XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2015 - 06:53

SSRİ-nin müharibə arxivi internetdə: Hitlerə qarşı döyüşən azərbaycanlıların qapalı SİYAHILARI – ADLAR

 

hitler esas.jpg

Rusiya Federasiyası Müdafiə Nazirliyi Böyük Vətən Müharibəsində həlak olmuş və itkin düşmüş şəxslər barəsində SSRİ Müdafiə Nazirliyinin Podolsk şəhərində yerləşən mərkəzi arxivinin məlumatlarını Internet üzərindən yaymlayıb. Müharibədə iştirak etmiş azərbaycanlıların qohumları bu resursda öz yaxınları barədə məlumatlar öyrənə bilərlər.

Strateq.az bildirir ki, Rusiya Müdafiə Nazirliyi www.obd-memorial.ru ünvanında bununla bağlı İnformasiya Məlumat Bankı – Elektron Arxiv yaradıb.

İnternet resurs SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəsmi sənədləri və məlumatları əsasında formalaşdırılıb. Portalın əsas məqsədi milyonlarla keçmiş SSRİ vətəndaşlarına, onların yaxınlarına müharibə zamanı həlak olmuş qohumlarının taleyindən xəbər almaq imkanı yaratmaqdır. Bunun üçün Rusiya Silahlı Qüvvələrinin hərbi-memorial Mərkəzi informasiya axtarış sistemi yaradıb.

Bankda yerləşdirilən məlumatların əsas hissəsini hərbi hissələrdən itkilərlə bağlı daxil olmuş hərbi sənədlər, itkiləri dəqiqləşdirən (dəfnlər, hospitallar və tibb batalyonları tərəfindən tərtib edilmiş sənədlər, sovet əsirlərinin qənimət götürülmüş kartoçkaları) arxiv sənədləri və sovet zabit və əsgərlərinin mühafizə edilmiş pasportları təşkil edir.

Saytda izləyicilər həlak olan əsgərlərin rütbəsi, qulluq etdiyi hərbi hissə, ölümünün səbəbi (öldürülüb, aldığı yaradan ölüb, itkin düşüb) və dəfn edildiyi yer barədə informasiyalar əldə edə bilərlər. Bundan başqa, saytda şəxslər barədə birinci mənbədən əldə edilmiş bütün ilkin sənədlər yerləşdirilib. Bu sənədlər həlak olanları böyük dəqiqliklə məyyən etməyə imkan verir.

 

muharibe.jpg

 

Layihə çərçivəsində sayta 20 milyona yaxın arxiv səhifəsi və 40 min hərbi dəfnlə bağlı pasport məlumatları yüklənib. Oxucu ilk dəfə olaraq axtardığı qohumları və babaları barədə real sənədlərlə tanış olmaq imkanı qazanacaq. Banka yeni məlumatların daxil edilməsi davam edir.

Bu məlumatlar arasında müharibədə döyüşən Azərbaycan SSR vətəndaşları barədə də çoxlu məlumatlar var. Müxtəlif döyüş sənədləri, siyahılar üzrə komplektləşmiş bu adları axtarış sistemi vasitəsi ilə dəqiqləşdirmək mümkündür.

 

eskerler duzu.jpg

Qeyd edək ki, Böyük Vətən Müharibəsi adı altında İkinci Dünya Müharibəsində Azərbaycandan 600-mindən yuxarı şəxs iştirak edib. Onların 300-mindən çoxu çəbhədən qayıtmayıb.

 

Xaqani SƏFƏROĞLU

 

siyahi.jpg