Çin 594 nəfər milyarderi ilə ABŞ-ı yenidən geridə qoyaraq ikinci dəfə birinci yeri tututb.
Ölkənin iş, iqtisadiyyat və araşdırma jurnalı "HurunReport"un açıqladığı məlumatlara görə, dünyanın ikinci böyük iqtisadiyyatı Çin 594 dollar milyarderi ilə 535 milyarderə sahib ABŞ-ı yenə keçərək bu il də zirvəyə oturub.
Ötən il Çin, 242 faiz artım qeyd edərək 596-ya çıxan dollar milyarderi sayı ilə 537 milyarderə malik ABŞ-ı ilk dəfə geridə qoymuş və birinci yeri tutmuşdu.
Hesabatda həmçinin, Çinin 2015 "varlılar siyahısında" bu il də "Dalian Wanda Group"un sahibi və əmlak kralı kimi tanınan Vanq Cianlinin keçən ilə nisbətən sərvəti 2%-lik azalma olmasına baxmayaraq, 215 milyard ien sərvətilə (32 milyard dollar) zirvədəki yerini qoruduğu açıqlanıb.
Vanq, 2014-ci ildə zirvəni elektron ticarət nəhəngi “Alibaba”nın banisi Jack Manın əlindən alıb.
Siyahıda ikinci sırada yer alan Jack Ma-nın, 41%-lik artımla cəmi sərvətinin 205 milyard yen olduğu bildirilib.
Dünya üzrə 754 Çinli milyarder var.