XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2016 - 13:59

Gənclərə internetdə işgüzar yazışma bacarığını öyrədən layihə yekunlaşıb

ayten02

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi verdiyi "Uğurlu karyera işgüzar yazışmalardan başlayır"  adlı layihə icrası  Bakı, Gəncə və Sumqayıt şəhərlərində uğurla yekunlaşıb. Layihənin rəhbəri Aytən Əliyeva bildirib ki, informasiya texnologiyalarının dayanmadan inkişaf etdiyi bir dövrdə insanlar məsafələrdən asılı olmayaraq bir-birlərini görmədən ünsiyyətdə olur, işgüzar münasibətlər qururlar. Bu halda onlar barədə yaranan ilkin təəssürat və nüfuz yazı tərzlərindən, fikirlərini sözlərə çevirmə bacarığından asılı olur.

O qeyd edib ki, işgüzar aləmdə peşəkar yazı tərzi vəzifəsindən asılı olmayaraq hər kəs üçün eyni dərəcədə önəmlidir. Peşəkar işgüzar yazışma bacarığına yiyələnməklə gənclər fikirlərinə inam yaradır, özləri haqqında peşəkar fikir formalaşdırırlar. Hal- hazırda işgüzar fəaliyyətin əsas hissəsini yazışmalar təşkil edir. Artıq qəbul olunmuş haldır ki, bir dəfə görüşüb müəyyən məsələləri müzakirə etdikdən sonra digər məqamlar yazışmalar əsasında təsdiq edilir.

“Layihənin əsas məqsədi  ali və orta ixtisas müəssisələrini bitirmiş və ya son kurslarda olan gənclərə işgüzar yazışma bacarıqlarını inkişaf etdirmək, işgüzar yazışma formalarının müxtəlif formaları haqqında məlumatlandırmaqdır. Layihəni Bakı, Sumqayıt, Gəncə şəhərlərində həyata keçirilib. Layihədə 18- 30 yaşda olan gənclər iştirak edib”.

A.Əliyevanın sözlərinə görə, "Uğurlu karyera işgüzar yazışmalardan başlayır" adlı layihə çərçivəsində gənclər tərəfindən gələcəkdə iş prosesində qarşılaşdıqları vəziyyətlərə uyğun işgüzar yazışma nümunələri nümayiş etdirilib, bu da öz növbəsində onların gələcək işlərində yazılı iş vərdişlərinə yiyələnmələrinə səbəb olacaq. İşgüzar yazışmalarla yanaşı, əməli yazı nümunələri, həm dövlət, həm də özəl sektorda gündəlik işin ayrılmaz tərkib hissəsidir. İşgüzar yazışmalarla bağlı həm informativ, həm də praktiki vasitələrdən istifadə edilərək layihədə qoydulan problemin həllinə nail olmuş olunub.

Qeyd edək ki, bu tipli layihə üzrə təlimlər davamlı şəkildə əsasən özəl şirkətlər tərəfindən həyata keçirilib, bundan əvvəlki qrant müsabiqələrində bu mövzuda layihə olmayıb. Layihənin lazımlılığını nəzərə alaraq davamlı şəkildə gələcəkdə Azərbaycanın bütün şəhər və rayonlarında keçirilməsi planlaşdırılır.

ayten

ayten03