XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

03 Noyabr 2020 - 20:02

Ukrayna İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu əldə etmək istəyir –Açıqlama

Ukrayna yaxın gələcəkdə İslam Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi statusu əldə etməkdə maraqlıdır.

“Mfa.gov.ua” xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova İƏT-in baş katibi Yusef əl-Otayminlə videokonfrans rejimində keçirilən danışıqlar zamanı bildirib.

“Bu, belə bir nüfuzlu birlik ilə daha yaxın koordinasiyanı həyata keçirməyə və üzv dövlətlərlə münasibətlərin ikitərəfli səviyyədə dərinləşməsinə təsir edəcək”, – o, vurğulayıb.

Birinci müavin Ukraynanın təşkilatın müşahidəçisi statusunun əldə etməsi sorğusunu yenilədiyini də deyib/Report.