XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2016 - 11:05

Daha bir nazirlikdə yeni qurum yaradıldı –Nazir müavininə vəzifə verildi

nazirler-kabineti"Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb.

Strateq.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciəflərinə baxılmasında şəffaflığın və obyektivliyin təmin edilməsi, habele sahibkarların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apelyasiya Şurasına kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev sədr təyin edilib.

Altı nəfərdən ibarət olan Şuranın tərkibinə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul vəzifəli əməkdaşları, katibliyə isə Nazirliyin məsul əməkdaşları daxildir.