XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 17:30

İlhamənin ekspertiza rəyi bəli oldu:Cənazəni “Təzəpir”ə aparırlar

ilhame-mugenni

Xalq artistinin nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub

Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, İlhamə Quliyeva hipertaniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranı pozğunluğundan vəfat edib.

Xalq artisti İlhamə Quliyevanın nəşi yuyulmaq üçün Təzə Pir məscidinə aparılıb. Bu barədə lent.az-a İ.Quliyevanın qohumu müğənni Əli Mirəliyev məlumat verib:

 "Hazırda yoldayıq, İlhamə xanımın nəşini Təzə Pir məscidinə aparırıq".

Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri də məlum olub. Lent.az-ın “Report”-a istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ekspertizanın ilkin nəticələrinə əsasən, Xalq artisti trombdan (qan damarının tutulması) ölüb.

Xatırladaq ki, İ.Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.