XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 14:07

Rasim Müzəffərli:"Klinik ölümdən qayıdanda dərk etdim ki, mövcudluq ölümlə bitmir”

rasim-muzafferli

Rasim Müzəffərli

"Quran nəşrləri" nəşriyyatının direktoru

 

Rəsmi olaraq 1989-cu ildən sahibkarlıqla məşğulam. Azərbaycanda qurulan ilk özəl banklardan birinin, bir neçə yerli və iki xarici özəl şirkətin sahibkarlarından biri olmuşam. 2002-ci ildə keçirdiyim avtomobil qəzasından sonra isə səhhətimlə yanaşı işlərimdə də dərin böhran başladı. Fiziki bərpa dövrüm 3 il davam etdi. Amma bu müddət ərzində sahibi olduğum müəssisələrin fəaliyyəti dayandı, sata bildiklərimi tədricən satmağa məcbur oldum, müqavilələrim və ortaqlıqlarım pozuldu, illərlə hazırladığım bir sıra böyük layihələri davam etdirə bilmədim və sairə və ilaxır.

Keçən 14 il ərzində öz işimi müstəqil qurmağa nə mənəvi, nə maddi gücüm olmadı. Bu dövrdə bir neçə böyük müəssisəyə rəhbərlik edərək, başqaları üçün özümə çalışırmış kimi çalışdım. Uğurlarım az olmadı. Amma öz cığırımı tapa bilmirdim. Mənə geniş yollar yox, cığır lazım idi, öz cığırım…

Qəza sonrası klinik ölümdən geri qayıdanda dərk etmişdim ki, mövcudluq ölümlə bitmir və bir qurtum su içəndən sonra reanimotoloqun “nəsə istəyirsən?” sualına cavabım “Quran” olmuşdu. Azərbaycanca və rusca müxtəlif tərcümələri oxuduqca nəşr xətaları gözümü deşirdi. İçimdə Quran nəşr etmək istəyi yarandı. 10 ildən çoxdur ki, bu istək yeni və fərqli nəşrlər konsepsiyası kimi formalaşıb. 5 ildən çoxdur ki, "Qurani Kərim"in yeni nəşri üzərində çalışıram. Bütün işləri, layihələri, sifarişləri kənara qoyub, demək olar ki, hər gün və yalnız "Qurani Kərim"in nəşri üzərində işləməyimin isə oktyabrın sonunda 9 ayı tamam olacaq.

Həmtəsisçısı olduğum “Quran nəşrləri” adlı nəşriyyatın bu həftə rəsmi qeydiyyatdan keçməsi mənim üçün 14 illik hazırlıq dövrünün sonu və ömrümün sonunacan, Allah nə qədər nəsib edərsə, uzanan bir yolun başlanğıcıdır. Ona tam əminəm ki, bu yol mənim öz cığırımdır. Özümün olmasına çox işarətlər var. Əgər getdiyin yolun səni haraya aparacağını dəqiq bilirsənsə, yolu gedərkən inamlı və rahatsansa, yol boyu rastına çıxanlar səni azı qıcıqlandırmırsa, ayaqların tez-tez daşa-kəsəyə ilişmirsə, tez-tez büdrəmirsənsə, axtardıqların özü səni tapırsa və yolüstü istəklərin dualarla gerçəkləşirsə, demək getdiyin yol sənin öz cığırındır. 

Allah hər kəsə öz cığırını tapmağı nəsib etsin, belə olanda yerimək çox asan olur.

P.S. Rasim Müzəffərli Moskva Dövlət Unversitetinin psixologiya fakultəsini bitirib. 80-ci illərin oratalarında populyar olan “Ozan” estrada qrupunun rəhbəri olub. Sabiq deputat Nazim İmanovun qardaşıdır.