XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 Mart 2016 - 09:32

14 yaşlı hicablı balerina:“Müsəlman olmaq məni fərqli rəqs etməyə məcbur edir”

 

hicab balet

İddialı balerina Stefani Kurlou deyir ki, o, səhnədə çıxışlarından sonra nifrət məktubları alır. (CNN)

14 yaşlı avstraliyalı balerina digər balerinalardan onunla fərqlənir ki, o, səhnəyə hicabla çıxır. Ona nifrət edənlərə məhəl qoymayan Stefani Kurloun arzusu ilk peşəkar hicablı balerina olmaqdır.

"Müsəlman olmaq məni fərqli rəqs etməyə məcbur edir. İslam – pakdır və mən özümü Allaha daha bağlı hiss edirəm," deyə o CNN-ə bildirib.

Sidney ətrafında böyümüş Kurlou 2 yaşından baletlə məşğul olur. O daim böyük balet səhnəsinə çıxmaq arzusunda olub. Kurlouun 9 yaşı olanda onun ailəsi bütövlükdə İslamı qəbul edib. Onun avstraliyalı atası, rus anası və iki qardaşı Quran oxumağa və gündə beş dəfə namaz qılmağa başlayıblar.

Bununla bağlı Stefani bir müddət rəqs etməyə fasilə verib. Ancaq bu uzun çəkməyib. O, rəqs sənətinə qayıtmaq istəyib. Beləliklə, uzun tül yubka və ona uyğun baş örtüyü geyən Stephanie həftədə 30 saat məşq edib. "Üç ildə förd cüt puant cırdım," deyə o, qürurlu səslə söyləyir.

Dini inancını, yaxud örtülü başını maneə kimi görməyən yeniyetmə deyir ki, o, özünü peşəkar rəqqasə kimi məqsədlərinə nail olmağa daha çox hazır hiss edir.

O, Çin əsilli Avstraliya balerinası Li Cunxindən ilham alır. Stefani deyir ki, Li uğurlu rəqqasə olmaq üçün çox qurbanlar verib və çətinliklərə dözüb. Stefaninin sözlərinə görə, bu səbəbdən LaunchGood "fandreyzinq" kampaniyasına başlayıb. Kampaniyanın məqsədi onun peşəkar təlim almasına və bir gün bütün dinlərə açıq olan akademiya yaratmasına yardım etməkdir.

Stefani həm də gənc müsəlman qızlar üçün ilham mənbəyi olmaq istəyir. "Balaca müsəlman qızlar mənə hicab örtərək özlərini fərqli və gözəl hiss etmək istədiklərini deyirlər," -deyə o həvəslə deyir.

Stefani deyir ki, o, sosial media və e-mail vasitəsilə tənqiddən çox həvəsləndirici mesajlar alır: "Məncə balerinaların ağrını büruzə verməməsi çox gözəl və heyrətamizdir. Ayaqqabının içində bizim ayaqlarımız ağrıya bilər, ancaq biz heç zaman ağrını büruzə vermirik”.