XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

04 Oktyabr 2016 - 10:55

“Türk dünyası: Sibirdən Balkanlara” adlı etno fotosərgi açılıb

mubariz-3

Oktyabrın 3-də AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə MEK-in Sərgi salonunda türkoloq alim Güllü Yoloğlunun “Türk Dünyası: Sibirdən Balkanlara” adlı etno foto sərgisinin açılış mərasimi keçrilib.

MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mübariz Göyüşlü türk dövlət başçılarının imzası ilə Türk  Dövlətlərinin Əməkdaşlıq  Şurasının yaradılmasının əhəmiyyətini vurğulayaraq, Mərkəzi Elmi Kitabxananın daim bu cür ictimai, elmi əhəmiyyət kəsb edən tədbirlərə dəstək verdiyini bildirib.

Türkoloq Güllü Yoloğlu sərgi haqqında məlumat verərək Türkiyə, KKTC, Qazaxıstan, Rusiya (Tuva, Xakasiya), İraq, Moldova, Rumıniya, Makedoniya, İran, Özbəkistan və digər ölkələrdəki araşdırmaları zamanı türk xalqlarının adət-ənənələrini, həyat tərzini, inancını, mədəniyyətini əks etdirən 60 fotoşəkilin nümayiş olunduğunu deyib.

Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka, Bakı Dövlət Universitetinin dosenti Vüqar Zifəroğlu, AMEA Fizika İnstitutunun əməkdaşı Yusif Əfşar, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, filosof Asif Bayramov çıxış edərək foto sərginin əhəmiyətindən danışbılar. Sonda sərgiyə baxış keçrilib. Foto sərgi oktyabrın 7-dək davam edəcək.

Xatırladaq ki, 7 il əvvəl  türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində  Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi  üzvləridir.  Bu gün Türk Dövlətlərinin Birliyi Günü kimi qeyd olunur. Sərgi eyni zamanda sözügedən tarixi hadisəyə həsr olunub.

mubariz-1

 

mubariz-2

Strateq.az