XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 May 2015 - 09:25

Separatçı “DQR”-dən gözlənilməz etiraf: Qarabağda xarici ölkə vətəndaşları olan ermənilər vuruşur – AÇIQLAMA

ermeni ordu koc.jpg

Dağlıq Qarabağda separatrçı rejimin hərbi qüvvələri sırasında ABŞ-dan, Avropa ölkələrindən, Yaxın Şərqdən gəlmiş ermənilər xidmət edir.

Strateq.az bldirir ki, bu barədə qondarma “DQR”-in “müdafiə naziri” Movses Akobyan “Respublika Başkortoston” qəzetinin Dağlıq Qarabağa səfər etmiş müxbirinə müsahibəsində etriaf edib.

Rusiya Baş Qərarghının məzunu olan Akobyan deyib ki, bu onlar üçün böyük dəstəkdir.

“Qarabağ ordusunda bütün dünyadan gəlmiş ermənilər xidmət edir. Ordunun tərkibində yerli əhalidən sonra isə ikinci yeri Ermənistan Respublikasının vətəndaşları tutur”-deyə o, vurğulayıb.

Burada ikiillik hərbi xidmətdən sonra həmin şəxs ehtiyat üçün qeydə alınır. Atobyan silahlı qüvvələrin saxlanması üçün nə qədər vəsait sərf olunmasını açıqlamaqdan boyun qaçırıb. O, yalnız “bu vəsait kifayət qədərdir” deyib.

Qeyd edək ki, Azərbaycan dəfələrlə işal altında olan Dağlıq Qarabağda qurulan oyuncaq rejimin silahlıları arasında xarici ölkələrdən gəlmiş muzdluların vuruşması barədə açıqlama yayıb. Ancaq Ermənistan və separatçı rejim bunu həmişə təkzib edib. Bu açıqlama ilə separatçı üsul-idarənin Dağlıq Qarabağda yaratdığı qapalı sistemin region üçün törədə biləcəyi təhlükədən xəbər verir.

X. SƏFƏROĞLU




Yuxarı Əvvələ Ana Səhifə