XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 May 2015 - 15:29

Ukraynadakı çevrilişdə “alman izi”

Ukraynada hakimiyyət çevrilişi həm də alman vergi ödəyicilərinin pulları hesabına baş verib. Bu barədə Almaniyada nəşr olunan “Deutsche Wirtschafts Nachrichten” nəşri məlumat yayıb. Rusiyanın RİA Novosti Agentliyi isə nəşrə istinadən bu xəbəri tirajlayıb.

Nəşrin məlumatına görə, 1994-cü ildən Ukraynada Konard Adenauer Fondu fəaliyyət göstərir. Fond üçün 2014-cü ildə 130 milyon avro ayrılıb. Bu vəsaitdən 70 faiz “beynəlxalq tərəfdaşlıq” üçün xərclənib, məbləğin əhəmiyyətli hissəsi isə Ukraynada siyasi fəaliyyətlərin dəstəklənməsinə yönəldilib.

Fond həmçinin Ukraynadakı müxalifət partiyalarını da maliyyələşdirib. Fondun maliyyəsindən “UDAR” (İslahatlar uğrunda Ukrayna Demokratik Alyansı) partiyasının yaradılmasında dəstək kimi istifadə olunub. Dünyaca tanınmış boksçu Vitaliy Kliçkonun rəhbərlik etdiyi partiya Ukraynanın Avropa İttifaqına inteqrasiyasına kömək etməliyimiş.

Adenauer Fondu da Avropa İttifaqı ilə Assosasiya Sazişi imzalamağın tərəfdarı olan bütün partiyalara dəstək verirmiş. “Bəlkə də, plan Yanukoviçin devrilməsi, Vitaliy Kliçkonun yüksək vəzifəyə təyin edilməsi idi”, – deyə “Deutsche Wirtschafts Nachrichten” nəşri yazır.

Nəşr onu da qeyd edir ki, Adenauer Fondu “UDAR”-ı dəstəkləməkdə hələ də davam edir. Bu yaxınlarda V.Kliçko Konard Adenaur adına mükafata layiq görülüb.

Məlumat üçün bildirək ki, Adenauer Fondu dünyadakı ən nüfuzlu fondlardan biridir və 120 ölkədə təmsil olunub.




Yuxarı Əvvələ Ana Səhifə