XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 13:22

ABŞ və İsrail 12-ci imam axtarışında:Bu məqsədlə son 20 ildə İraq və Əfqanıstanda xüsusi əməliyyatlar aparılıb

imam 12

İngilisdilli "VT" (www.veteranstoday.com) hərbi jurnalı maraqlı bir məqalə dərc edib. Məqalə bütün dinlərdə adı keçən və müsəlmanların "On ikinci İmam" kimi tanıdıqları İmam Mehdinin axtarılmasından bəhs edir.

Məsələ o qədər ciddidir ki, bu iş müharibələr, minlərlə insanın ağır işgəncələrlə dindirilməsi hesabına həyata keçirilir. Dindirilmə zamanı ən anlaşılmaz suallardan biri “İmam Mehdi adlı adam harada gizlənir?” imiş.

“MohabatNovosti”nin yazdığına görə, gizli İmam qarşısında qorxu o qədər böyükdür ki, MKİ və Mİ6 son 20 il ərzində İraqda İmam Mehdi (ə.c) haqqında məlumat toplamağa çalışıb, bu məqsədlə “İmamı axırıncı dəfə harada görmüsünüz?”, “O, hansı şəhərə, nə vaxt və neçənci ildə yenidən gələcək?” kimi suallar verməklə, din xadimlərinə və dinc sakinlərə işgəncələr veriblər. "FaktXəbər”in tərcümə etdiyi  həmin məqaləni aşağıda ixtisarla Strateq.az oxucularına da təqdim edirik:

 

“İmamın doğulması və qeybə çəkilməsi təxəyyülün məhsuludur, yoxsa yox – deyə bilmərik, amma qəribəsi budur ki, zalım hökmdarlar min il bundan əvvəl də onu tutmaq və öldürmək istəyib, müasir zülmkarlar da onu öldürmək üçün axtarmaqdadırlar. Yəhudi jurnalist Melani Fillips BBC-də İmam Mehdinin İranda gizlənməsi barədə diskussiyaya başlayıb. Qərb skeptikləri isə hesab edirlər ki, bütün bunlar “Bibliya”nın düzəltməsidir. Bu axtarışlarla əlaqədar neçə-neçə faktların açılmasına, onu axtarmaq üçün hansı ölçülərin götürülməsinə nəzərən, biz İraqda baş verənlərə diqqət yetirməyə bilmərik. 2006-cı ildə silahlı qüvvələrin formasını geymiş adamlar tərəfindən İmam Mehdinin (ə.c) anadan olduğu və qeybə çəkildiyi yer olan Samirrada atası İmam Həsən Əsgərinin (ə) məzarı bombardman edilir. Partlayışı törədənlər türbəyə daxil olub, mühafizəçilərin əl-qolunu bağlayıb və ərazini minalayıblar. Mühafizəçilərin sözlərinə görə, məzardan nəsə götürmək üçün onu açıblar. Onlar İmam Həsən Əsgərinin (ə) üstündən zühuru gözlənilən İmamın DNT-sini təyin etmək məqsədi ilə nəsə götürüblər.

Fillips İslam fobiyası yaymaqla, sionist şəbəkəsinin bir hissəsi olaraq əsasən Fələstin tərəfdarları olan və İsrailin boykot edilməsini istəyən 77 günahsız insanı qətlə yetirmiş norveçli terrorçu Andres Breyvikin ilhamlandırıcısı olub. Əsrlər boyu maliyyə və digər manipulyasiyaların köməyi ilə sionistlər xristianları inandıra biliblər ki, məhz İslam bəladır və ona qarşı xristian-sionist birliyi ilə durmaq lazımdır. Onlar antiislam analitik mərkəzlərinə və müsəlmanların kütləvi informasiya vasitələri ilə təcrid olunmalarına milyardlar xərclədilər.

Əgər İsrail öz siyasətini “Bibliya” inancları əsasında qurursa, onda bu “messianik hisslər” İmam Mehdinin (ə) axtarışına səbəbdirmi?

Əgər MKİ-də imamın gələcəyini bilirlərsə, onda onlar “qara bayraqlı ordular Xorasandan hərəkətə keçəcək və heç bir qüvvə onları dayandıra bilməyəcək, onlar, nəhayət, Yerusəlimə çataraq öz bayraqlarını qaldıracaqlar”, hədisindən də xəbərdar olmalıdırlar.

MAQATE aşkar edib ki, İran nüvə bombası istehsal etmir, lakin İsrail hələ də müharibəyə təkid edir, bəlkə səbəb odur ki, İranda 12-ci İmamın ən qatı tərəfdarları Xorasan bölgəsinin tərkib hissəsidir? Xorasan İranın şimal-şərq əyaləti olaraq, mərkəzi Asiyanın və Əfqanıstanın da bəzi hissələrini özündə cəmləşdirir.

ABŞ və İsrail müharibə apardıqları bütün yerlərdə ağ fosfor tərkibli bombalardan istifadə edir. Bu əməldə məqsəd heç də demokratiyanı ixrac etmək deyil, gələcək nəsillərin şikəst və eybəcərləşdirilməsidir. Onlar başa düşüblər ki, heç vaxt müqavimət hərəkatını zəiflətmək iqtidarında olmayacaqlar.

ABŞ-ın İraqı işğala başlamasından on il sonra Amerika hərbçilərinin uran və ağ fosfordan istifadəsi üzündən həkimlər çoxlu sayda xərçəng xəstəliyi və doğum qüsurları müşahidə edirlər. Hazırda Fəllucə şəhəri üçün doğum qüsurlarının səviyyəsi Xirosima və Naqasakini keçib.

“The Danish Daily”nin dərc etdiyi gizli əfqan sənədlərində bildirilir ki, Əfqanıstanın yaşayış rayonlarında ABŞ ordusunun rəhbərliyi altında ağ fosforlu qumbara, raket və bombalardan 1100 dəfədən çox istifadə olunub.

Qara bayraqla öz ordusunu idarə edəcək İmam Mehdinin (ə.c) gələcəyini xəbər verən İslam hədisləri çox az sayda ərəbin bu ordunu dəstəkləyəcəyini, əksər ərəblərin tiranlar tərəfində olacaqlarını xəbər verir. Kimdir bu ərəblər?

Suriyadakı konflikt, Səudiyyə Ərəbistanının və Fars körfəzi dövlətlərinin İsraillə sülh bağladığı hadisələrin gedişini göstərmirmi? İsrail hər kəsi Suriya və İranla müharibəyə təkid edir, həmçinin Səudiyyə Ərəbistanından və Qətərdən Suriyadakı terrorçuları silahlandırmaq üçün böyük pullar və silah sızır, şiələrin qırılması bu proqramın tərkib hissəsidir.

Təkqütblü dünya layihəsi İslam məmləkətlərində qadın və uşaqların zorlanmasını, başsız bədənlərin qənimət kimi YouTube-də göstərilməsini normal hesab edən və İsrailə dost olan qəddar gücləri yaratmağı bacardı. Bu dözülməz formul Britaniya agenti Əbdul Vəhhabın ortaya atdığı İslamdır və Səudiyyə rejimi tərəfindən təbliğ olunur, maliyyələşdirilir. Bu İslam qəddar gücləri deyil, şiələri öz düşməni kimi görür.

Azad Suriya Ordusunun liderlərindən olan Abdulla Tamimi sünni qayda-qanunları yaratmaq, şiə və xristian dürzilərə zülm etmək məqsədilə İsraildən kömək istəmişdi: “İsrail bizim düşmənimiz deyil. Biz istəyirik ki, İsrail bizə kömək etsin.”

Səudiyyə Ərəbistanı və İsrail Pakistan, Əfqanıstan, İraq kimi ölkələrdə şiələrin həyəcan doğuracaq sayda ölümləri ilə nəticələnən məzhəb müharibələrini də maliyyələşdirirlər.

Pakistanda şiələrin ölüm halları artıb. Hərçənd, sünni və şiə qrupları səviyyəsində birləşməyə səy göstərilib ki, qətllər yatırılsın. Amma Səudiyyə Ərəbistanının pullarının dəstəyi ilə Navaz Şərifin hakimiyyətə gəlişindən sonra Əfqanıstanda olduğu kimi, Pakistanda da Səudiyyə Ərəbistanı dini məktəblərin inkişafına milyonlarla dollar yatırır. Hansı ki, Əfqanıstandakı eyni tipli mədrəsələrdə yetişdirilən və təlim keçən gənc Əl-Qaidə üzvləri indi Suriyada xalqı öldürmək, şikəst etmək kimi işlərdə sərbəstdirlər…

ABŞ-ın dəstəyi ilə İsrailin gizli İmamı axtarmaq üçün işləməsi faktı, “Bibliya”da az da olsa həqiqətin mümkün olması fikrinə gətirib çıxardır və biz dünyada hələ də super qəhrəmanların olmasına inanmaq istəyirik. Yəni, Xorasandan qara bayraqla çıxacaq və ədalətsizliklə mübarizə aparacaq orduya ümid etmək elə də məntiqsiz görünmür.”