Bakı şəhər sakini dəm qazından zəhərlənərək ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Məlumata görə, fevralın 18-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yaşayan Bayram Məhərrəmov dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.