XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2016 - 14:23

Ən problemli smartfonlar məlum olub –ADLAR

smartfon

“Blannco Technology Group” analitik şirkəti smartfon və planşetlərdə nasazlıqların aşkar edilməsi üzrə tədqiqatın nəticələri ilə bağlı məlumat verib.

Mütəxəssislərin məlumatına görə, “Android” cihazlarla müqayisədə “iPhone” qurğuları daha problemlidir. AZƏRTAC “hi-tech.mail.ru” saytına istinadən xəbər verir ki, mütəxəssislər həm proqram təminatı, həm də aparatlarda müşahidə olunan nasazlıqları nəzərə alıblar. Onlar 2016-cı ilin 3-cü rübünün nəticəsinə görə, “iOS” və “Android” cihazlarında qeydə alınmış problemlərin sayını müqayisə ediblər.

Tədqiq edilmiş “Apple” qurğularının 62 faizində nasazlıq müşahidə olunub, problemli “Android” cihazlarının payı 47 faiz təşkil edib. “iOS” qurğuları arasında ən çox nasazlıq “iPhone 6” cihazında müşahidə olunub, “iPhone 5S” və “iPhone 6S” antireytinqdə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. “iPhone 4S” ən sabit qurğudur, bu modellə bağlı problemlər yalnız 2 faiz təşkil edib.

“LeEco Le2” qurğusu “Android” mobil əməliyyat sistemi ilə işləyən cihazlar arasında ən problemli smartfondur.

“Xiaomi” şirkətinin “Redmi 3S” və “Redmi Note 3” qurğuları antireytinqdə ikinci və üçüncü yeri tutublar. Qabaqcıl “Samsung Galaxy S7 edge” qurğusu dördüncü yerdə qərarlaşıb.