XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 İyun 2018 - 13:55

Qulu Məhərrəmli İTV-nin yeni rəhbərindən yazdı –“Televiziyanı böhrandan çıxaracağına ümid edirik”

“Balaş Qasımovun İTV rəhbərliyinə gətirilməsi, indiki solğun televiziya mühitimizdə müsbət hadisədir. “Çto, qde, koqda”, “Breyn rinq” və s. baxımlı layihələrin ekrana daşıyıcısı kimi tanınmış B.Qasımov intellektualdır, işgüzardır, bacarıqlıdır. Adətən, prodakşn studiyalarında belə ciddi layihələri reallaşdıran insanlar TV istehsalını və komanda işini yaxşı mənimsəyir, adamları yaxşı tanıyır, geniş əlaqələri olur, özlərini diqqətli menecer, rəhbər və gözəl prodüser kimi ifadə edə bilirlər. B.Qasımov bəlli sferada bu peşəkar keyfiyyətlərə yiyələnmiş şəxs kimi qəbul edilir”.

Strateq.az xəbər veri ki, bu barədə tanınmış jurnalist, televiziya mütəxəssisi Qulu Məhərrəmli bildirib.
O, daha sonra qeyd edib ki, məhz bu gərəkli keyfiyyətlərinə görə B.Qasımovun ictimai televiziyanı düçar olduğu mənəvi-əxlaqi və yaradıcılıq böhranından çıxara biləcəyinə ümid edirlər: “Təbii ki, oradakı ciddi problemlərin və çirklənmiş atmosferin yeni rəhbər üçün ciddi maneə olduğunu da nəzərə almalıyıq. Onu da nəzərə almalıyıq ki, Azərbaycan cəmiyyətinin irəliləyə bilməsi üçün savadlı, ləyaqətli və peşəkar adamların çalışdığı dürüst, maarifləndirici və plüralist TV-yə ehtiyacı vardır”-deyə Q.Məhərrəmli vurğulayıb.

Turqut