XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2016 - 10:00

Bölgələrdə “Açıq Hökumətə Vətəndaş Dəstəyi” mövzusunda ictimai mühazirələr keçirilib

tolerantliq-4

"Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbyacan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ““Açıq Hökumət”in təşviqinə vətəndaş dəstəyi” layihəsini həyata keçirir.

Layihənin məqsədi “Açıq Hökumət” ideyasının təbliği, Açıq Hökumət Təşəbbüsləri istiqamətində tədbirlərin daha səmərli həyata keçirilməsinə ictimai dəstək verilməsidir. Layihə çərçivəsində Azərbaycanda Açıq Hökumət Təşəbbüsləri, həyata keçirilən tədbirlər, əldə olunan naliyyətlər barədə  KİV-də maarifləndirici məqalələr dərc olunub. Feysbuk sosial şəbəkəsində “Açıq Hökumətə Vətəndaş Dəstəyi”  adlı qrup yaradılıb. Bu qrup vasitəsilə də maarifləndirici materiallar istifadəçilər arasında yayılır.

Layihə fəaliyyətlərindən biri kimi Qazax, Tovuz rayonlarında gənclərin,  vətəndaş cəmiyyəti institutları təmsilçilərinin iştirakı ilə “Açıq Hökumətə Vətəndaş Dəstəyi” adlı ictimai mühazirələr təşkil olunub.

Ümumilikdə, ictimai mühazirələrə 60 iştirakçı qatılıb. Layihənin eksperti Zaur İbrahimov “Azərbaycanın Açıq Hökumət Təşəbbüsündə iştirakı” mövzusunda məruzə ilə çıxış edib. İştirakçılara vətəndaşların, ictimaiyyət nümayəndələrinin Azərbaycanda Açıq Hökumət Təşəbbüslərində iştirakı imkanları, dövlət qurumları tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər, “İctimai iştirakçılıq haqqında” qanun  barədə ətraflı məlumat verilib. Bu məsələlərlə bağlı iştirakçıların sualları cavablandırılıb.

tolerantliq-3

tolerantliq-1

Strateq.az