XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 İyul 2016 - 10:35

Siyasiləri seks videoları ilə şantaj edən saytlar bağlandı –Azərbaycanda!

eldarmahmudov-1.jpg

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və şəbəkəsinin nəzarət etdiyi, müxalifətə qarşı qara piar kampaniyası üçün istifadə edilən saytlar fəaliyyətini dayandırıb.

Strrateq.az Azadliq.info-ya istinadən xəbər verir ki, əldə edilən məlumatlara görə, həmin saytlar Eldar Mahmudovda ölkənin tanınmış şəxsləri və məmurlar barədə 2800 ədəd intim videonun olması barədə məlumatdan sonra qapadılıb.

Qeyd edək ki, bu məlumat hakimiyyət daxilində ciddi narahatlıq yaratmışdı. Hətta iddia olunurdu ki, hakimiyyət həmin videoları tapmaq üçün ciddi səylər göstərir. Məlumatdan sonra Eldar Mahmudovun öldüyü barədə xəbərin yayılmasının da həmin videolar və başqa kompramatların kimlərdə olduğunu müəyyənləşdirmək üçün dövriyyəyə buraxıldığı iddia edilirdi. Yəni, düşünülürdü ki, Eldar Mahmudovun ölüm xəbəri onun çöldəki adamlarını hərəkət gətirə bilər. Bununla da hakimiyyətin həmin kompramatları ələ keçirməsi asanlaşar.

Məlumatda deyilir ki, həmin saytları bağlamazdan əvvəl onları işlədən, Eldar Mahmudovun yaratdığı şəbəkənin üzvləri olan şəxslərlə sərt söhbət aparılıb. Onlardan saytları dərhal bağlamaq tələb olunub. Eyni zamanda onlara xəbərdarlıq edilib ki, hansısa saytda hər hansı kompramat yayılacaqsa, məsuliyyəti onlar daşıyacaq.