XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 14:15

Sumqayıtda “Sağlamlığımıza sahib olaq!” layihəsinin icrasına start verilib.

 

qhtxeber.az-ın məlumatına görə, layihə “Etimad” uşaq və yeniyetmələrə psixoloji dayaq İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

İctimai Birliyin icra etdiyi bu layihə uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğindən, onları zərərli vərdişlər haqqında maarifləndirməkdən bəhs edir. 

Layihə çərçivəsində keçirilək tədbirlərdə yeniyetmələr arasında sağlam həyat tərzi təbliğ ediləcək, yeniyetmələrə zərərli və pis vərdişlərin fəsadları və insan orqanizminə etdiyi mənfi təsirlər haqqında məlumatlar ötürüləcək, onlara qidalanma rejiminə və sanitariya qaydalarına riayət edilməsinin əhəmiyyəti izah ediləcək.

Qeyd edək ki, layihə çərçivəsində dəftərxana ləvazimatları hədiyyə ediləcək və maarifləndirici bukletlər paylanılacaq.