XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

20 Fevral 2016 - 11:46

Daha bir dövlət qurumundaApellyasiya Şurası yaradıldı

 

14559535565463820808_1000x669

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABOEMDA) Apellyasiya Şurası yaradılıb.

ABOEMDA-dan bildirilib ki, Apellyasiya Şurasının əsasnaməsi, tərkibi və katibliyi təsdiq edilib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini Nurəli Yusifbəyli Apellyasiya Şurasının sədri, agentliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə Şuranın üzvləri təyin olunublar. Şuranın katibliyinin rəhbəri və tərkibi də təsdiq edilib.

İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurasının yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edəcək.