XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 May 2015 - 08:00

Qızıl yığan Rusiya: Dolları dəfn edən və gələcək dəyişimlərin müjdəçisi – TƏHLİL

ABŞ-ın əndişələnmək vaxtıdır – Rusiya qızıl ehtiyatı görür

 

Rusiya Federasiyasının Mərkəzi Bankı bu həftə öz saytında məlumat yayıb ki, Rusiya mart ayında, təxminən, 30 ton qızıl alıb və hazırda onun ümumi qızıl ehtiyatı həcmcə 1 238 metrik ton təşkil edir.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, Rusiya qızıl ehtiyatının həcminə görə dünyada beşinci yerdə durur. Həm də bu ancaq o qızıldır ki, Rusiya dünyaya məlumat verib! Tamamilə ağlabatandır ki, Rusiya da çin kimi ABŞ-ın nəzarət etdiyi BVF-ə öz qızıl ehtiyatları haqda heç də bitkin məlumat təqdim etmir. Qərbin də rahatsız olmağına dəyər ki, hazırda çin də qızıl ehtiyatı görür, lakin bu, artıq başqa bir mövzudur.

Bu niyə hazırda Qərb üçün problemdir? Bunu dünyada baş verən proseslərdən ayrıca götürsək, problem deyil. Lakin çağdaş geopolitik sistemi nəzərə alsaq, qızıl tədarükü görən Rusiya gələcək dəyişimlərin müjdəçisidir.

Bundan başqa, Rusiyanın qızıl yığması faktı Rusiya prezidenti Vladimir Putinin düşüncələrinin gedişini müəyyən qədər izləməyimizə imkan verir.

Təkcə indiki administrasiyanın ancaq büdcə və valyuta siyasətinə baxsanız, başa düşərsiniz ki, bizim astronomik suveren borcumuz, vəsaitlərin sərsəmcəsinə məsrəfi və milli valyutanıın artan zəifliyi son nəticədə bizi fəlakətə gətirib çıxardacaq. İstənilən obyektiv icmalçı başa düşür ki, rəqiblərimiz gələcəyə baxır və bizim zəif yerlərimizdən istifadə etməyə cəhd edirlər. Hərbçilər buna "asimmetrik müharibə" deyirlər. Lakin şəxsən mən bunu "uzunmüddətli ağıllı strategiya" adlandırıram.

Bütün avtoritarizmi və ayrı-seçkilik düşüncəsinə baxmayaraq Rusiya bir gözəl keyfiyyətə malikdir: Rusiya üçün nə cür daha yaxşıdırsa, elə hərəkət edir. Kremlin fikrincə, Rusiya öz qüdrətini artıran addımlar atır. O, idealist, hədsiz dərəcədə nikbin və siyasi nəzakətə malik Qərbin xoşuna gəlməyə və ya onun razı salmağa cəhd etmir. Rusiya artıq bundan keçib, təcrübədən çıxarıb və heç nə alınmayıb. O, sovet sosialist respublikalarının İttifaqı adlanırdı. Və mən başa düşmürəm ki, Qərb niyə onun kədərli təcrübəsindən ibrət ala bilmir?

Rusiya daha sosialist və kommunist ölkəsi deyil. Onlar millətçidirlər. Hətta Qərbdənsə Rusiya müəyyən dərəcədə daha çox azad rəqabət kapitalizmini təmsil edir. Orada yetərincə güclü sosial müdafiə sistemi yoxdur və ölkəni oliqarxlar idarə edir.

Mən tez-tez deyirəm ki, Rusiya bir çox baxımlardan öz inkişafında Qərbdən 150 il geri qalıb. Onlar belə cəmiyyətə xas olan bütün problemlərlə üzləşməklə quldur baronlar dövrünü yaşayırlar.

Moskva qızıl ehtiyatı yığır, çünki, onun fikrincə, bu, rublun dəyərini artırar və onu daha dayanıqlı edər. Rusiya da çin kimi uzun bir oyuna başlayıb. Rusiya görür ki, Qərbin iqtisadi qüdrəti azalır və rolların dəyişiləcəyi günə hazırlıq görür.

Uol-Stritdə (Nyu-Yorkun tarixən maliyyə məhəlləsi-red.) deyirlər ki, faiz tarifləri o yüksəlməyənə qədər aşağıdır. Rusiyanın açar tarifi hazırda kifayət qədər yüksəkdir və ikirəqəmli ədədlə ölçülür. Mərkəzi Bank iqtisadiyyata dəyən ziyana baxmayaraq, milli valyutanı xilas etmək üçün açar tarifi qaldırmağa məcbur oldu. Bu, fayda verdi. Lakin Rusiyanın praktik olaraq borcu yoxdur. ABŞ-da məbləği, təxminən, 20 trilyon dollar civarına yaxınlaşan borcu ödəmək üçün, demək olar ki, heç nə etmirik. Bizim Federal Ehtiyatlar Sistemimiz faiz tariflərini qeyri-təbii şəkildə aşağı səviyyədə saxlamaq üçün işə qarışır. Faiz tarifinin hətta 1% yüksəlməsi borcun ödənilməsi üzrə milyardlarla məsrəfə gətirib çıxardar, biz isə bunu özümüzə, sadəcə, rəva bilmərik. Və qızılla möhkəmləndirilmiş rubl məhz bu məqamda oyuna girir.

Rusiya bunu bilir. Bunu bütün dünya bilir. İqtisadi zəifliyimiz güclü rəhbərliyin olmadığı bir şəraitdə dünya arenasında hərbi və geopolitik zəifliyə çevrilib. Bircə hazırda baş verənlərə diqqət yetirin. Təhlükəli ölkələr daha ABŞ-ın reaksiyasından qorxmur – biz viran qalırıq! Və bu ancaq başlanğıcdır. Makiavelli deyirdi: "Sevməkdənsə yaxşısı budur, qoy qorxsunlar". Mən ehtiyat edirəm ki, bu gün daha Amerikadan qorxmur və onu sevmirlər.

Səbəbi hər iki partiyadakı maliyyə intizamsızlığı olan məsuliyyətsizliyimiz ciddi, fəlakətli nəticələrə aparıb çıxardacaq. Onu nəzərdə tuturam ki, olduqca ağır bir dövr yaxınlaşır. Gənc nəsil, doğrudan da, öz təcrübəsində keçmişin sərt dərslərindən ibrət almalı olacaq. Həm də onlar bu sınaqlara tamamilə hazır olmaya bilər. Bizim iqtisadi və güman ki, hərbi rəqiblərimizə iqtisadi silah verdik. Bu, saat mexanizmli bombadır. Federal Ehtiyatlar Sistemi hansı bir andasa istiqraz vərəqələri bazarı üzərində nəzarəti itirəcək. Milli valyutamız üzərində çap olunduğu kağızdan baha olmayacaq. Və ümumi rifahlı Qərbin ağırçəkili, sosialist dövlətləri öz ağırlıqları altında diz çökəcək. Rusiya Amerikanın ayılıb Moskvanı milli valyutasını qızıl ehtiyatı ilə möhkəmlətmiş ölkə kimi görəcəyi günün intizarındadır. Bu günki iqtisadi problemlərinə və prezidentimizin dünya arenasında xəyali ağalığından danışmasına baxmayaraq, Rusiya ABŞ-ı geridə qoya biləcəyi günü gözləyir. İndiki trayektoriyamızı nəzərə alsaq, bu ancaq zaman məsələsidir.

Todd Vud

"The Washington Times" (ABŞ), 03.05.2015