Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının “Xocalıya ədalət” kampaniyası çərçivəsində nəşr etdirdiyi “Böyüməyən uşaqlar” kitabı xarici ölkələrdə yayılmaqdadır.
Strateq.az xəbər verir ki, kitabın ingilis dilində olan versiyası Böyük Britaniyada da marağa səbəb olub. “Böyüməyən uşaqlar” Britaniya parlamentinin üzvlərinə çatdırılıb. İkinci mərhələdə isə kitabın daha geniş auditoriyada yayılması üçün işlər aparılır.
Qeyd edək ki, kitabın Böyük Britaniyada yayılmasında Azərbaycanı bu ölkədə layiqincə təmsil edən filologiya üzrə fəlsəfə doktoru Məhbubə Seyidovanın böyük əməyi olub.
Xatırladaq ki, “25-lər”dən bəhs edən “Böyüməyən uşaqlar” kitabı və eyni adlı sənədli film ötən il “Xocalıya ədalət” kampaniyası çərçivəsində ərsəyə gəlib. Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının ideya və ssenari müəllifliyi ilə gerçəkləşən bu layihələrə QHT-lərə Dövlər Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, millət vəkili Cavanşir Feyziyev böyük dəstək veriblər.
Alman, ingilis, Türk və Azərbaycan dillərində nəşr olunan kitab və eyni adlı film dünyanın 10-dan artıq ölkəsində təqdim olunub.