kursun davam etdirilməsindən xəbər verən xeyli amillər və ilkin şərtlər var. Məsələn, Tacikistana görünməmiş dərəcədə silah tədarükü, cənub və şimal hərbi dairələrində yüksək hərbi fəallıq, (ABŞ-ın mümkün nüvə zərbəsini dəf etmək üçün) Arktika buzlaqlarına qoşun çıxardılması, Rusiyanın hərbi təşəbbüslərinə dəstək verə biləcək Latın Amerikası ölkələri ilə intensiv danışıqlar.

Avropanın aparıcı ölkələrində – Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və s., həmçinin ABŞ-da ictimai rəyə görünməmiş səviyyədə yüksək informasiya təsiri digər növ amillər sırasına daxildir. Bu təsir hiss olunacq dərəcədədir və qısamüddətli olsa da, Qərb ictimaiyyətinin Rusiya ilə qarşıdurmaya hazırlıq səviyyəsini azaltmaqdan ötrü yetərli nəticələr verir.

Başqa sözlə, bu tədbirlər NATO ölkələri ilə Rusiyanın hərbi qarşıdurması halında Qərb hökumətlərinin qeyri-legitim olması və kütləvi antihərbi aksiyalarla əhatə olunmasına hədəflənib.

“ölkədaxili təbliğat”, həmçinin tədricən hərbi doktrinaya çevrilən “rus dünyası” ideologiyası da Rusiya rəhbərliyinin təcavüz siyasətini davam etdirəcəynin ilkin şərtləri sırasına daxildir. Bu təbliğatın əsas nüvəsi 9 may Qələbə bayramıdır. Rusiya iqtisadçılarının 9 maya qədər rublun dollara nisbətdə möhkəmlənməsi yönündə xeyli cəhdləri müşahidə olunur. (Ola bilsin ki, idealda dolların 30 rubla qədər və daha aşağı endirilməsi planlaşdırılır.) Lakin Rusiya milli valyutasının sabitləşdirilməsinə sərf edilən qızıl-valyuta ehtiyatlarının nəhəng müdaxiləsi bütün bu məsrəfləri geri qaytaracaq nəyəsə hazırlıq deyilsə, məntiqsiz olacaq.

Ekspertlərin əksəriyyəti qeyd edir ki, Yaxın Şərq və Afrikada ekstremistlərin qəfil fəallığı Rusiya blokpostlarının qərb və cənub istiqamətində irəliləməsi fazası ilə müəmmalı şəkildə üst-üstə düşür. Onlar həmçinin Rusiya bölgələrindən və Rusiya xüsusi xidmətlərinin nəzarət etdiyi bölgələrdən xeyli sayda muzdlunun xüsusən də İŞİD-in sıralarına axışmasında qəribəlik müşahidə edirlər.

Həmçinin sentyabrın 1-də ABŞ-da həyata keçirilən teraktdan əvvəlki durumla bağlı paralellər aparılır. Rusiya rəhbərliyi o zaman Serbiyadakı əməliyyata cavab olaraq bürün dünya üzrə antiqərb rejimlərə dəstəyi (Latın Amerikasının solçu hökumətləri ilə dostluq, Ukrayna və Avropa vasitəçilərinin əli ilə Afrikaya gizli silah tədarükü, Liviya Cəmahiriyyəsi və İraq diktatoruna fəal dəstəyi) gücləndirdi. Şəraitin bu gür gedişatı sayəsində faciəyə gətirib çıxardan terrorçu qurumların güclənməsi də mümkün oldu.

Rusiya hərbi strategiyası çərçivəsində Tacikistana gedən silahların böyük bir hissəsi bürokratik təsəvvürlər üzündən Əfqanıstan taliblərinin əlinə keçə bilər. Anlamaq lazımdır ki, Əfqanıstan əhalisinin, demək olar ki, yarısı Orta Asiya respublikalarında qohumluq əlaqəsi olan etnik özbək və taciklərdir.

Ekspert və analitiklərin əksəriyyətinin məntiqini izləsək və bu faktları bədbin planda nəzərdən keçirsək, onda bütün dünyada sülh üçün olduqca əlverişsiz mənzərə alınır. Məsələn, Tacikistana külli miqdarda silah göndərilməsi kürəsəl Rusiya hərbi strategiyasının tərkib hissəsi ola bilər.

Talibanın Əfqanıstan və Pakistanda güclənməsi çindən, Hindistandan Avropaya yeni İpək Yolunun inşası üzrə bütün cəhdləri alt-üst edər. Hətta bölgədə aranın qarışması neft və qaz sahəsində İran-çin əməkdaşlığının perspektivlərini məhv edər ki, bu da Rusiya rəhbərliyinə çinli yoldaşlarla yenidən “özəlcəsinə” yaxınlaşmağa kömək edər.

Digər tərəfdən, İranın husilərlə əlaqəsi ərəb-İran sülhünə təhdid olacaq, İranın Fələstinin silahlı ekstremistləri ilə əlaqəsi isə İranla İsrail ararsındakı durumu əvvəlki tək qızışdıracaq. Yəni İran təzədən Rusiya satellitlərinin orbitinə qayıdacaq.

Bu kontekstdə Rusiya strategiyasının Gürcüstandan keçən cənub istiqamətinin rolu və Ermənistanın əsil əhəmiyyəti tam başqa bir yöndə görünməyə başlayır. Ekspertlər buna qədər əsasən güman edirdilər ki, Rusiya və Gürcüstan maraqlarının toqquşması ancaq neft və qaz tranzitinə əsaslanır.

Rusiya ekspertləri uzun illər boyunca “Gürcüstan NATO-ya daxil olacağı halda Ermənistandakı Rusiya hərbi bazasının blokadası” haqda danışırdılar. Kreml rəhbərliyinə yaxın olan bəzi strateqlər Rusiya rəhbərliyinə “Rusiya hərbi bazasının təchizatı üçün Gürcüstandan həyat yolu yarmağı” məsləhət görürdülər.

Sıravi oxucuya görünə bilər ki, ya qonaqpərvər güneylilər Ermənistandakı müttəfiqlərini acından öldürürlər, ya da Ermənistanda irimiqyaslı döyüşlər gedir və silah çatışmır.

Məsələ bundadır ki, Rusiyayönlü Gürcüstan və Ermənistan Rusiya silahlarının İran və Tü
rkiyə sərhədlərinə doğru nəzarətsiz yerdəyişiminə imkan verir. Gürcüstanla müharibə Azərbaycanın Rusiyaya inamsızlığına səbəb oldu və 2012-ci ildə Qəbələ RLS-nın istifadəsi üzrə sazişin müddəti uzadılmadı. Hətta Azərbaycanla Tükiyə müdafiə ittifaqını rəsmiləşdirdi ki, Azərbaycan bunun sayəsində, faktiki olaraq, NATO-nun üzvüdür. Yəni hərbi yüklərin nəzarətsiz yerdəyişimi baş tutmur – xüsusən də Azərbaycan-Türkiyə və İran arasındakı gərginləşmə rejimində.

Kürəsəl münaqişə halında kürd amili önəmli olur. Yaraqalı kürdlər Türkiyənin iştirakını iflic edir və onu fəal hərəkətdən çıxdaş edir. Kürd əraziləri Ermənistanla həmsərhəddir. Kürdlərin Türkiyədəki sayı, təxminən, 25 milyon, İraqda 6,5 milyon, İranda 8 milyona qədərdir. Bu, bölgədə “hibrid müharibə” üçün güclü əməliyyat meydanıdır. Xüsusən də onlar İŞİD tərəfdən təcavüzdən qorunmağa başlayar və silahlanma onlar üçün zərurətə çevrilər.

Ehtimal etmək olar ki, Rusiyanın hərbi texnikasının Gürcüstan şəhərlərindən keçib Ermənistana yollanması Rusiya texnikasına əhalinin reaksiyasını yoxlamaq üçün bir kəşfiyyat idi. Türkiyənin Ermənistan sərhədləri boyunca silahların yayılması ilə İranla Türkiyənin dinc qonşuluğu və Amerika-İran sazişindən sonra başlanmış əməkdaşlıq cücərtiləri də pozulacaq.

Keçmiş təcrübədən çıxış etsək, Yaxın Şərqdə ekstremizmin artması Qərb ölkələrində irimiqyaslı teraktlara gətirib çıxardır. Bu teraktlar isə Qərb koalisiyası qüvvələrinin çaşqınlığına səbəb olur.

Tamamilə mümkündür ki, İran rəhbərliyi İraqın taleyindən yayınmaq üçün ABŞ-la saziş imzalayarkən məhz bu məntiqdən çıxış etdi.

Sözsüz ki, Rusiya strategiyasının bu cür mənzərəsi Rusiya hökumətinə poza verən ölkədə xarakterik olardı. Bu kontekstdə də Belorus prezidentinin səfəri xəbərdarlıq xarakteri, ya da Kremlin mərkəz hərbi komitəsinin gizli sifarişini daşıyardı.

Lakin Rusiya rəhbərliyinin real vəziyyəti kontekstində və onun rəhbərliyinin:

-Ukraynaya təzyiqi davam etdirməyə hazırlığı;

-eyni zamanda Gürcüstana, həmçinin bu təzyiqin Moldova və Azərbaycana yaymaq imkanları;

-Baltik ölkələri, Türkiyə, Əfqanıstan və Pakistanda hibrid mühaibə başlanması qabiliyyəti;

-nüvə silahının İrana, ola bilsin, digər ölkələrə də, məsələn, Latın Amerikasına yayılması;

-Yeni dünya ölkələrində Amerika-Britaniya maraqlarına hərbi qarşıdurma üçün Latın Amerikası ölkələrindən bəzilərinin konsolidasiyası yönündə siyasi resurslara yiyələnmək; Afrikada irimiqyaslı münaqişənin qızışdırılması;

-Amerika-Yaponiya-Koreya koalisiyasının sıxşdırılması və sonradan öz xeyrinə olaraq çinin birətəflik durumundan çıxarılması üçün Quzey Koreya ilə əməkdaşlıqdan istifadə imkanları;

Belorus prezidentinin Gürcüstana səfəri həm əlamətdar, həm də çox uzaqgörənlik ola bilər. Belorus prezidenti Rusiya hökumətinin iddiası və siyasi-iqtisadi məqsədə çatması fonunda Rusiyada hakimiyyətin dəyişməsi üçün ən məqbul namizəddir. O, vahid Rusiya-Belorus məkanında Kreml taxtı uğrunda rəqabət üçün yetərincə siyasi kapitala malik olan yeganə siyasətçidir. Bu kapital təkcə Belorus prezidentinin Rusiyada deyil, həm də bütün MDB-KTMT-ŞƏT məkanında müsbət şəkildə qəbul edilməsi ilə bağlıdır. Bu nüfuz ancaq Avropa ilə Kreml arasında məharətli və effektli manevr sayəsndə yox, həm də onun tələblərinin yerinə yetirilməsi üçün Kreml hökumətinə sərt təzyiqlə əldə edilib.

Zurab Bejanişvili

Грузия online