XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

27 Sentyabr 2016 - 23:12

Naxçıvana yolunuz düşsə, buraları görmədən geri dönməyin –FOTOLAR

ilanlidaq-11

Sentyabrın 27-də bütün dünyada olduğu kimi, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında da Ümumdünya Turizm Günü qeyd olunur. 

Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır.

Burada qədim dövrlərin yadigarı olan tarixi-memarlıq abidələri – Möminə Xatın, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Qarabağlar Memarlıq Kompleksi, həmçinin təbiət abidələri, əsrlərdən bəri qorunub-saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, narbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı Gəmiqaya abidəsi, Kilit mağarası, Qazma mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə qalası, möhtəşəmliyi ilə seçilən Haçadağ, Babək qalası, Göy-göl, Əshabi-Kəhf və yüzlərlə sənət əsərləri, ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu və s. Naxçıvan diyarının analoqu olmayan turizm potensialıdır.

Muxtar respublikada mövcud olan dini ziyarətgahlar, pir və imamzadələr, xüsusilə müqəddəs “Qurani-Kərim”in “Əl-Kəhf” surəsində haqqında bəhs edilən Əshabi-Kəhf ziyarətgahı dini turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. 

“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində ziyarətçilərin ziyarət etməsi üçün hər cür şərait yaradılıb. Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi də turistlərin ən çox ziyarət etdikləri məkanlardan biridir.

Muxtar respublika ərazisində turistlərin marağı nəzərə alınmaqla Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Gəmiqaya, Naxçıvan-Qarabağlar, Naxçıvan-Batabat-Ağbulaq və Naxçıvan-Gülüstan turist marşrutları hazırlanıb.

Strateq.az “Şərq Qapısı” qəzetinə istinadən, qədim Azərbaycan diyarı olan, gündən-günə müasirləşən Naxçıvan Muxtar Respublikasının turizm potensialından bəhs edən turistik məkanları əks etdirən fotoşəkilləri sizlərə təqdim edir:

nuh-1

cavid-1

kuseyr-1

momunexatun-1

yusuf-4

seyidler-turbesi-9

ebrequnus-1

ashabu-kaf

elinceqala-1

elince-2

mescid

elinceqala-3

 

sherqhamami-1

shehermescidi

ilanlidaq-22

ferhadqala

goygol-3

batabat-gol

daqgolu

aqridaq-1

batabat-4

qahab-1

batabat-ada

daq-22

hacadaq-3

goygol-4

kendcayi-1

vayxir-1

aqbulaq-1