XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

04 May 2015 - 11:48

Qazaxıstanın Rusiya vahiməsi – Araşdırma

Şərqi Ukrayna = Şimali Qazaxıstan?

 

Qazaxıstanda tədricən biçimlənməkdə olan partlayış təhlükəli demoqrafik qatışıq keçən il Ukraynada münaqişə doğuran eyni ünsürləri ehtiva edir: rusdilli azlığın sıxışdırılması, artmaqda olan antirusiya qırımı və rus dilinə basqıdan əndişələnmə.

Rusiya keçən il Ukraynanın Krım yarımadasını ilhaq etmək üçün bu partlayış təhlükəli uyğunluqdan bəhanə qismində yararlandı.

çöllüklərdə yerləşmiş Astana sakinlərinin əksəriyyəti indi ehtiyatlanır ki, keçən bazar günü baş tutmuş prezident seçkiləri, çox ehtimal ki, dinc şəraitdə keçən axırıncı seçki ola bilər və bu keçmiş sovet respublikası Moskvanın növbəti hədəfinə çevrilər.

Prezident Nursultan Nazarbayev səslərin 98%-ini aldı, lakin, çox ehtimal ki, son prezidentlik müddətindəki 74 yaşlı lider hələ də öz varisini müəyyən etməyib. Qazaxlar və ruslar qorxurlar ki, onun gedişindən sonra ciddi mübarizə başlana bilər.

Qazaxıstan əhalisinin, təqribən, dörddə biri etnik ruslardır və onların əksəriyyəti rusların Ukraynada üzləşdiyi çətinliklərlə rastlaşır. Bəzilərinin sözlərinə görə, onları son illərdə tətbiq dairəsi əsaslı şəkildə genişlənmiş qazax dilində danışmağa məcbur edirlər. Həm də yalnız cüzi miqdarda rus ölkənin siyasi rəhbərliyində aparıcı vəzifə tutur.

Rus icmasının əksəriyyəti keçmiş sovet aparatçısı Nazarbayevi müdafiə etsə də, bir sıra təmsilçilər artıq birbaşa Kremli onlara yardım etməyə çağırır.

Bu arada qazax lideri söz verib ki, istənilən millətlərarası münaqişəni qızışdırmaq cəhdinin qabağını alacaq.

Nazarbayev aprelin 30-da Astanada keçirilən və mədəniyyətlərarası birliyə yönəlmiş Qazaxıstan xalqlarının Assambleyasında bildirib: "Hər hansı tərəfdən olursa-olsun, radikal millətçiliyin istənilən formasının qabağını sərt şəkildə alacağıq".

O keçən il separatizmin təbliğinə görə cəzanı sərtləşdirdi və rusların əksəriyyət təşkil etdiyi bölgəyə, yəni Qazaxıstanın şimalına qazaxların köçürülməsi üçün tədbirlər təklif etdi.

Rusiya prezidenti Vladimir Putin keçən il Kremlyönlü fəallar qrupuna müraicət edərkən ölkə liderinə qarşı olduqca müəmmalı bir kompliment işlətdi: "O, (Nazarbayev-red.) nadir bir iş gördü. Heç vaxt dövlət olmamış bir ərazidə dövlət yaratdı".

Putin bütün dünya üzrə müxtəlif bölgələrdə yaşayan rusların hüquqlarını müdafiə etməyə söz verib. Qazaxıstan dünyada ən iri uran istehsalçısıdır. Bundan başqa, Rusiya öz qonşusunu onunla möhkəmlənən çin arasında bufer hesab edir. çin uzun zaman Rusiya imperiyasına məxsus olmuş Orta Asiyanın müxtəlif hissələrinə sürətlə nüfuz edir.

Risklərin dəyərləndirilməsi üzrə Qrupun direktoru Dosım Satpayev deyir: "Nazarbayevdən sonra bizdə keçid dövrü, olduqca təhlükəli keçid mərhələsi başlanacaq".

O, əlavə edir ki, Ukrayna münaqaişəsinin Qazaxıstanda da təkrarlanacağından ehtiyat edir: "ölkənin gələcəyi naminə amansız mübarizə qızışacaq".

Qazaxıstanda xeyli etnik qruplar yaşayır. Bu, sovet hökumətinin küləklərin oynadığı çölləri siyasi dustaqlar və Kremlə yetərincə loyal görünməyən etnik qrupların sürgün yeri qismində istifadə etdiyi kütləvi deportasiyaların mirasıdır.

Müstəqil Qazaxıstanın yeganə prezidenti Nazarbayev onun ölkəsi 1991-ci ildə Sovet İttifaqından azadlıq əldə edərkən etnik münaqişələri önləmək üçün təzyiq, məcburiyyət və savadlı diplomatiyadan istifadə etdi. O, sabitsizlik və repressiv rejimlərin normaya çevrildiyi bölgədə müsəlmanların çoxluq təşkil etdiyi və nisbətən tərəqqi edən dövlət qurmağa nail oldu.

Qərblə, həmçinin iki güclü qonşusu – Rusiya və çinlə yaxşı münasibətlər qurmaq cəhdlərinə baxmayaraq, Nazarbayev də daim öz rəqibləri ilə mübarizə aparır və onları aradan qaldırır.

Amerikanın neft şirkətləri Qazaxıstana milyardlarla dollar yatırım qoyub. ölkə rəhbərliyi demokratik islahatlar keçirməyi həmişə vəd edir, lakin öz vədlərini yerinə yetirməyə tələsmir. Tənqidçilərin sözlərinə görə, Nazarbayev isə konstitusiya hüquqlarından istifadə etməklə ağlı kəsən vaxta qədər dövləti idarə edəcək.

Bu cür diktatura hansısa fəlakət baş verməyincə və yaxud problemlər üzə çıxmayınca ölkədəki bir sıra problemlərin uzun müddət hiss olunmadan qalmasına gətirib çıxardacaq. 2011-ci ilin dekabrında neftçilərin Janaozen qəsəbəsində məhz bu cür oldu: polislər maaşın artırılması və əmək şəraitinin yaxşılaşdırılması tələbilə tətil edən fəhlənilərin, ən azı, 17-i öldürdülər.

ölkə rəhbərliyinin etnik qruplar arasındakı münasibətləri qaydaya salmaq üçün mümkün hər şeyi etdiyinə baxmayaraq, müxtəlif etnik qruplar arasındakı münasibətlər daha bir potensial yanğın ocağıdır.

Analitiklərin fikrincə, durum nəzərə alınsa, maraqların toqquşması qaçılmazdır.

Qazaxıstan müstəqillik əldə edərkən ruslar ölkə əhalisinin 38%-i təşkil edirdilər. Bu gün onlar ümumi sayı 18 milyona yaxın olan əhalinin beşdə birini təşkil edir. Hansı ki etnik qazaxlar 66% təşkil edir və ekspertlərin fikrincə, onların sayı artmaqdadır. Rusların əksəriyyəti köçüb gediblər, qalanlar isə etiraf edirlər ki, artıq Nazarbayevin gedişindən sonra hara getmək barədə düşünürlər.

Rusiya telekanalları son illər ərzində Qazaxıstana az diqqət ayırır, lakin analitikərin fikrincə, orada yaşayan etnik ruslarda xeyli qorxu hissi yaratmağa nail olub.

Qazax dili son bir neçə ildə cəmiyyət həyatının bütün sahələrində etibarlı şəkildə möhkəmlənib ki, bu da demoqrafik durumun dəyişilməsi, həmçinin hökumətin siyasəti ilə izah olunur. Rus dili rəsmən qəbul edilmiş dil olaraq qalır və şəhərlərdə millətlərarası ünsiyyət dilidir. Nazarbayev deyir ki, gənc nəslin qazax, rus və ingilis dillərində danışmasını arzulayır. Lakin hətta rusdilli deputatlar da getdikcə daha tez-tez qazax dilindən istifadə edirlər.

Parlamentin üzvü Svetlana Romanovskaya deyir: "Biz Qazaxıstanda yaşayırıq, qazax dilini öyrənməliyik".

Rusların öz gələcəkləri ilə bağlı vahiməsi o qədər güclüdür ki, rusdilli cəmiyyətin bəzi liderləri kömək üçün Moskvaya müraciət etmək qərarına gəliblər.

Qazaxıstan xalqları Assambleyası yanında Rus icmasının rəhbəri Yuri Bunakov deyir: "Kənd və qəsəbələrdə çox da savadlı olmayan xeyli gənc var, buna görə də onları ruslara qarşı kökləmək asandır. Krımın ilhaqından sonra sosial şəbəkələrdə antirusiya qırımının güclənməsini müşahidə etdim".

Bunakovun sö
zlərinə görə, rus icması Qazaxıstanda Rusiyayönlü mədəni layihələrin maliyyələşdirilməsinə kömək xahişi ilə Kremlə məktub göndərib.

Bunakov deyir: "Nazarbayevin gedişindən sonra nələr ola biləcəyi barədə proqnozlar olduqca mənfidir. Bizə təcili kömək lazımdır".

Bəzi analitiklərin fikrincə, Rusiya təzyiq rışaqı qismində müdaxilə təhdidindən istifadə edə bilər ki, Qazaxıstan çin və Qərblə sıx şəkildə yaxınlaşmağa başlamasın.

Qazaxıstan yanvarın 1-də Rusiya, Belorus və Ermənistanın daxil olduğu Avrasiya İqtisadi Birliyinə üzv olub. Lakin Nazarbayev Rusiyanın daha sıx əlaqələr yaratmaq, o cümlədən Putinin vahid valyuta təbiqi cəhdinə qarşı qəti şəkildə çıxış edib.

Alma-Atadakı Mərkəzi Asiya Araşdırmalar Mərkəzinin direktoru Nərgiz Kassenovanın dediyi kimi, "Qazaxıstanda kiminsə bizə müdaxilə edəcəyindən deyil, Rusiyaya xoş getməyən nəsə edəriksə, bizə qarşı KİV-dən istifadə ediləcəyindən qorxuruq".

Lakin, onun sözlərinə görə, hər şeydən göründüyü kimi, Rusiya Ukraynanın şərqinə nisbətən Qazaxıstanın şimalı ilə az maraqlanır.

Hökumət məmurlarının sözlərinə görə, Nazarbayevin gedişindən sonra etnik əməkdaşlıq məsələsində Qazaxıstanın siyasəti dəyişilməyəcək.

ölkənin xarici işlər naziri Erlan İdrissov deyir: "Bu – ölməyib sağ qalmaq məsələsidir. çoxlu xalqların yaşadığı heç bir dövlət etnik və dini münaqişədən sığortalanmayıb. Biz anlayırıq ki, cəmi bir kibrit çöpü kifayətdir. Ola bilsin ki, 10 il müddətində bu problemi uğurla həll etmişik. Lakin haçansa arxayınlaşsaq və bu anda kibrit çöpü alışsa, əsil yanğın başlaya bilər".

 

Maykl Bernbaum

"The Washington Post", (ABŞ) 02. 05. 2015